Hekayələr. Абдурагим-бек Ахвердов

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Абдурагим-бек Ахвердов страница 13

Hekayələr - Абдурагим-бек Ахвердов Hekayə ustaları

Скачать книгу

düşdülər.

      Sabahdan Mehdi bəyin evində böyük izdiham var idi. Çünki Şəban Gülsümü onun evinə gətirmişdi. Qonşulardan neçə adam bir yanda əyləşmişdi. Məşədi Məmmədvəli əlində bir yekə ağac qapıda durub deyirdi: "Gərək bu saat məni binamus edən qızı parçalayam". İki nəfər şəxs onu güclə saxlayırdı. Gülsüm bir küncdə üzüörtülü, başında çarşab əyləşmişdi. Onunla üz-üzə qazı və polis naziri əyləşib sual verirdilər. Qazı deyirdi:

      – Qızım, sən heç kəsdən ehtiyat etmə. Heç kəsin cürəti yoxdur sənə bir çırtma vursun. Əgər Şəban səni güclə gətirib, deginən, ta ona divan lazımınca tənbeh eləsin və səni də bu saat verək, atan aparsın evinə!

      Polis naziri həmçinin qazının sözünü təsdiq edib deyirdi:

      – Həqiqət belədir. Zorla qız aparmağın, zakona görə, böyük cəzası var.

      Gülsümü nə qədər danışdırmaq istəyirdilərsə də, cavab verməyə həya edib dinmirdi. Axırda polis naziri dedi:

      – Görünür, bu qız atası ilə getmək istəyir və güclə gətirilməyini iqrar etməyə qorxur.

      Gülsüm bu sözü eşidəntək səsini çıxardıb dedi:

      – Heç kəs məni güclə gətirməyib. Mən özüm öz xahişimlə gəlmişəm.

      Bu sözü üç dəfə Gülsüm təkrar edəndən sonra qazının və polis nazirinin çıxıb getməkdən savayı bir çarələri qalmadı. Məşədi Məmmədvəlini də güclə öz evinə apardılar. Haman gün kəbin kəsib Gülsümü aparıb Şəbanın evində qoydular. Şəban necə ki özünə söz vermişdi, Gülsüm onun evinə gələndən sonra hər bir bəd əməldən əl çəkib, bir dükan açıb başmaq dərisi alış-verişinə başladı və bir-iki aydan sonra qayınatası ilə barışmaq fikrinə düşdü. Çünki Gülsümün də könlü anasını çox istəyirdi. Amma görüşmək mümkün olmurdu. Şəban gedib qazıdan təvəqqe etdi ki, onu bir növ Məşədi Məmmədvəli ilə barışdırsın. Qazı isə cümə axşamına söz verdi. Çaharşənbə günü qazı qəsdən Məşədi Məmmədvəlinin dükanına gedib qabaqca özü üçün bir cüt başmaq tapşırdı və əsnayi-söhbətdə dedi:

      – Sabah axşam azanına iki saat qalmış gələcəyəm. Amma özümlə də bir neçə qonaq gətirəcəyəm.

      – Cəmi şəhəri gətirsən, cənab qazı, gözüm üstə yer elərəm.

      Söz yox ki, Məşədi Məmmədvəli qazının xahişini anladı və artıq da fəxr etdi ki, qazıtək vücud Şəbanı onun ayağına gətirəcək. Öz ürəyində deyirdi: “Əlbəttə, beş gün tez, beş gün gec, iş olacaq idi. Bir qız bir oğlana qismətdir. Nə düşübdür, qazıtək şəxsi özümdən rəncidəxatir edim?”

      Qazı məşədi ilə xudahafiz edib dedi:

      – Məşədi, lumu, mürəbbə, əlbəttə, yadından çıxmasın. Gərək sabah çay hər barədə şirin olsun.

      – Gözüm üstə, canım üstündə, istəyirsən, xanəndə də gətirim.

      Qazı bu sözə gülüb dedi:

      – Bəd olmaz! Xanəndə məhz qazılar üçün yaranıb. Xülasə, sabah axşam sənə qonağıq, xudahafiz!

      – Müşərrəf, göz üstə gəldin.

      Cümə axşamı müəyyən vaxtda Məşədi Məmmədvəli samovarı ağacın altında dəmləyib, göy ot üstündə sərilmiş süfrədə mürəbbə və doğranmış lumu hazır edib, özü də samovarın yanında dizi üstündə əyləşib stəkanları təmizləməyə məşğul idi.

