Dünya tarixinin Turan Dövrü. Ələsgər Siyablı
Чтение книги онлайн.
Читать онлайн книгу Dünya tarixinin Turan Dövrü - Ələsgər Siyablı страница 10
Madison Qrant İngiltərənin ilkin əhalisinin Alp irqinə mənsub olduqlarını, Stounhenc kimi dairəvi meqalit kurqanların sahiblərinin də Alp irqinə mənsub insanlar olduqlarını, lakin sonradan tam assimilyasiyaya uğradıqları fikrini irəli sürür. Onun yazdığına görə İsveçrənin göllər ətrafı ərazilərinin və İtaliyanın şimal ərazilərinin əhalisi m. ö. 5000-ci ildə çiçəklənmə dövrünü yaşayan Alp irqinə mənsub olmuşlar. Bu yumru qafalı Alp irqinin monqollarla heçbir əlaqəsi yoxdur. Avropada rastlanan yumru qafalı monqoloid izləri daha gec dövrdə yüz illərlə Şərqi Avropanı viran qoyan Hunların və tatarların dövründən qalmadır. (Madison Grant, 1916, Səh. 125)
M.Qrantın fikrinə görə Mərkəzi Fransanın əhalisinin əksəriyyəti Sezarın dövründə olduğu kimi indi də Alp irqinə mənsubdurlar. Belçikanın yüksəkliklərində, Elzas Lotarinqiyada, Tirolda, İsveçrədə, İtaliyanın şimalındakı Bavariyada, Baden Vürtemberqdə dağlıq əhalinin əksəriyyətini Alp irqi insanları təşkil edirlər. Lakin Bavariyada və Tirolda onlar xeyli dərəcədə nordik tevtonlularla qarışmışlar. Slavyan xalqlarının böyük əksəriyyəti də Alp irqinə mənsubdurlar. (Madison Grant, 1916, Səh. 126)
İtalyan antropoloqu Q.Serqi Aralıq dənizi irqinin tədqiqinə həsr etdiyi əsərdə Avropanın ən qədim əhalisi olan iberləri və liqurları Turan irqinə aid edir. Serqi iberlərin kəllə sümüklərini tədqiq edərək onları pelasqlarla eyniləşdirir. O hesab edir ki, yumrubaşlı braxikefal iberlər asiya tipinə aiddirlər və onlar neolit dövrünün sonu və metal dövrünün başlanğıcında Asiyadan hərəkət edərək Rusiyanın cənubundan keçməklə Avropanın mərkəzinə, Aralıq dənizi regionuna və İberiya yarımadasına yayılmışlar. (G. Sergi. 1901, Səh. 160)
Fransız antropoloqu Marsellin Ball bəşəriyəti Nordik, Aralıq dənizi və Alp irqi olmaqla üç irqə bölür. Alp irqi Rusiyanın böyük hissəsini, Kiçik Asiyanı, Balkanları və Çexiyanı, İsveçrəni, Alp dağlarının batısını, Fransanın mərkəzini və Bretan əyalətini, Kantabriyanı, İtaliyanın quzeyini əhatə edir. Bu irq böyük, kiçik və ya orta bədənli, sifətləri geniş və yumru, başları yumru, geniş burunlu, gözləri açıq və ya tünd qəhvəyi, saçları qara və ya şabalıdı rəngdə antropoloji tipə malikdirlər. (Boule Marcellin. Les Hommes Fosilles Elementis de Paleontologie Humaine. Səh. 326)
Alp irqi başlıca olaraq dağlıq ərazilər üçün xarakterikdir. Alp irqinə sumerlər, akkadlar, hititlər, sarmatlar, slavyanlar daxildirlər. (Boule Marcellin. 1921. Səh. 348)
Alp irqi Asiya mənşəlidir, onlar ağ və sarı rəngdə ola bilərlər. Bu irqə mənsub olan ural-altaylılar buz dövrünün sona çatması ilə Qərbi Avropaya doğru hərəkət edərək yayılan ilk insanlar olmuşlar. Onların köçləri İlk zamanlar aramla olsa da neolit dövrünün sonundan ilkin vətənlərində faunanın səhraya çevrilməsi ilə əlaqədar kütləvi xarakter almışdır. Bürünc dövründə onlar artıq böyük kütlə halında Avropada məskunlaşmışdılar. (Boule Marcellin. 1921, Səh. 351)
M.Ball yazır ki, Pumpellinin Türkistanda tədqiqatları neolit dövründən başlayaraq müasir dövrümüzə qədər bir-birini ardıcıl əvəz edən beş mədəyyəti aşkar etmişdir. Ordakı ilk mədəniyyət m. ö. 8-ci minilliyə aiddir. (Boule Marcellin, 1921, Səh. 356)
Çex tarixçisi Bedrix Hroznı Ön Asiyada dolixokefal və braxikefal antropoloji tiplərin mövcudluğunu bu ərazinin ən qədim xalqı olan Sumerlərin braxikefal və dolixikefal olmaqla iki antropoloji tipə mənsub qafatasları və qədim heykəllərilə müəyyən olunduğunu və bu fərqliliklərin onların müxtəlif dövrdə iki axınla gəlib Mesopotamiyada yerləşmələri ilə izah edilməli olduğunu yazır. (B.Hrozni. 1953, Səh. 39–40)
Ural-altaylı türklər əsas etibarı ilə dolixokefal idilər, onların içərisində rast gəlinən broxikefallıq içlərinə qarışmış olan monqol ünsürlərin mövcudluğundan irəli gəlirdi.
