Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan. Ələsgər Siyablı
Чтение книги онлайн.
Читать онлайн книгу Turan-Türk tarixində Əfrasiyab və Oğuz Xaqan - Ələsgər Siyablı страница 10
Öz ilkin vətənləri Balkanlardan hərəkət edən hind-avropalı arilər şərq isiqamətindəki hərəkətləri zamanı iki qola ayrılmışlar. Onların hind-ari qolu Sibirin cənubu üzərindən Orta Asiyaya yenmiş və burda yerli avtoxton turanlı əhalinin ciddi müqaviməti ilə üzləşdiklərindən daha şərqə doğru hərəkət edərək Hindistan ərazilərində məskunlaşmışlar. Riqveda və digər sanskrit ədəbiyyatda həmin hind-arilərin Hindistanda daha qədimlərdən məskunlaşmış olan Turvaşa, Yada, Çaka kimi turanlı tayfaları ilə qarşıdurmalarından bəhs etməkdədirlər.
Hind-avropalıların iranlı ari qolu Balkanlardan hərəkət edərək Qafqaz dağları üzərindən Azərbaycana gəlmiş və burda yerli turanlı əhalinin ciddi müqaviməti ilə qarşılaşdıqlarından daha cənuba doğru hərəkət etmişlər. Məhz yerli turanlı əhalinin ciddi müqaviməti ilə üzləşdiklərindən iranlı arilərin Azərbaycanın Arazdan şimal ərazilərində hər hansı bir qədim etnik anklavları mövcud deyil. Azərbaycanın həmin ərazisində mövcud olan azsaylı irandilli tatlar və dağlılar Sasanilər hakimiyyətinin daha gec dövrlərində xəzərlərə qarşı mübarizə prosesində özlərinə dayaq yaratmaq məqsədilə köçürülüb yerləşdirilmişlər.
Azərbaycan ərazisində müqavimətlə üzləşən irandilli arilər Xəzərin güneyindəki Hirkaniyada və ilk öncə Zaqros dağlarının şimal-qərbində, Urmiyə gölünün güneyindəki Barsua adlanan ölkədə yerləşmişlər. Barsualılar subar-kassi mənşəyinə malik turanlı xalq idi. Onların hakim sülalə boyu Artalılar adlanırdılar. Bu döyüşkən Arta boyunun Akameniş ailəsi həmin iranlı ariləri öz hakimiyyətlərinə tabe etdilər. Assurların uzun illər ərzində təcavüzlərinə davam gətirə bilməyən iranlı arilər öz başçıları Akamenişlərin rəhbərliyi altında cənuba doğru hərəkət edərək Kirman çöllərində məskunlaşdılar. Tarixi ədəbiyyatda Əhəməni adlandırılan Akamenişlər rəhbərlik etdikləri iranlı arilərin gücündən istifadə edərək Ön Asiyadakı hakimiyyət uğrundakı mübarizələrinə məhz Kirmandan başladılar. Akamenişlər öz keçmiş vətənləri Barsuanın adını Kirmandakı yeni vətənlərinə də aid etdilər və burda qurduqları şəhər dövlətini Parsa və ya Parsumaş adlandırdılar.
İranlıların Ön Asiya və Mərkəzi Asiyaya gələrək turanlı öntürklərin ərazilərində məskunlaşmaları tarixdə İran-Turan müharibələri adı ilə tanınan və iki irq arasında uzun əsrlər boyunca davam etməkdə olan mübarizəyə səbəb olmuşdur.
Z.V.Toqan ari tayfalarını Orta Asiyaya e.q. II minillikdə gəlməyə başladıqlarını yazır. Kiçik Asiya və Qafqaz yolu ilə gələn arilər bir müddət Xəzər dənizinin cənub sahillərini işğal etdilər. Qurqan çayı o dönəmlərdə arilər tərəfindən Sind çayı adlandırılırdı. Veda ariləri adlandırılan hind arilər e.q. 1700-1500-ci illərdə burdan hərəkət edərək Hindistana getdilər. Orta Asiyada yerləşən soqd, baktriya və digər ari kökənli tayfalar Biruninin “Türk Padşahı” adlandırdığı Turan padşahının icazəsi ilə Xarəzm təqviminin başlanğıcı hesab olunan e.q. 1292-ci ildə Qurqandan gələrək Xarəzmdə yerləşdikləri qeyd olunur. Qərbi Tyanşanın Çu çayı hövzəsində yaşayan türklər Su (Çu) adlı hökmdarlarının başçılığı altında arilərin təzyiqi ilə öz yurdlarını tərk edib Çinin şimalına mühacirət etmələri Xarəzm təqviminin başlanğıcı ilə eyni zamana təsadüf edir. Daha öncələri Çinin şimalına gələrək çinlilərlə uzun illər ərzində mübarizə sonucunda yerləşən Tik türklərinin bir qolu olan Çular burda e.q. 1116-cı ildə ilk birləşmiş Çin dölətini qurdular. (Z.V.Togan, Ümumi Türk Tarihine Giriş, 1981, Səh. 32)
İ.M.Dyakonov hind-avropa dil ailəsinin meydana çıxması məsələsini şərh edərkən qəti şəkildə bildirir ki, “İranın avtoxton əhalisi IV və hətta III minillikdə nəinki iran, dilində hətta hind-avropa dilində danışa bilməzdilər. Ona görə ki, linqvistik dəlillərə əsasən protohind-avropa dili mərkəzi-şərqi Avropanın çox məhdud bir ərazisində təşəkkül tapmış və onun müxtəlif qollara ayrılması bütün III minillik ərzində baş vermiş, ümumi hind-iran qolu isə bir az daha erkən dövrdə ayrılmışdır.
