Güclü olmaq istəyirəm. Сергей Довлатов

Чтение книги онлайн.

Читать онлайн книгу Güclü olmaq istəyirəm - Сергей Довлатов страница 2

Güclü olmaq istəyirəm - Сергей Довлатов

Скачать книгу

və balerinalar küçə boyunca gəzişirlər. Ak-trisa və balerinalar! Onların yanında sevgililər, avara-lar, alçaqlar, dünyanın sahibləri gəzirlər.

      Şəxsi avtomobilin qapısı açılır, ajur corablı iki ayaq peyda olur. Sonra isə sintetik xəz, ridikül, qolbaqlar və üzüklər. Və nəhayət, bütöv qadın, inadlı – uzun müd-dətli müqavimətə qətiyyətlə hazır.

      O, teatrın girişində yoxa çıxır. Asfalt üzərində fransız ətrinin yüngül buludu yavaş-yavaş əriyir. Sev-gililər isə sütunların ətrafında gəzişərək gözləyirlər. Köynəklərinin manjetləri alatoranda ağarır.

      Özümü daha əmin hiss edim deyə, mən boksla məşğul olmağa başladım. Məhləmizin birinciliyində rəqibim məşhur Sitrinyak oldu. O, mənə sarı yırğala-na-yırğalana bir addım atdı. Mən bir yumruq atdım, amma necə oldusa, elə həmin an bütün vücudumla nahamar və möhkəm brezentin üstünə yıxıldım. Qəl-bim düz tavanadək qalxdı və lampalar arasında göz-dən itdi. Mən güclə səs çıxarıb sürünməyə başladım. Azarkeşlər fit çalır, mənsə dayanmadan sürünürdüm – düz məşqçi Şarafutdinovun xarici səndəlləri ilə toqqu-şanadək.

      – Salam, – məşqçi mənə dedi. – İş-güc?

      – Yavaş-yavaş, – dilləndim. – Çıxış haradadır?

      Bədən tərbiyəsi ilə işim bitdi və mən hekayə yaz-dım. Hekayədə mənim gecə gəzintilərimdən nələrsə vardı. Yağışın səsi. Sükan arxasında yuxuya getmiş sürücülər. Bir-birinə çox bənzəyən səssiz-səmirsiz kü-çələr…

      Saqqallı ədəbi işçi mənim əlyazmamı xeyli vaxt eşələnərək axtardı. Şkafda qurdalana-qurdalana soru-şurdu:

      – Bu sizin deyil ki – “Səhərə yaxın buz tutdu…”?

      – Xeyr, – mən deyirdim.

      – Bəs bu – “Səhər hava açıldı…”?

      – Xeyr.

      – Bu, necə – “Səhərə yaxın Yermil Fedotoviç canı-nı tapşırdı…”?

      – Qətiyyən.

      – Bəs bu? Adı belədir – “Təkayaqlıların marşı”.

      – “Tənhaların marşı”, – deyə düzəliş verdim.

      O, əlyazmanı vərəqləyə-vərəqləyə təkraralayırdı:

      – İndi görərik, necə balıqçısınız… Görərik…

      Sonra isə:

      – Siz burada yazmısınız: “… və yalnız quşlar qranit heykəlin başı üstündə uçuşurdular.” Bilmək istərdim ki, bu quşlar nəyin təcəssümüdür?

      – Heç nəyin, – mən dedim. – Sadəcə, uçurlar. Elə belə. Bu, normal haldır.

      – Niyə uçurlar ki? – redaktor candərdi soruşdu. – Hansı səbəbdən? Hansı bədii mənanı gücləndirmək-dən ötrü?

      – Uçurlar, vəssalam, – mən pıçıldadım, – adi hal-dır…

      – Tutaq ki, elədir. O zaman deyin görüm bu quş-lar hansı mənəvi dəyəri simvolizə edirlər? Xronosu, yoxsa Demosu?

      Dəhşətdən ayaq barmaqlarımı tərpətməyə başla-dım.

      – Bir sual da verim. Siz torağaysınız, ya bayquş?

      Mən çığırdım, redaktorun saqqalını ütdüm və qa-pıya sarı yönəldim.

      Arxamca səs gəldi:

      – Bir dəqiqə. İstəyirsiniz, sizə cəfəngiyatdan bir məsləhət verim?

      – Cəfəngiyatdan?!

      – Əşşi, daha doğrusu, fənərdən.

      – Fənərdən?!

      – Necə deyərlərsə, saç altından.

      – Saç altından?!

      – Bir sözlə, klassikləri təkrar-təkrar oxuyun. Puş-kini, Lermontovu, Qoqol, Dostoyevskini, Tolstoyu. Əsas Tolstoyu. Dərindən düşünsək, bu qrafa qədər ədəbiyyatımızda heç əsl kişi olmayıb…

      Ədəbiyyatla işim bitdi.

      Günlərim cansıxıcı keçirdi. Yuxu, qatıq, iş, tənha-lıq. İş yoldaşlarım mənim bu vəziyyətimi görüb əl-ayağa düşdülər. Məni xeyli inkişaf etmiş bir qız – Fri-da Şteynlə tanış etdilər.

      Biz restoranda iki saat vaxt keçirdik. Musiqi səslə-nirdi. Frida menyunu oxuyurdu, Tövrat kimi – sağ-dan sola. Biz blinçiklərlə kofe sifariş etdik.

      Frida dedi:

      – Biz hamımız müəyyən çevrənin adamlarıyıq.

      Mən başımla təsdiqlədim.

      – Ümidvaram ki, siz də hansısa çevrəyə mənsub adamsınız.

      – Bəli, – cavab verdim.

      – Məhz hansına?

      – Dördüncüyə, – dedim. – Əgər cəhənnəmin çev-rələrin nəzərdə tutursunuzsa.

      – Əhsən! – qız dedi. Mən o dəqiqə şampan sifariş etdim.

      – Nədən danışaq? – Frida soruşdu. – Coysdan? Hitlerdən? Pşebışevski haqqında? Qara teryerlərdən? Struktur dilçilikdən? Neofreydizmdən? Dizzi Gillespi-dən? Ya bəlkə, Yaspers, ya da Kafka haqqında?

      – Kafka haqqında, – mən dedim.

      Və ona başıma gəlmiş bir əhvalatı danışdım.

      “Deməli, işə gəlirəm. İş yoldaşım Barabanov məni saxlayır.

      – Dünən, – deyir, – Kafkanı təkrar vərəqləyirdim. Bəs siz Kafkanı oxumusunuz?

      – Təəssüf ki, yox, – mən deyirəm.

      – Siz Kafkanı oxumamısınız?

      – Boynuma alıram ki, yox.

      Barabanov mənə bütün günü çəpəki baxdı. Nahar fasiləsində isə laborant Nina yanıb gəlib soruşur:

      – Deyirlər ki, siz Kafkanı oxumamısınız. Bu həqi-qətdir? Ancaq düzünü deyin. Öz aramızda qalacaq.

      – Oxumamışam, – deyirəm.

      Nina

Скачать книгу