Elmi yanlışlıqlar-təbiət və insan. Ариф Алиев
Чтение книги онлайн.
Читать онлайн книгу Elmi yanlışlıqlar-təbiət və insan - Ариф Алиев страница 5
“Ağ səhra” sənədli filmindən lemminq lərin küt ləvi intiharını nümayiş etdirən bədii kadr
Lemminqlərin təbiətdə tarazlığı qorumaq naminə özlərini qurban verdiklərini iddia edən bioloqlar bu filmi əldə bayraq ediblər.
Lakin filmin çəkilişindən 25 il keçdikdən sonra Kanada Yayım Korporasiyasının (Canadian Broadcasting Corporation) araşdırması göstərdi ki, “Ağ səhra” sənədli deyil, bədii əsər imiş. Guya hadisələrin cərəyan etdiyi Alberta vilayətində, ümumiyyətlə, lemminqlər yaşamırmış. “Aktyorları” bura Kanadanın Manitoba vilayətindən tutub gətiriblərmiş. Çəkiliş meydançası qarla örtülmüş fırlanan platformadan ibarət imiş, son səhnədə isə siçanları qovub dənizə salır, sonra sudan yığıb, təkrar kadrlar çəkirlərmiş.
Bundan sonra alimlər də sanki yuxudan ayıldılar. Davamlı müşahidələrdən sonra lemminqlərin kütləvi şəkildə dənizlərdə, daha çox isə çaylarda məhv olmasının səbəblərinə aydınlıq gətirdilər. Bəlli oldu ki, bu acgöz “cırtdanlar” heç də intihara can atmırlar, sadəcə, qabaq larına çıxan otlaqları gəmirə-gəmirə böyük dəstələrlə irəliyə hərəkət edirlər. Təbii sədlər – çay və ya dənizlə üzləşəndə itələşə-itələşə bir-birini suya salırlar. Özləri də təklikdə suda pis üzmürlər. Amma çoxluqda olub çapalayanda tükləri islanır, ağırlaşıb suyun dibinə gedirlər. İntihar etməklə populyasının sayını tənzimləmək haqqında fikir isə heç ağıllarına da gəlmir. Bunu siçanlardan xəbərsiz Yaradan özü edir.
Qütb bayquşlarından birinin yuvasında 70-dən çox siçanın cəsədi tapılıb.
Hansı quş öz çəkisi ilə müqayisədə daha böyük yumurta gətirir?
Dəfələrlə eşitmisiniz ki, dünyada ən böyük yumurta dəvəquşu yumurtasıdır.
Amma öz çəkisi ilə müqayisədə balaca kivi quşunun yumurtası dəvəquşu yumurtasından 17 dəfə ağır gəlir.
Çəkisi 150 kiloqrama çatan dəvəquşunun yumurtası 24 toyuq yumurtası boydadır, onu suda bərkiyənədək qaynatmaq üçün 45 dəqiqə vaxt lazımdır. Bununla belə, dəvəquşunun yumurtası onun öz çəkisinin 11,5%-ni təşkil edir. Adətən 1,5 kiloqram ağır lığı olan kivinin hər yumur tası isə dişi quşun çəkisinin 26%-i qədər olur. Təsəvvür edin: sanki qadın altı yaşında uşaq dünyaya gətirir.
Dəvəquşu, kivi quşu və toyuq yumurtalarının müqayisəsi
Alimlər müəyyənləşdiriblər ki, tarix boyu ən böyük yumurta qoyan canlı epiornis olub. Madaqaskar adasında yaşayan və indiki dəvəquşulara bənzəyən bu heyvanın kökü 1700-ci ildə kəsilib. Əvvəllər ona “fil quşu” da deyiblər. Epiornisin yumurtasının həcmi doqquz litr, çəkisi isə 180 toyuq yumurtası qədər olub. Güman edilir ki, “Min bir gecə” əsərində Sindi-badın döyüşdüyü Ruh quşunun təsviri məhz epiornisdən götürülüb.