Bizə məlum olduğu üzərə e.q. 2300-cı ildə 1150-ci ilə qədər İran yaylasının qərb sərhəd dağlıq ərazilərinə səfər edən sumerlər, akkadlar, elamlılar və assuriyalılar burda nəinki hind-iran, hətta ümumiyyətlə hind-avropa dillərinin hər hansı bir daşıyıcıları ilə rastlaşmamışdılar. O zamanlar İranın indiki Luristan əyalətində yaşayan və e.q. XVIII əsrdən e.q. XII əsrə qədər Babildə hökm sürərək orda öz sülalələrini yaratmış olan kassilər dil etibarı ilə hind-avropalı deyildilər və kassilərin panteonunda hər hansı bir hind-avropa allahı mövcud olmamışdır”. (И.М. Дьяконов, 1971, Səh. 129)
İran və Ön Asiyanın qədim tarixi üzrə böyük avtoritet hesab olunan Dyakonov irandilli tayfaların İranın qərbinə e.q. I minilliyin əvvəllərində gəlməsi haqqında özünün də əvvəllər tərəfdarı olduğu və rəsmən qəbul olunmuş görüşlərin heç bir pozitiv dəlillərə əsaslanmadığını yazır. Yazılı mənbələrdə ilk fars hakimiyyət sülaləsi hesab olunan Əhəmənilərin e.q. VII əsrin əvvəllərində yaşadıqları təsbit olunduğundan bu tarix sözsüz şəkildə irandilli xalqların Ön Asiyaya gəlişləri tarixi kimi qəbul olunmaqdadır. (И.М.Дьяконов, 1971, Səh. 128)
Riçard Fray “İranın irsi” əsərində farsların şimaldan Qafqaz yolu ilə və ya şərqi İran ərazisindən e.ə. X əsrində gələrək öncə Urmiyə gölünün qərb və cənub-qərb tərəflərində assurların Parsua adlandırdıqları ərazilərdə yerləşdiklərini yazır. Lakin fars şəxs adları mənbələrdə yalnız e.q. 879-cu ildən qeyd olunmağa başlayır. Parsuanın əhalisinin irandilli olduğuna şübhə ilə yanaşan Fray assurların bir çox əraziyə verdikləri Parsua/Parsuma/Parsumaş adını “bahadır, qəhrəman” mənasında işləndiyini və bu adın zamanla iranlı tayfa başçılarının tituluna çevrildiyini yazır.
O II Kirin və ümumiyyətlə Əhəmənilərin Assuriyanın adını çəkdiyimiz Parsua əyaləti ilə heç bir əlaqəyə malik olmadıqları fikrindədir. (Р.Фрай, 2002, Səh. 102)
Parsua adı Assur kralı III Salmanasarın e.q. 837-ci ildə Zaqros dağları yaylalarında yerləşən Şərq ölkələrinə etdiyi bir hərbi səfərlə əlaqədardır. İranlıların yaşadığı ərazi “Parsua” adlandırılsa da, onlarla qonşuluqda yaşayan midiyalılar assur mənbələrində tamam fərqli adla “umman manda” adlandırılırdı, yəni bir çox tarixçilərin farslarla midiyalıları eyni kökə malik irandilli etnos hesab etmələrinə rəğmən, assurlar onların tamamilə ayrı-ayrı etnik kökə malik xalqlar olduqlarını gözəl bilirdilər. Farslar sonradan cənuba, Elamın şimalındakı Luristan tərəfə köçmüş, nəhayət