Dünya tarixinin Turan Dövrü. Ələsgər Siyablı
Чтение книги онлайн.
Читать онлайн книгу Dünya tarixinin Turan Dövrü - Ələsgər Siyablı страница 14
Görkəmli dilbilimçisi, dillər haqqında nəzəriyyənin banisi Maks Müller Turan adını “sürətli olan, daima hərəkətdə olan, ətrafda dolaşan” kimi izah edir. Türk adı əslində Turan irqinin ən qədim kollektiv adı olmuşdur. Çin müəllifləri hələ e. q. V əsrdə Hiunq-nuların bir qolu kimi Tukuelər haqqında bəhs edərkən bunu təsdiq etmişlər. Etimoloji baxımdan Türk adı arilərin Himalayın quzeyində yaşayan atlı köçərilərə və iskit-sak xalqına verdikləri Tura, Tuvaşa, Turuşka adlarından yaranmışdır. (Max Müller. 1854, Səh. 78)
Lakin Müller yanlışlıqla etimaloji baxımdan Türk adını arilərin Himalayın quzeyində yaşayan atlı köçərilərə və iskit-sak xalqına verdikləri Tura, Turvaşa, Turuşka adlarından yaranmış olduğunu yazır. Gerçəklikdə isə Turvaşa, Turuşka adları Türk adının həmin dillərdə təhrifə uğramış fonetik şəkilləridir.
Alman Sumerşünası, sumer dilinin lüğətini tərtib etmiş F.Delitç Tur sözünün sumer dilində çox mənalı söz olduğunu yazır: Tur-oğul, həyət, giriş qapısı, qapı, doğulma, ana bətni kimi anlamlar daşıyır. NinTur Sumerlərdə ana tanrıdır. (F.Delitzsch, Sumerische glossar, Səh. 163)
Fransız Lenorman da Tur sözünün geniş izahını verərək yazırdı ki, Sumer dilində Turqal və Nirqal eponimləri mövcuddur. Sumer dilində “tur” oğul deməkdir, “qal” böyük, əzəmətli deməkdir, “nir” isə rəhbər, prins anlamı daşıyır. Nir-qal böyük, əzəmətli başçı, rəhbər deməkdir. Beləliklə, Turqal əzəmətli başçı, tanrının əzəmətli oğlu anlamındadır. Turan, turlar və türk etnonimlərinin kökünü təşkil edən Tur eponimi ulu əcdada, tanrıya bağlı olaraq ulu əcdadın, ulu irqin oğlu və rəhbəri deməkdir. (Lenormant F., 1877, Səh. 357–358)
Qədim turanlı öntürklərin dilindəki Tur sözü Türk ləhcələrinin bir çoxunda doğulmaq anlamında tur/tuur/tour/törə şəklində ifadə olunur, “tuq” isə dini mənada əlamət/işarə deməkdir ki, qədim turani dilində malik olduğu eyni mənanı kəsb edir. (Radlov V., 1905, Səh. 1253–1254; ДТС, S. 584)
Türk dillərində kökünü Tur sözünün təşkil etdiyi nəvə anlamında torun sözü də mövcuddur.
Etimoloji baxımdan sumer sözü olan Tur sonradan ari və sami dillərinə keçərək vətəndaşlıq qazanmış, lakin bu sözün mənşəyi araşdırılmadan yanlışlıqla həmin dillərə aid bir kəlimə kimi qələmə verilmişdir. Assur dilində sumer dilindən alınma çöxsaylı sözlər mövcuddur ki, bunlardan ən geniş istifadə olunanlardan biri də Tur sözüdür. P.Leander assur dilindəki sumer sözlərinin araşdırılmasına xüsusi bir əsər həsr etmişdir. (Leander P. 1903.)
Tur sözünün izahını verən Y.Oppert bu sözün “sakkanak” adında olduğu kimi assur dilinə onun saklar adlandırdığı turanlılardan keçdiyini yazır. Assurlarda general mənasında olan “Tur-tan” adı sak/iskitlərdən assurlara keçmişdir.