Pərvanələr niyə özlərini oda vurub yandırırlar?
Pərvanələr özlərini oda vurub yandırmırlar, istəmədən oda düşüb yanırlar. Alov güclü işıq mənbəyi kimi onları çaşdırır və tələyə salır.
Pərvanələr uçuşlarını işıq mənbəyinə görə idarə edirlər. Onların bu xüsusiyyəti alimləri çoxdan maraqlandırıb. Müəyyən edilib ki, pərvanələr uçuş zamanı həmişə işıq mənbəyinə paralel hərəkət edirlər.
Meşə yanğınlarını nəzərə almasaq, milyon illərlə kəpənəklər üçün belə mənbə Günəş və Ay olub. On lar uçuş istiqamətini məhz bu göy cisim lərinin işığına görə tənzimləməyi öyrəniblər. Həm Günəş, həm də Ay yerdən çox uzaq olduğu üçün onların işığına paralel uçmaq elə düz xətt üzrə hərəkət etmək deməkdir. Amma gecə vaxtı ocaq, lampa, yaxud yanan şam kimi parlaq işıq mənbəyinə rast gələndə pərvanələr çaşırlar. Necə deyərlər, koordinasiya nöqtəsini səhv salırlar.
Bu sxemdə daha güclü işıq mənbəyindən asılı olaraq pərvanənin hərəkət trayektoriyasının necə dəyişdiyi göstərilir.
Ocağa paralel, yəni daim 90 dərəcə bucaq al tında necə uçmaq olar? Əlbəttə, yalnız spiral üzrə onun ətrafında fırlanmaqla. Pərvanə də gözlənilmədən yerini dəyişmiş “Ay”ın başına dolanmağa başlayır. Elə trayektoriya ilə uçur ki, işıq həmişə eyni tərəfdə, eyni bucaq altında qalsın. Lakin ocaq Ay kimi hər tə rəfə sabit işıq saçmır, lampanın işığı isə şüa kimi deyil, dalğavari yayılır. Nəticədə pərvanəyə elə gəlir ki, bucaq tez-tez dəyişir, “xəta”nı aradan qaldırmaq üçün pərvanə spiralı daraldır və sonda ya ocağa düşür, ya da özünü lampaya çırpıb qanadlarını yandırır.
Özünü fədakarcasına odda yandıran pərvanə obrazı şairlərin, yazıçıların, rəssamların sevgini tərənnüm edən yüzlərlə əsərlərinin qəhrəmanıdır.
Yeri gəlmişkən, pərvanənin özünü oda vurub yandırması haqqında əfsanənin yaranmasında ən böyük rol sevgini ilahiləşdirən romantik Şərq şairlərinə məxsusdur.
Qırxayağın neçə ayağı var?
Mərc kəsib 30-dan tutmuş 750-yə qədər hansı rəqəmi desəniz, uduzmazsınız. Bircə qırx rəqəmi üzə rində israr etməyin. Çünki tədqiqatçılar məhz qırx ayağı olan qırxayağı hələ tapmayıblar.
Elmə 13 minə qədər qırxayaq növü məlumdur. Bunlardan 11-nin qazıntılar zamanı qalıqları aşkar edilib. Qalan növlər bu gün də mövcuddurlar.
Təbiətdə ən çoxayaqlı heyvan – llacme plenipes qırxayağı. İkinci şəkildə onun ayaq larının quruluşu göstərilir.
Növündən və yaşından asılı olaraq bu həşəratların ayaqlarının sayı dəyişir. Təzə doğulmuş qırxayağın cəmi bir neçə cüt ayağı olur. Sonradan onların sayı sürətlə artır.
Bəs niyə onlara belə qəribə ad qoyublar? İş ondadır ki, 40 rəqəmi (türklərdə “qırx”, “kırk”, ruslarda səslənməsinə