Avropanın görkəmli tarixçi və antropoloqları Avropada tarixin ilkin dövrlərində məskunlaşan turanlı xalqların etnik kimiliyini müəyyənləşdirərək onların yayılma coğrafiyası və miqrasiya hərəkətlərinin istiqamətlərini də təsbit etmişlər. Avropanın bu qədim turanlı etnosları ümumi adla iberlər və liqurlar adlanaraq öz tərkiblərində çoxsaylı qədim tayfaları birləşdirmişdilər.
Fransız antropoloqu Jak Morqan da Avropanın, Qədim Asiyanın və Afrikanın şimalındakı əhalinin neolit döründə dolixokefal tipə mənsub olduqlarını yazır. Morqan hind-avropalıları və ariləri broxikefal tipinə aid edir. (Jacques de Morgan, 1925, Səh. 155, 172)
Təkcə İtaliyanın deyil, bütövlükdə Avropanın iberlərlə yanaşı ən qədim əhalisi olan və bu qitənin tarixində önəmli rol oynayan liqurların turanlılara mənsub olduğu fikrinin ilk müəllifi də Nikolucci olmuşdur. (Francesco Molon, 1880, Səh. 35)
İtaliyanın görkəmli tarixçisi Custin Nikolucci zəngin tarixi və etnoqrafik dəlillərə əsaslanaraq belə bir nəticəyə gəlmişdir ki, İtaliyanın bu günki liqur əhalisi qədim tarixi dövrdə təkcə İtaliyada deyil, həmçinin Fransada və İspaniyada məskunlaşmış liqurların birbaşa varisləridirlər. Avropada arilərə qədər məskunlaşmış əhali malik olduqları keyfiyyətlər baxımından turanlılar olmuşlar. Arilər İtaliyaya gəldikdən sonra digər bölgələrin turanlı əhalisi onlarla qaynayıb qarışaraq assimilyasiyaya uğrasalar da İtaliyanın şimalında Alp dağları ilə dəniz arasındakı Pyemont və Liquriya bölgəsinin qeyri ari əhalisi öz dillərini, adət-ənənlərini və etnik xüsusiyyətlərini qoruyub saxlayaraq vahid bir millət kimi təşəkkül tapmışlar. (Arturo İssel, Liguria Geologica e Preistorica, Səh. 69)
Molon yazır ki, İtaliyada, İspaniyada və Fransanın cənubunda məskunlaşan qədim xalqı Nikolucci və digər antropoloq bilim adamları ligurlar adlandrır və onları fin-uqor ailəsinə aid edirlər. Mən onları liquroidlər adlandrıram və onların liqur və iber olmaqla iki qoldan ibarət olduqlarını təsbit etmişəm. (Francesco Molon, 1880, Səh. 21)
Yuxarıdakı şərhlərdən də göründüyü kimi bir çox antropoloqlar liqurları ural-altay ailəsinin uqor/oqur qoluna aid edirlər.
Emmanuele Kelesia Liqur sözünün önündəki “li”-nin ön şəkilçi olduğunu və etnonomin “gur” və ya “quri” ola biləcəyini yazır. (E. Kalesia. Dell Antichissimo İdioma de Liguri, Səh. 10)
Bizim fikrimizə görə də Avropanın qədim turanlı xalqı olan Liqurların adları uqur-uqor etnoniminin qədim fonetik şəklidir. Bir çox müəlliflər də uqur və oqurları uyğur türkləri ilə eyniləşdrirlər.
F.Molon yazır ki, Mərkəzi Asiyadan gələn Turanlıların ural-altaylılara mənsub liqur və iber qolu laplandlar və finlərdən sonra Avropaya gələn ikinci miqrasiya idi. O, keltlərin timsalında iran-ari irqinə mənsub insanların turanlılardan xeyli zamanlar sonra Avropaya miqrasiya etdikləri fikrini irəli sürür. (Francesco Molon, 1880, Səh. 32)
“Alb” toponimi liqurların məskunlaşdığı ərazilərdə geniş yayılaraq Alp, Alba, Albano, Alban kimi çoxsaylı toponimlər meydana gətirmişdir. Molon Albion adının Saturnun oğlunun adından götrüldüyü