Dələduz. Роберт Вальзер

Чтение книги онлайн.

Читать онлайн книгу Dələduz - Роберт Вальзер страница

Жанр:
Серия:
Издательство:
Dələduz - Роберт Вальзер

Скачать книгу

aradüzəldən qadınlar göndərib. Hər yerdə xanım dostları var, amma heç birindən faydalana bilməyib; üstəlik, belə demək olarsa, o məşhur yüz frankdan da bir şey çıxacağı şübhəlidir. Bir zamanlar ürəyiaçıqlığı, yardımsevərliyi ucbatından yüz min markı itirməsindən elə də çox zaman keçməyib. Əgər ona gülsəniz, o da sizə qoşulub güləcək. Elə bu dediklərim onun haqqında qəribə bir tip olduğu təəssüratı yaratmaq üçün yetərli ola bilərdi. Heç bir dostu yoxdur. Burada, bizlərlə keçirdiyi “bütün vaxt ərzində” özünə hörmət qazana bilmədi. Bundan daha qorxunc bacarıqsılıq düşünə bilərsinizmi? Kübar davranışları çoxdandır bəzilərinin “əsəblərinə” toxunur. Və bu zavallı Edit onu sevir və o da günəş gündüzlər suyu qızdırdığına görə axşamlar saat onun yarısında üzməyə gedir. Mənə görə hava mülayimdir, yetər ki o sızıldamasın. Onu adam etməkdən ötrü nə qədər zəhmət çəkildi. Bu Perulu və ya özünü necə adlandırırsa, bu işin öhdəsindən tək başına gələcəyinəmi inanır? Yenə ondan danışacam, işçi qızların, allah bilir hansı yekəbaşlığı ucbatından, qəzəblə verdiyi “İndi nə lazımdır?” sualından, yenə də, allah bilir hansı yekəbaşlığı ucbatından, qızların bu ifadə tərzlərindən heyrətlənməsindən, onu alçaldan, atılmış kimi davranan insanlardan, onun bu davranışlardan aldığı həzlərdən və “yenə də bu yöndəmsiz meydana çıxdı” baxış-larından, bu baxışlardan necə əylənməsindən danışacam və yenə deyəcəm ki, Edit onu SEVİR!!

      Əslində hər şey Editin onu ilk görməsiylə baş vermiş və Edit bütün varlığı ilə bir uşaq saflığında onu sevməyə başlamışdı. Düzdü, ilk əvvəl zavallı qurbanımız sevgi hissinə elə bir ehtimal vermirdi. Bu an onun uğrunda canını verməyə hazır olan bir dul qadını da xatırlamaq yerinə düşər ki, məhəllələrin birində mağazası olan, çoxlarının ideal saydığı bu qadın haqqında da əlbbəttə ki, danışacağıq. Bundan əlavə bir-biri ilə uyum içində olan məhəllələrin nəhəng bir fermaya bənzətdiyi şəhərimiz haqqında da danışmağa çox söz olacaq ki, bunlar da qalsın sonraya. İndi isə qısaca. Hə, bu arada arxayın olun ki, sizə daim ədəbli şeylərdən danışacam, axı mən özümü, bəziləri buna axmaqlıq deyirlər, ədəbli və kübar bir yazıçı hesab edirəm. Amma yenə də bəzən ədəbsiz bir neçə söhbət də araya qarışa bilər ki, lütfən məni bu mövzulara görə də bağışlayın. Hə, yenə də bu məşhur yüz frank.

