On bir gecə. Rasim Qaraca

Чтение книги онлайн.

Читать онлайн книгу On bir gecə - Rasim Qaraca страница 3

Автор:
Жанр:
Серия:
Издательство:
On bir gecə - Rasim Qaraca

Скачать книгу

dayanıb gözlərini mənə zilləyib. Öldürücü təsiri vardı bu baxışların. Bu bir cüt gözdən qurtulmaqdan ötrü bütün “mal”dan əl çəkməyə hazırdım. Zamin isə görünmək bilmirdi. Bir az aralıda Volodya məzlum-məzlum səkinin üstündə oturmuşdu. Bu ağır saatda nar qutularından aralanıb Volodyanın yanına getmək böyük təsəlli idi. Birlikdə siqaret çəkdik. Volodya Kiyev ətrafındakı bir qohumugilə getməkdən ötrü elektriçka biletinə yetəcək qədər pul istədi məndən. Öz kasıb büdcəmdən ona 1 rubl verdim. Yaşarmış gözlərində təbəssüm vardı, nəsə demək istəyirdi, ancaq minnətdarlıq hissi deyəcəyi sözlərdən daha güclü idi. Pulu almağa bənd imiş kimi, çantasını götürüb uzaqlaşdı.

      Bundan sonrakı günlərdə də bir neçə dəfə bu hal təkrar oldu: Zamin məni yükün yanında qoyub harasa yox olur, o gəlib çıxanacan o dünyanı görüb qayıdırdım. Nəhayət qayıdıb gəldi, yanında kürən bir xoxol vardı. Reketlərin başçısı deyəsən bu adam idi. Artıq mənzərə dəyişmişdi; bayaqdan bizi hədələyən cavan oğlanlar yeşikləri qonşu platformaya daşımağa başladılar. Əmoğlum allahın bəlası idi, onlarla necə dil tapmışdısa canla-başla qulluğumuzda hazır idilər. Ən qəribəsi bundan sonra oldu. Vinnitsaya başqa sərnişinlər kimi getmirdik. Yükümüz qatarın əks tərəfindəki lokomotivin kabinəsinə yüklənmişdi. Biz də maşinistin yerində oturub sürətlə uzaqlaşan qatarın geridə buraxdığı yollara baxırdıq. Sevincimizdən bağırırdıq, mahnı oxuyurduq, sanki bütün dünya bizim olmuşdu.

      Vinnitsada Vera Nikolayevnanın evinə gəldik. Vera Nikolayevna Nadejdanın anası idi. Nadejda Zaminin köhnə sevgilisi. Nadya özü də qonşuluqda yaşayırdı. Təsadüfən Şimaldan məktəb rəfiqəsi – Lyüdmila qonaq gəlmişdi. Birdən-birə böyük bir şənliyin içinə düşmüşdük. Lüdmila hırhırının biriydi, tez-tez adamı qucaqlayır, sürtüşürdü. Pivə içməkdən çəlləyə dönmüşdü, qırmızı yanaqları, dombalan gözləri vardı. Lüdmila Vinnitsada doğulmuş, ancaq Arxangelskə ərə getmişdi. Düzdür orada maaşlar yüksək idi, ancaq bir ayağı buradaymış, gec-tez Vinnitsaya qayıdacaqmış. Elə ilk saatlardan bir-birimizi çoxdan tanıyırmış kimi olduq. Zamin mənə göz vurub, “hə necədir, xoşuna gəlir, istəsən…” deyirdi, ancaq mənim ağlım Lenanın yanında idi.

      Zaminlə birlikdə onun tanıdığı yerli kooperativlərə gedir, gətirdiyimiz malı təklif edirdik. İşlərimiz yaxşı getmirdi. Pulumuz qurtarmaq üzrəydi. Ertəsi gün Zamin qatara minib Çernovtsı şəhərinə yollandı. Rumınya ilə sərhəddə yerləşən bu şəhərdə böyük baraxolka (bit bazarı) vardı. Zaminin coğrafiyası şəhərlərə görə deyil, sevgililərə görə dəyişirdi. Sevgilisi olan şəhərlər onun vətəni idi. Mən Vera Nikolayevna ilə tək qalmışdım. Son dərəcə təmizkar olan bu qadının zəif damarı vardı. Masamızın üzərindəki araq butulkasına gözucu baxırdı. Ürəyindən keçəni anlayıb ona içki təklif edirdim. “Yox, yox, olmaz” deyirdi, ancaq tərəddüdü üzündən oxunurdu.

      – Bəlkə bir damcı içəsiniz?

      – Hə, bir damcı olar…

      Sonra bu bir damcı bir qədəh olurdu. İradəsini toplayıb:

      – Artıq bu qədər yetər – deyirdi.

      Həqiqətən də azacıq içki ona yetirdi, kefi yaxşılaşır mahnı oxuyurdu.

