Dünya tarixinin Turan Dövrü. Ələsgər Siyablı
Чтение книги онлайн.
Читать онлайн книгу Dünya tarixinin Turan Dövrü - Ələsgər Siyablı страница 11
Yalnız Türk tarixçilərinin bir qismi deyil Avropa tarixçilərinin də bir çoxu Xattiləri, Hiksosları, Pelasqları turanlı Ön Türklər hesab edirlər.
G.Serqinin yazdığına görə zamanın gedişatında qarşılıqlı mübarizə, hökmranlıqlar və istilaların təsiri ilə bir çox xalqların adları dəyişikliyə məruz qalmış, digərləri öz adlarını qoruyub saxlamışlar. Pelasqiya Yunanıstan adlanmış, Khatti ölkəsi Finikiyaya çevrilmişdir. (G. Sergi, 1901, Səh. 34)
Hititlərə bir neçə əsər həsr etmiş italiyalı rahib Sezare De Karaya görə Xatti/Hititlər pelasqlardırlar və eyni zamanda Misiri işğal etmiş hiksoslar da pelasqlardırlar. De Kara hititləri bir xalq yox Misirə, Babilə və ya Assuriyaya birləşmiş bir çox xalqlardan ibarət siyası konfederasyon adlandrır. De Karaya görə Hititlərin ibtidai dağılma bölgələri Suriyanı, Kiçik Asiyanı, Skifiyanın cənubunu yəni Qara dəniz ətrafını və Azovu əhatə edirdi. (G. Sergi, 1901, Səh. 146)
Lemnos adsında tapılmış yazı etruskların pelasqların qərb qolu olduğuna heç bir şübhə yeri qoymur. Pelasqlar əsasən Yunanıstan və Kiçik Asiya ərazilərində yayılmışdılar. (G. Sergi, 1901, Səh. 166)
İngilis tarixçisi G.Smit də pelasqların turanlıar olduğu fikrini müdafiə edərək yazır: “Pelasqlar Yunanıstanın və İtaliyanın cənubunun hind-avropalılara qədərki dövrdə məlum olan ən qədim turanlı sakinləridirlər. İoniya və onun qonşuluğundakı adalar ilkin dövrlərdə pelasqlar tərəfindən məskunlaşmışdılar”. (Smith Philip. 1888, Səh. 424)
Amerikalı antropoloq Harvard universitetinin professoru Vilyam Ripli “Avropa irqi” adlı əsərində bəşəriyyəti Tevtonik, Alp və Aralıq dənizi olmaqla üç antropoloji tipə ayırır və Aralıq dənizi tipini eyni zamanda İberiya tipi adlandırır. V.Ripli Avropanın Alp irqinin Asiya kökənlı olduğunu və türkmənlərin də Alp irqinə mənsub olduqlarını qeyd edir. Ripli Azərbaycanlılar ve Şimali Qafqaz türkləri ilə yanaşı tatarları da Alp irqinə aid edir. (William Z. Ripley, 1899. Səh. 419)
Ripli Mərkəzi Asiyada, Türkistan dağlarıı ətrafında və şimalda yaşayan türkmənləri, Aral-Xəzər çökəkliyində yaşayan türkləri monqoloid deyil Alp irqinə mənsub olduqlarını yazır. V.Riplinin fikrinə görə Alp irqinə mənsub insanların Avropaya gəlməsi ilə onların metalla tanışlığı eyni zamana təsadüf edir ki, bu da şərqlilərin Avropa mədəniyyətinə təsirinin sübutudur. O, Avropanın ilk mədəni xalqı olan və Alp irqinə mənsub qədim Hallştadt mədəniyyəti insanlarını türklərlə eyniləşdirir və onların yunan mədəniyyətinin əsasını qoyan xalqla sıx qohumluq əlaqələrinə malik olduqları aşkar görsəndiyini yazır. (William Z. Ripley. 1899. Səh. 503)
Türk tarixçisi Yusif Ziya Özər də Alp irqinə mənsub insanları türklər adlandrır və yazır ki, arxeologiya elminin də təsdiq etdiyi kimi İberiya yarımadasından başlamış Rusiyanın dərinliklərinə qədər yayılaraq davam edən menqir, dolmen və təpələrdən ibarət abidələr, nəhayət, Qara dənizdən Sibirə qədər mövcud olan kurqanlar Alp insanlarının və ya turanlıların Avropaya doğru miqrasiyasını təsdiq edən abidələrdir. (Yisif Ziya Özer. 1932, Səh. 531)
F.Molon Alp adını tarixin qədim dövrlərindən etibarən İtaliyada və Avropanın digər ərazilərində məskunlaşmış turanlıların qədim liqur etnosu ilə əlaqələndirir. Onun yazdığına görə “Alb” toponimi ligurların məskunlaşdığı ərazilərdə geniş yayılaraq Alp, Alba, Albano, Alban kimi çoxsaylı toponimlər meydana gətirmişdir. Molon Albion adının Roma mifologiyasında Saturnun oğlunun adından götürüldüyü haqqında Pampolio Melanın fikrini inandrıcı hesab etmir və italiyanın Albano xalqının liqur mənşəli olduğunu və Appenin yarımadası boyunca yayılaraq Latium (Latsio) ərazisində də məskunlaşdıqlarını qeyd edir. (Francesco Molon. 1880, Səh. 36)
Alp Türklərlə əlaqədar qədim bir eponimidir. Qədim türk sözü olan Alp adının bir çox izahları mövcuddur. Qədim türk lüğətində Alp eponimi qəhrəman, igid, cəsur, bahadır, pəhlivan, cəngavər kimi izah olunur. (Древнетюркский сдоварь, 1969, Səh. 36)
Alp insanları əsasən dağlıq ərazilərdə məskunlaşmış dağlı insanlardır.