Turkman adı
Türk xalqlarının böyük bir qolunu təşkil edən Türkmən adının etimalogiyası müxtəlif şəkillərdə izah olunur. Prof.Dr. İbrahim Kafesoğlu Türkmən adının etimologiyasına dair geniş bir məqalə həsr etmişdir. (İbrahim Kafesoğlu. Türkler cild 4. 2002, Səh. 1001–1008)
Azərbaycan tarixçisi Ramil Ağayev də Türkmən adının izahına həsr etdiyi məqalədə etnonimin geniş izahını verir. O, F.Kırzıoğlunun Türkmən adının mənşəyinə dair belə bir maraqlı fikrini sitat gətirir: “F.Kırzıoğlu qıpçaqlara həsr etdiyi əsərində türkmanlarla bağlı məsələlərə də toxunur. Onun türkman sözünün mənşəyi ilə bağlı fikirləri maraqlıdır. Müəllif türkman sözünü Çin mənbələrində rast gəlinən “tü-kü-mön”, “Tövrat”dakı saka “torqomalar” və bəzi qaynaqlarda eradan əvvəlki hadisələrdə adı çəkilən “dargaman” adı ilə bağlı olması ehtimalını irəli sürür. O, VIII əsr ərəb müəlliflərindən Vəhəb bin Münəbbihin əsərində rast gəlinən və hökmdar Zülqərneynlə qarşılaşdığı güman edilən “torgümanlar” adlı xalqa diqqət yönəldir.
Lakin Türkman etnoniminin əsl kökünün qədim turanlı öntürklərə məxsus eponim olan Turqumannu adının təşkil etdiyi qədim mənbələrdə öz əksini tapmışdır. Türkmən adının izahı ilk dəfə Mahmud Kaşğarinin “Divani lüğət-it Türk” əsərində verilmiş, türkmənlər və Makedoniyalı İsgəndərlə əlaqədar bir əfsanə də təqdim olunmuşdur”. (R.Ağayev. Türkman anlayışı və onun etimologiyası ərəb və fars dilli müəlliflərin əsərlərində. Geostrategiya jurnalı № 3, May-iyun 2015)
Məqalədə çox doğru olaraq Türkman adının əsl kökünün qədim turanlı öntürklərə məxsus eponim olan Tarqumannu adının təşkil etdiyi yazılsa da, bu etnonimin qədim tarixi kökləri izah edilməmiş, onun mənşəyinin məhz sumerlərə məxsus olduğu və eponimin lüğəti mənası izah edilməmişdir.
Bizə məlum olan yazılı ədəbiyyatda Türkmən adı ilk dəfə ilkin Orta əsrlər ərəb müəlliflərinin əsərlərində öz əksini tapmışdır.
Qafqazı, Azərbaycanı, İranı fəth edən, Türküstana, yəni Xorasana və indiki Türkmənistana gələn sami ərəblər qədim dövrlərdən etibarən Mesopotamiyada ünsiyyətdə olduqları və onların Turquman adlandırdıqları turan mənşəli insanlarla dil və antropoloji baxımdan eyniyyət təşkil edən türklərlə qarşılaşmış və qədim ənənəyə uyğun olaraq onları da Turquman adlandırmışlar.
İbn Haldun yazır ki, ərəb müsəlman ordusu hicri 111-ci ildə (729–730) Tiflis nahiyəsində olan “turkuman” ölkəsi üzərinə hücum edərək onları məğlubiyyətə uğratdı. İbn Haldun öz əsərində xəzərləri və türklərin eyni kökə malik olduqlarını vurğulayaraq xəzərlərin turkmam olduqlarını və bütün türklərin Yafəs nəslindən olduqlarını yazır. Yaqut Həməvi də öz əsərlərində türkmanlardan bəhs etmişdir. O, hələ islamaqədərki dövrdə Mərv ətrafında “Türkman” adlı kənd olduğunu bildirir. Onun yazdığına görə, ərəb xəlifələrindən Hişam bin Əbd-ül-Malik (724-743-ci illər) oğuzların hökmdarına elçi göndərib onu İslama dəvət etsə də o, bunu qəbul etmədi. O, Muğanda türkmanlara məxsus otlaqların yerləşdiyin yazır. (Ramil Ağayev. Geostrategiya jurnalı № 3, May-iyun 2015)
Sami ənənsinə görə Turqum dedikdə türklər nəzərdə tutulur və xalqların şəcərə cədvəlinə görə Xəzər və ya Quzər Yafəsin soyundan olan Turqumun yeddinci oğlu idi və onun bütün oğlanları türk adları daşıyırdılar.
Yuxarıdakı sitatdan göründüyü kimi ərəblərin Turquman adlandırdıqları türklərlə ilkin qarşılaşdıqları zaman hələ onlar islamı qəbul etməmişdilər. Ona görə də, Türkman adının “türk-iman” yəni islamı-müsəlmanlığı qəbul etmiş “imanlı” türklər şəklində izah edilməsi özünü doğrultmur.
Oppert və Lenorman kimi böyük assuroloqlar Tarqumannu adının sumerlərə məxsus olduğunu və mənasının “insan oğlu” anlamı daşıdığını yazmışlar.
Oppertin izahına