      Bu əsnada qazı, iki nəfər molla və neçə nəfər ağsaqqal təşrif gətirdilər. Gələn qonaqların arasında Şəban da görünürdü. Qonaqlar bir-bir salam verib əyləşdilər. Amma Şəban hamıdan dalda başını aşağı salmış dayandı. Qazı üzünü Məşədi Məmmədvəliyə tutub bir növ nitq söylədi:

      – Məşədi, müsəlman taifəsinin gözəl bir adəti var. Bir şəxs, görürsən, gedib bir ayrı şəxsi öldürür. Sonra haman qatil gəlib məqtulun69 evinə girəndə onun təqsirindən keçirlər. Sən belə güman et ki, bu oğlan sənə çox əziz olan bir vücudun qatilidir. İndi biz onu sənin qulluğuna gətirmişik. Gərək bizim xatirimizi mülahizə edib bunun təqsirindən keçəsən. Doğrudur, bu, çox qəbih70 əməl tutub. Sənin namına toxunub, amma sən özün də cavan olubsan və yaxşı bilirsən ki, cavan naqisül-əql olar. Bundan əlavə, gərək bunun cavanlığını mülahizə edib təqsirindən keçəsən. Ta bu, bu gündən sənə oğul olsun. Sənin qızın da bunun evindədir. Sənin və anasının həmişə korluğunu çəkir. Gərək ona da rəhm eləyəsən. Məsəldir: "İnsan, övladının ətini yesə də, sümüklərini çölə atmaz".

      Qalan qonaqlar da həmçinin Məşədi Məmmədvəlini səsə, küyə basıb Şəbanı çəkdilər ortaya. Şəban isə irəli gəlib qayınatasının əlindən öpdü, qonaqlar da Məşədi Məmmədvəlini Şəbanın üzündən öpməyə vadar etdilər.

      Barışdırmaq rəsmini tamam edəndən sonra qonaqlar şüru etdilər71 çay içməyə. Çay üstündə qazı həmçinin vəz edib böyüyün kiçiyə məhəbbəti, kiçiyin böyüyə itaəti barəsində uzun bir söhbət elədi. Azan deyiləndə qonaqlar qalxıb, bir-bir Məşədi Məmmədvəliyə əl verib: “Allah sizin qohumluğunuzu başadək eləsin”, – deyib getdilər.

      O biri cümə axşamı Məşədi Məmmədvəlinin evində böyük ziyafət idi. Məşədi öz qızını və kürəkənini bir cəmi-kəsir ilə axşam çörəyinə ayaq açmağa çağırmışdı. Şəban kişilər məclisinə daxil olub, salam verib qapı ağzında əyləşdi. Gülsüm arvadlar otağına keçib qapıda anası ilə uzun öpüşdü. Həm ana, həm bala şadlıqlarından ağladılar. Cavan qızlar Gülsümün ətrafını alıb hər biri bir növ suallar verirdilər. Binəva bilmirdi hansının sualına cavab versin. Axşamdan neçə saat keçincə bir podnosda bir dənə qızıl saat gətirib Şəbanın qabağına qoydular. Qonaqlar durub dağıldılar. Neçə gündən sonra rəsmə görə bir qonaqlıq da Şəban edib, qayınatasını və qayınanasını qonaq çağırıb əlli manatadək xərc etdi.

      Bu gündən qohumlar bilaməmaniət72 bir-birinin evinə gedib-gəlməyə başladılar. Şəbanın alış-verişi yaxşı getməkdə idi. Onun keçmişdə igid sayılmağına görə başmaqçılar hamısı gönü ondan alırdılar. Bu səbəbdən də sair gön satanların bazarı kasad düşmüşdü. Şəbanın ticarətinin tərəqqisi hamıdan artıq gön satan Səlmana təsir edirdi. Gecə-gündüz Səlmanın fikri Şəbanı yıxmaq idi. Amma qorxudan bir iş görə bilmirdi. Axır davam edə bilməyib, camaat bazardan evinə çəkiləndən sonra dükanı bağlayıb birbaş polis nazirinin evinə getdi. Polis naziri bir neçə

Скачать книгу


<p>69</p>

Məqtul – köhn. öldürülmüş, qətl olunmuş

<p>70</p>

Qəbih – köhn. pis, yaramaz

<p>71</p>

Şüru etmək – başlamaq

<p>72</p>

Bilaməmaniət – köhn. arada heç bir maneə olmadan; maneəsiz,