Mumi atanın xatirələri. Туве Янссон

Чтение книги онлайн.

Читать онлайн книгу Mumi atanın xatirələri - Туве Янссон страница 4

Автор:
Жанр:
Серия:
Издательство:
Mumi atanın xatirələri - Туве Янссон

Скачать книгу

mən dedim və anladım ki, acmışam. – Bəs bu gözəl yerin sahibi kimdir?

      – Heç kim! Hər kəs! – kirpi çiyinlərini çəkərək dedi.

      – Bəs mən? – deyə soruşdum.

      – Hə, əlbəttə.

      – Buranın hemulilərin heç birinə aid olmadığına əminsiniz? – narahatlıqla soruşdum.

      – Kimə? – kirpi soruşdu.

      Vay, bu şanslı qadın ömrü boyu hemuli ilə rastlaşmayıb!

      – Hemulinin dəhşətli ayaqları var və onlarda yumor hissi olmur. – deyə izah etdim, – Burunları görkəmlidir, bir qədər də yastıdır, saçları isə anlaşılmaz formadadır. Hemuli zövq xatirinə heç nə etmir, ancaq lazım olanı edir və hər zaman başqalarına nə etməli olduqlarını öyrədir və…

      – Oh, dəhşət! – kirpi qışqırdı və ağacın arxasında gizləndi.

      Bura heç kimin deyil, eyni zamanda da ümumidir, buna görə də mənim də sayılır. Nə ilə məşğul ola bilərəm? Və o an ağlıma bir fikir gəldi. Mumi-trol varsa və müəyyən bir yer varsa, əmin olun ki, orada mütləq ki, bir ev olacaq. Necə də gözəl bir fikir idi: öz əllərimlə tikəcəyim bir ev! Yalnız mənə məxsus olacaq bir ev! Yaxınlıqda, mumi-trol üçün çox uyğun görünən bir çay və yaşıl çəmənlik tapdım. Və hətta çayın kənarında kiçik bir qumlu çimərlik də var idi.

      Mən bir çubuq götürüb qumun üzərində evimin rəsmini çəkməyə başladım. Bir saniyə belə tərəddüd etmədim – mumi-trolun evinin necə görünəcəyini bilirdim. Mən onu hündür və dar etdim, çox eyvanı, pilləkənləri və qüllələri var idi. Üst mərtəbədə üç kiçik otaq və hər cür əşyalar üçün bir şkaf düzəltdim, alt mərtəbədə isə böyük, zərif bir qonaq otağı yerləşirdi. Çöldən şüşəli bir veranda var: burada sallanan kresloda oturacağam, yanıma meyvə şirəsi və sandviç qoyub çayı seyr edəcəyəm.

      Ümumiyyətlə, evin özü mütləq kirəmitli sobaya bənzəyirdi. Sadəcə, inanılmaz sürətlə böyüyən bu gözəl quruluş, məni valeh etdi. Düşünürəm ki, məsələ irsi keyfiyyətlərdə-dir, eyni zamanda istedad, tənqidi düşüncə və qabilliyətlərini ayıq şəkildə qiymətləndirmə bacarığıdır, həm də. Lakin yaradıcının öz yaradıcılığını tərifləməsi düzgün olmadığından, mən sizə işimin nəticəsini ümumilikdə izah edirəm.

      Birdən hava soyudu. Fernlərin kölgəsi bütün meşəyə yayıldı, axşam yaxınlaşırdı. O qədər yorğun və ac idim ki, başım döndü və kirpinin hazırladığı yeməkdən başqa nəsə düşünə bilmədim. Üstəlik, kim bilir, bəlkə damı boyamaq üçün boyası da var…

      – Sən yenə buradasan? – kirpi soruşdu. O, qabları yuyurdu. – yenə mənə Hemuli haqqında danışmağa çalışma.

      Pəncələrimi yelləyib cavab verdim:

      – Əziz xanım, indi onlar haqqında danışacaq halda deyiləm. Mən ev tikmişəm! İkimərtəbəli ev! Yorulmuşam, çox xoşbəxtəm və inanılmaz dərəcədə acam! Mən saat beşdə nahar etməyə öyrəşmişəm. Üstəlik, damı boyamaq üçün qızılı boyaya da ehtiyacım var…

      – Bax sən! Qızılı boya? – kirpi narazı halda sözümü kəsdi. – Yeni qatıq hələ mayalanmayıb, köhnəni isə artıq yemişəm. Siz tam da qablar yuyulan vaxta gəldiniz.