Bir çox qaynaqlarda göstərildiyi kimi Alp sözü Alb və Alm şəklində də ifadə olunur.
Almaniyada assurologiyanın atası hesab olunan Eberhrd Şrader akkad-sami dilində Alp-i/Alap sözünün öküz demək olduğunu yazır. (Eberhard Schrader. 1872, Səh. 26)
D.Miller və M.Şippin Akkad dilinə həsr olunmuş əsərində də, Alpu sözü “öküz” kimi tərcümə edilir və onun mixi ideoqramının Qud yəni öküz olduğu yazılmışdır. (D.Miller and M.Shipp. 1996, səh. 74)
İngilis tarixçisi Duqlas Freşfild “Qafqazın Kəşfi” adlı əsərində Alp sözünün mənasının iddia edildiyi kimi “ağ dağ” deyil “dağ çəmənliyi” anlamı daşıdığını yazır. (Douglas Freshfield. Səh. 65, 1896)
VI əsr Roma tarixçisi keşiş Sevilyalı İsidor da Alp sözünü liqur dilində yüksək dağ və dağ çəmənliyi anlamı daşıdığını yazmışdır.
Alup sözü sumer-akkad dilindən uqarit dilinə Alp şəklində keçmişdir və mənası öküz və ya qaramal deməkdir. (Wilfred Watson. 2007, Səh. 106)
Alp sözü ilə Alm sözləri sinonim sözlərdir. Yuxarıdakı izahlardan da göründüyü kimi sumer-akkad dilində Alpu və Alum/Alim öküz anlamı daşıyır. Alu-m Sumerin baş tanrısı Anın öz qızı İnannaya yardım üçün gəndərdiyi səma öküzünün adı idi. (Friedrich Delitzsch. 1896, Səh. 59).
Alim günəş tanrısı Utunun epitetlərindən biri idi və mənası vəhşi öküz deməkdir. Alp/Alb və Alm sözləri aydın şəkildə göründüyü kimi Alup və Alum sözlərinin qısaldılmış formasıdır. Qədim almanlar qaramal bəslədikləri dağ çəmənliyi və otlaqları Alp/Alb və ya Alm adlandrırdılar. (Alfred Helfenstein. 1982, Səh. 45)
Sumer dili lüğətlərində Alpi/Alim sözlərinin loqoqramı olan Qud sözünün öküz, buğa anlamı ilə yanaşı digər mənasının da “güclü”, “cəsur”, “qəhrəman” anlamı daşıdığı qeyd olunmuşdur. (Friedrich Delitzsch. 1914, Səh. 108)
Yuxarıdaki şərhlərdən də göründüyü kimi sumer-akkad dilində Qud/Alp sözü vəhşi öküz anlamı ilə yanaşı bir də güclü, cəsur, atılqan anlamı daşımış və bu azadlıq sevər, cəsur, güclü heyvan insanlar üçün də qəhrəmanlıq, igidlik simvoluna çevrilmiş, insanlar onu özləri ilə özdəşdirmişdilər.
Müxtəlif dillərdə Alp, Tur, Öküz, Kutur, Bizon və Yak adlanan vəhşi öküzün ənənəvi yaşayış arealı yüksək dağ yamaclarındakı çəmənlik və otlaqlar olmuş və ona görə də yüksək dağ yamacları onların adı ilə Alp və ya Alm/Alb adlanmışdır. Qədim türklərdə Alp Turan, Alr Ər Tonqa, Alp Teqin və. s. qəhrəmanlıq epitetləri daşıyan adlar geniş yayılmışdı.
Bir