      Sonra da gözəl görsənən, hərarətli önlükləri ilə Dələduzu görəndə dərindən ah çəkən, bezdik, yenə də bu axmaq, deyən (əlbəttə yaxşı mənada) qarson qızların bu ipə-sapa yatmayan, uğursuz, bədxassəli şişə bənzəyən, etibar edilməsi mümkün olmayan adama verdikləri çirkab dolu reaksiya və onun da bu qarşılanmadan qəmsiz-kədərsiz bir xatirə kimi bəhs etməsi, bu çirkab dolu baxışları unutması. Hər şeyi necə də asan unudur, hər şey necə də asanlıqla ağlından uçub gedir. Həmişə səfil-sərgərdandı, həmişə insanların əsəblərinə toxunur. Və bir zamanlar onun meşədə bir kötüyün üzərində oturmasını xatırlayıram. Görəsən nə zaman? Sonra da aristokrat təbəqəsinin qadınlarının ona baxışları, qarson qızlarınkından daha mülayim, daha anlayışlı kimi görsənən baxışları. Bəlkə də bu baxışlara səbəb Dələduzun cürətkarlığıdır? Bəs müdirlərin onunla əl-ələ görüşməsi necə? Bu çox qəribə deyilmi? Yəni bir Dələduzla əl-ələ görüşməyə necə məna qazandırmalıyam?

