Bibilər. Cyriel Buysse
Чтение книги онлайн.
Читать онлайн книгу Bibilər - Cyriel Buysse страница 6
– Mən fikirləşirəm ki, onların dostluğu tezliklə bitəcək – cənab Dufour dedi.
– Raymond toyda Marinin əmisi oğlanları ilə tanış oldu, və indi onlar demək olar ki, ayrılmaz dostlardı.
– Vəssalam, – Klemens bibi onun sözünü kəsdi. – Bu, iki qardaş həm davakar həm də əyyaşdılar. Maks onlarla bir araya gəlsə bu biabırçılıq olacaq.
Adrian dərindən nəfəs aldı. O, Raymond və Verstraje qardaşları haqqında düşünürdü, onun üçün onların dostluq etməsinin heç bir problemi yox idi, çünki onların, ov etmək, at sürmək kimi ortaq maraqları var idi və buna görə də bu dostluq çox normal hal idi. Onlar həftədə bir ya da iki dəfə at sürmək üçün kəndə gedirdilər. Verstraje qardaşlarının insanlarda qıcıq doğuran arıq görünüşləri, qırmızı üzləri və qəzəbli gözləri var idi. Onlar bəzən, gecə barlarda çox içib, sərxoş olub əylənirdilər. Bibilər də məhs bu söhbətləri eşidiblər deyə qardaşlardan xoşları gəlmirdi.
Bütün bu olanlar Adrianı çox kədərləndirirdi, çünki Raymond ona nə vaxtsa aşiq olsa və onunla evlənmək istəsə, sırf bu səbəblərə görə bibilər bu evliliyə razılıq verməyəcəklər. Adrian sakitcə kədərlənirdi və əlindən heç nə gəlmirdi.
Bir dəfə, onlar toydan bir müddət sonra cənab Dufourun evinə gəlmişdilər. Kobud hərəkətləri var idi, adama elə gəlirdi ki, onlar xanımların yanında özlərini narahat hiss edirlər. Bir az sonra Raymond gəldi, onlar üçü də bir xeyli atlar haqqında danışdılar, Adrian isə gizli, nəzərə çarpmadan Raymonda baxırdı. O, ona baxmaqdan özünü saxlaya bilmirdi, gözünü heç cürə ondan çəkə bilmirdi. Adrian birdən gördü ki, Verstraje qardaşlarından biri, onun Raymonda necə baxdığına fikir verdi.
Onlar getdikdən sonra o, dərindən rahat nəfəs aldı, lakin sonrakı günlər qardaşlardan birinin onun sirrindən xəbərdar olması fikri onu rahat buraxmırdı.
Bibilər getmək üçün ayağa qalxdılar. Marta tələsik onların şlyapalarını gətirdi. Cənab Dufour və qızları onları yola salmaq üçün çölə çıxdılar, bibilər sağollaşıb faytona mindilər.
– Biz ümid edirik ki, Maks və onun arvadı gəldikdən sonra bizə baş çəkəcəklər. – Klemens bibi sağollaşarkən dedi.
Bacılar sakit dayandılar, lakin cənab Dufour səsləndi:
– Evə gələn kimi, mən onları, sizləri ziyarət etmələri üçün göndərəcəyəm.
Viktuar bibi pəncərəni bağladı və onlar yola düşdülər.
Üçüncü Hissə
Yeni ildən əvvəl, axşamların birində, Maks və Mari uzun və möhtəşəm bal aylarından döndülər. Onlar Dufourlarda yalnız bir neçə gün qala bilərdilər; Maks evlilikdən əvvəl yerləşdiyi yaxınlıqdakı əyalətə öz vəkil işinə geri dönmək üçün tələsirdi.
Cənab Dufourun vacib işləri olduğu üçün o, təsəlik getmişdi, lakin bacılar pəncərənin önündə dayanıb faytonun yeni evlənən cütlüyü gətirməsini gözləyirdilər.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.