      Axşam Lena ilə görüşdüm. Ukraynada, gözəl bir qızla parkda dolaşıram, nə edəcəyimi bilmirəm, ruscam zəifdir, cibimdə qəpik-quruş var. Onunla nə söhbət etdiyim yadımda qalmayıb. Yadımda qalan budur ki, Lenanın pula ehtiyacı vardı, Türkiyəyə işləməyə getmək istəyirdi, ancaq bunu necə edəcəyini bilmirdi. Mənim düşüncələrim daha romantik idi, parkda onunla qucaqlaşmaq, öpüşmək istəyirdim. Lena istəklərimi geri qaytarırdı. Yalnız indi başa düşürəm, ona yardım etməliydim, bir qafqazlıyla yaxınlıq etməsinin başqa səbəbi ola bilməzdi. Tək körpəsi ilə ehtiyacın son həddinə gəlmişdi. Ancaq o zaman bunu başa düşmürdüm, başa düşsəydim belə, Lenanın axtardığı qafqazlı mən deyildim, yəqin ki sabah pulum olacaqdı, ancaq bu gün, bu axşam yoxsul idim. Həm də, Lenayla pul qarşılığında sevgi yaşamaq istəmirdim. Bəlkə də həyatımı ona bağlaya bilərdim, qal desəydi onunla orada, Vinnitsada qalardım, ancaq Lenanın düşüncələri başqaydı.

      Dükandan yeyəcək bir şeylər və içki aldıq, Lenanın evinə yollandıq. Kiçik jurnal masasında süfrə açdıq, tanışlığımızın şərəfinə yarım qədəh “qrilka” içdik. Plastinkada musiqi qoydu, rəqs etməyə başladıq. Köynəyinin altından əlimi çılpaq kürəyinə toxundurdum. Qeyri-adi bir istilik vardı bədənində. Lena bu tərəfindən baxanda o tərəfi görünən həmin o qızlardandı…

      Qapı döyüldü. Lena gözlükdən baxıb:

      – Ərimdir, – dedi.

      Necə dəhşətli qorxu hissi keçirdiyimi təsəvvür edin. Artıq hər şey bitdi, bu iş qanla qurtaracaq deyə düşündün. Bir anda nə edəcəyimi götür-qoy etməyə başladım. Gözümün ucuyla masanın üstündəki bıçağı işarətlədim. Ayaq üstə dayanıb gözləməyə başladım.

      Lena soyuqqanlı idi. Üstünü qaydaya saldı, tələsmədən gedib qapını açdı. Cavan oğlan içəri girdi, demək olar ki üzümə də baxmadan:

      – Bağışlayın, narahat etmək istəməzdim… – deyib, soyuducuya yaxınlaşdı, içki şüşəsini götürüb sağollaşıdı, qapını arxasınca çəkib yox oldu. Lena da gedib qapının zəncirini keçirtdi.

      Bu hadisə ovqatımı korladı. Bəlkə bir az içsəm özümə gələrəm dedim. Ancaq Lena daha içmək istəmirdi. Əlindən tutmaq istədim. Yenə könülsüz idi. Balaca çarpayıda uşaq yuxudan oyanıb ayaq üstə qalxmışdı, çarpayının kənarlarından yapışıb dartınır, sanki idman edirdi.

      Ərindən yenicə boşanmışdı, hələ rəsmi işləmlər tamamlanmamışdı. Ağlıma gəldi, bəlkə də yad bir kişini evinə gətirməklə ərindən qisas almaq, “bax, mən heç də bədbəxt deyiləm” demək istəyirdi. Artıq bu vəzifəni tamamlamış kimiydi. Çünki, tamamən süstləşdi, öpüşlərimə cavab vermədi, əlinin yüngül hərəkətiylə məni özündən kənarlaşdırdı.

      Lenayla sevişmədən ayrıldıq.

      Vera Nikolayevna ilə evdə tək qalmışdım. Qonşu mənzildə Lyuba da tək qalmışdı, çünki Nadejda “çamadan ticarəti”ylə məşğul olurdu, biz gəldiyimiz günlərdə Türkiyə səfərinə hazırlaşırdı, bu axşam Kiyevə yola düşmüşdü. Babuşka Vera dadlı borş bişirmişdi.

      – Yaxşı yeməyim olanda istəyirəm qonağım gəlsin – dedi.

      Mən buz dolabını açıb araq şüşəsini çıxartdım. Qadın ikrahla başını buladı. Ancaq gözucu baxışları şüşədən qopa bilmirdi.

      – Sadəcə bir damcı.

      – Hə, bir damcıysa, olar…

      Bir qədəh içdik. Ukrayna araqları kimi təmiz içki görməmişəm. Vera xalanın içkiylə bağlı özünün nəzəriyyəsi

Скачать книгу