      Yollarda piyadaların hərdəmxəyallığı, laqeydliyi, başıboş gəzintiləri sürücüləri narahat etdiyi anda, qaşla göz arasında yeni bir mətləbə, yeni bir obraza, bu şəhərdə məni rəis kimi önəmsəməyən satış təmsilçimə keçmək istəyirəm. Amma yox, qalsın, ondan heç nə danışmayacam və bu axmaq dikbaş təmsilçini unuduşum möhtəşəm olacaq. Ahh.. Hələ mən indilərdə Editin nəzərində uğur qazanan ortadanaşağıdan da ortadanaşağı olmasına baxmayaraq özünə modern görünüşlü şapka seçərək, dəbdəbəli, yüksək çinli görünüş qazanan ortadanaşağıdan danışmıram. Düzdür mən də bir ortadanaşağıyam, hərçənd belə olmaqdan narazılığım yoxdur, amma meşədə kötüyün üzərində sakitcə oturub ətrafı seyr edən Dələduz da ortadanaşağı idimi? Əsla. Əgər elə olsaydı özünə “Bir zamanlar parlaq işıqları ilə aydınlığı göz oxşayan şəhərin küçələrində parça-parça xəyallar içərisində kəpənək qovan uşaq kimi vətənsevərlik ideyaları qovalayan biriydim və bir çörəkverənim vardı ki, bir dəfə məni lampa fanusu yaxud da buna bənzər bir şey gətirmək üçün iş dalınca göndərmişdi, mən də yarıtmamışdım və buna səbəb də ahıl birinin yanında dayanmış gənc qıza həmin qızın yaxınlığını qazanmaq üçün özüm haqqında uydurduğum mənasız avtobioqrafik hekayələr olmuşdu. Heç hekayənin yeridir, adama deyərlər, və ağılsız başın bəlasını ayaqlar çəkər. İndi boş bekar oturmuşam və hər uğursuz adam kimi bu boş bekarçılıqdan xarici, xaricdə olan imkanı və imkansızlıqları günahkar bilirəm. Halbuki xaricdə müəyyən vaxtlarda kiçik bir tamaşa göstərəcəyim barədə verdiyim sözdən sonra kiçik bir məbləğ alırdım, aylıq bir məbləğ. Amma sonra nə oldu? Mədəniyyətlə, spiritualizmlə maraqlanmaq əvəzinə boş-boş işlərin arxasınca düşdüm ki, bu da mənim çörək təknəmin, çörəkverənimin gözündən yayınmadı və o da günlərin birində mənə bu vəziyyətin ürəyincə olmadığını xatırlatdı və dedi ki, daha mənə verəsi çörəyi yoxdur. Süddən kəsilmiş körpə kimi gözlərimi döyə-döyə qaldım, amma neyləyə bilərdim, ümidsizlik içində iş masam adlandırdığım divana əyləşdim. Ev sahibəm gələndə hönkür-hönkür ağlamağa başlamışdım. O isə öz növbəsində məni ümidləndirdi, təlaşlanmamağa çağırıb dedi ki, əgər hər axşam mənim üçün müəyyən bir şeylər oxuyub qulağımın pasını açacaqsansa mətbəxdəki yeməklərin ən gözəli sənin olsun, üstəlik heç nə ödəmədən. Necə də xeyirxah və intellektual bir təklif idi. Sonra, onun mənə yararlılığımı xatırlatmaq üçün etdiyi cəhdlər. Yararsız insanlar toplumunda yararlı olmağın qürurverici istisnayı halı və bu yararlılığımın mənə qazandırdığı heç bir ödəmə etmədən yemək imkanı. Qəribədir. Sonrasında isə zamanın, qatarların məni Editin, üzü köksümə qorxu salacaq Editin olduğu yerlərə gətirdi. Və onun mənə yaşatdığı ağrı. Bu ağrı yalnız yelləncək iplərinin taxta tirlərə verdiyi dayanılmaz gərginlik ilə müqayisə oluna bilərdi. “sözləri pıçıltıyla söyləyən Dələduzun davranışı və etirafı tam fərqli olardı və ən əsası, o heç bir zaman bu sözləri pıçıldaya bilməzdi. Bu etiraflar, bu ruh halı ortadanaşağılar xarakterinə uyğun deyil. Nəysə, bizim bu Dələduz yarpaqlardan ibarət tavan altında öz-özüylə beləcə bir qədər dərdləşdikdən sonra qəfildən, içki şüşəsini pencəyinin altında gizlətmiş bir əyyaşa doğru ildırım sürətilə götürüldü və eyni anda qışqırmağa başladı: “Dayan görüm axmaq, dayan”. Və səsini qaldıraraq yenidən soruşdu. “Danış görüm, o gizlətdiyin nədir?. Tez ol, hər şeyi danış mənə”. Özünü qəfil yaxalanmış ceyran kimi hiss edən adam isə duruxdu, lavaların külü altında qalmış birisi kimi heykələ döndü. Mən həmin adamın üzündə yoxa çıxmayan qəribə gülümsəyişdən də danışmaq istəyirəm. Sonrasında da bir-birlərinə yönəlmiş ovçu diqqətini andıran baxışlardan, adamın laqeydcəsinə, başını söyüş söyürmüş kimi bir tərpənişlə yellədərək Dələduzun yanından keçməsindən, yağdırdığı küfrlərdən və qəhrəmanımızın meşəyə yayılan bu küfrləri xüsusi diqqətlə sinəyə çəkməsini xatırlamaq lazımdır. Gecə isə gecikməmişdi. Pontarlieri (Fransada şəhər – tərc.) və onun ətrafınını ovucunun içi kimi tanıyan usta ovçumuz da mənzil başında dəhşətli yuxuların onu qarşılayacağını düşünərək yaşadığı yerə yola qoyulmağa gecikmədi. Elə də oldu. Varışda onu dəhşətli bir yuxu dalğalanması qarşılamışdı. Bu arada sizə Pontarlier şəhəri tanış gələ bilər ki, qəhrəmanımız da bu şəhərin adını məşhur bir kitabdan (Qeyd : Pontarlier: Müəllifin sevimli yazıçılarından olan Stendalın məşhur romanı “Qırmızı və Qara”da hadisələrin bəzisinin cərəyan etdiyi İsveçrə sərhədində yerləşən şəhərcikdir – tərc) oğurlamışdı. Orada, başqa şeylərlə yanaşı olaraq, hər cür şəraiti olan bir qala vardı, keçici də olsa orada bir yazıçı və bir də bir zənci general məskən salmışdı. Öz yuvasına girməzdən öncə bizim bu fransız dili xəstəsi “Bu bilərziyi gərək çoxdan qaytaraydım” deyir. Kimi nəzərdə tuturdu görəsən? Qəribəydi onun özü-özüylə bu cür danışmağı, yəqin ki bu mövzuya biz hələ qayıdacağıq. Ayaqqabılarını özü öz əlləriylə təmizləyərdi, hər gün gündüz saat on birdə, 12-in yarısı radələrində böyük həvəslə qaça-qaça pilləkənlərdən aşağıya enərdi, bütün günorta yeməklərinin

Скачать книгу