      – Nə deyirəm ki, elə də olsun. – deyə cavab verdim, – Bir macəraçı üçün bir stəkan qatıq nədir ki. Xanım, xahiş edirəm, yeməyi atın və mənimlə gəlib tikdiyim yeni evə baxın!

      Kirpi şübhə ilə mənə baxdı, ah çəkib əllərini dəsmala sildi və dedi:

      – Yaxşı. Eviniz haradadır? Uzaqdır?

      Onu çayın yanına apardım, ev olan yerə yaxınlaşdıq.

      – Və? – kirpi dedi.

      – Buyurun, əziz xanım, – mən qumluqdakı evin rəsmini göstərib ona dedim. – Evimi bax belə təsəvvür edirəm… Mən, tamamilə, dolaşığa düşdüm.

      Bilirsiniz, əziz oxucular, inşaata o qədər başım qarışdı ki, evin hazır olduğuna mən belə inandım! Bu, əlbəttə ki, çox canlı bir təsəvvürə – gələcəkdə mənim və yaxınlarımın həyatında həlledici olacaq bir keyfiyyətə dəlalət edirdi. Kirpi heç nə demədi. Mənə uzun-uzadı baxdı, xoşbəxtlikdən, anlaya bilmədiyim bir şeylər dedi və qablarını yumağa getdi.

      Çayın içinə girdim və heç nə düşünmədən soyuq suyun içində gəzməyə başladım. Çaylar tələsmədən axdıqca axırdı. Bəzi yerlərdə şəffaf və dəyaz idi, bəzi yerlərdə isə daha da dərinləşirdi. Günəş – çox qırmızı idi, çox aşağı enmişdi və şam ağaclarının arxasından üzərimə işıq saçırdı, mən isə gözlərimi yumub yoluma davam edirdim.

      Nəhayət, ağlıma yeni bir fikir gəldi. Özünüz düşünün, gözəl çiçəklərlə dolu bir çəmənlikdə ev tiksəydim, o zaman çəmənliyi məhv edərdim, elə deyilmi? Çəmənliyin yanında ev tikmək daha yaxşı fikir idi, lakin təsəvvür edin ki, çəmənliklərin yanında ev tikmək üçün yer yox idi. Və əsas məsələ – mən ev sahibi olacaqdım. Belə bir sual yaranır, ev sahibi eyni zamanda macəraçı ola bilər? Yox!

      İndi isə bunu düşünün: birdən bütün ömrüm boyu bu kirpi ilə qonşuluqda yaşayası olsam? Ehtimal edirəm, onun böyük kirpi ailəsi var və hamısı, çox güman ki, onun kimidir. Yəni, əslində, çox şanslı idim: bir anda üç bəladan qurtulmuşdum. İndi geriyə baxanda, düşünürəm ki, ev tikmək mənim inkişafım üçün, ən böyük əhəmiyyət kəsb edən, ilk həyat təcrübələrimdən biri idi. Beləliklə, sərbəstliyimi və özünə hörmətimi itirmədən, qəribə və sakit bir səs məni düşüncələrimdən ayırana qədər axınla getməyə davam edirdim. Çayın ortasında, budaqlardan və sıx yarpaqlardan toplanmış möhtəşəm bir su çarxı fırlanırdı. Mən təəccüb içində dayandım. Və birdən kiminsə səsini eşitdim:

screen_30_51_60

      – Təcrübə aparıram. Dövriyyələri hesablayıram.

      Gözlərimi qıyıb kolların arasından görünən iki yekə qulaq gördüm.

      – Kimsiniz? – soruşdum.

      – Fredrikson, – qulaqlı həmsöhbətim cavab verdi, – bəs, siz kimsiniz?

      – Mən mumi-trol, – deyə cavab verdim, – Çox xüsusi ulduzların altında doğulmuş qaçaq.

      – Məhz, hansı ulduzlar? – Fredrikson açıq bir maraqla soruşdu və mən çox sevindim, çünki həyatımda ilk dəfə idi ki, ağıllı sual eşidirdim.

      Çaydan

Скачать книгу