Avtoritar şəxsiyyətin necəliyi. Теодор В. Адорно
Чтение книги онлайн.
Читать онлайн книгу Avtoritar şəxsiyyətin necəliyi - Теодор В. Адорно страница 7
Məsələn, 105 hüquqşünaslıq təhsili alan tələbədir və “digər qruplar barədə nə fikirləşirsiniz?” sualına belə cavab verir: “yəhudilər incə məsələdir, əlbəttə, bütün irqi nəzərdə tutmuram, onlar müxtəlifdirlər, yaxşısı da var, pisi də. Ancaq pislərin sayı yaxşılardan çoxdur”.
Elmi sferadan götürülmüş “problem” sözünü müsahibə verən inandırıcı və məsuliyyətli düşünmə təsəvvürü yaratmaq üçün istifadə edir. “Problemi” göstərən şəxs aşkarca dilə gətirmədən şübhəli mövzudan şəxsi məsafəsini bildirir, düşüncələrinə öz aləmində obyektivlik verir. Bu xurafatların əla rasional sübutudur, belə ki, onu şəxsi nöqteyi-nəzəri subyektiv xarakter daşımır, gərgin fikirlərin və yetkin təcrübənin nəticəsidir.
Bu hiyləyə əl atan müsahibə vaxtı sorğulanan sübutların müzakirə formasında saxlanmasına can atır. Guya faktlara əsaslanırmış kimi, iddia edir ki, o, istisnaları deməli və qəbul etməlidir, lakin fərqlər və istisnalar lap səthdə qalır. “Yəhudi probleminin” mövcudluğu tanınan kimi hesab etmək olar ki, antisemitizm ilk qələbəni əldə edib. Bu neytral analizin məqsədi kimi qəbul edilən mənanın özünün ikimənalı təbiəti ilə əlaqədar mümkün ola bilər. Şübhəsiz, yəhudilər və qeyri-yəhudilər arasında münasibətlər sözün obyektiv mənasında problem təşkil edir; əgər söhbət “yəhudi problemindən” gedirsə, onda ton bir balaca qarışır. Obyektivliyin əlaməti olanda yəhudilərin özlərinin yaratdıqları problem, yəni başqaları üçün yaratdıqları problem sakitcə arxa plana keçir. Yalnız bir addım bu nöqteyi-nəzəri (onun şəxsi spesifik, yəni yəhudilərin problematik təbiətinə uyğun) həmin problemin həll edilməli olmağından və əlbəttə ki, onun həllinin demokratik çərçivədən kənara çıxmağından ayırır. Bundan başqa, “problem” öz həllini tələb edir və nə qədər ki, yəhudilərin özlərinə bu problemin markası yapışdırılır, onlar öz hərəkətləri ilə təkcə “hakimlərin” deyil, həm də icraedici orqanların da obyekti olacaqlar. İnsanlar heç onlarda səbəb görmədən, onlarla riyazi vurmanın elementləri kimi rəftar edirlər. Nəticədə “yəhudi probleminin həllinə” çağırış yəhudiləri asanca idarə olunan materiala çevirərək, alçaldılmasını təklif edir.
Milli təbliğatın və milli örnəyin sayəsində cəmiyyətin şüuruna dərin yeridilmiş “problem” haqda təsəvvür həm də yuxarı bal yığanların müsahibəsində rast gəlinir, lakin o, bir qayda olaraq, qəti etiraz formasını alır. Fərqli fikirli fərdlər ifadənin obyektiv, “sosioloji” mənasını bərpa etməyə çalışırlar, bununla belə “yəhudi probleminin” həqiqətdə qeyri-yəhudilərin problemi olmasını iddia edirlər.
Amma sözün təkcə fərqli fikirli fərdlər tərəfindən işlənməsi, E şkalası ilə aşağı, lakin F və PEC şkalaları üzrə yuxarı bal toplayan 5047 nömrəli sorğulananın etdiyi kimi məşhur ambivalentliyi və hətta laqeydliyini göstərir: “bəli, mən hesab edirəm ki, yəhudi və qaradərili problemi mövcuddur. Ancaq güman edirəm ki, mahiyyət etibarilə, bu bir çoxunun problemidir”. Sorğulanan hesab edir ki, günah keçisi axtarmağa ehtiyac qalmaması üçün savadsız kütlənin tərbiyəsinin və iqtisadi münasibətlərinin təkmilləşdirilməsinə fikir vermək lazımdır. Bütünlükdə onun dedikləri düzgün məsələni təmsil edir, antisemitizm və qaradərililərə qarşı ayrıseçkilik barədə o ayrıca danışır. Lakin onun problemi analiz etməsi, həmçinin onun özünəməxsus tam akademik üsullu tendensiyası bu oğlanın özünün çıxış larına əminliyinin olmaması və sadəcə şifahi şablon biliklərdən istifadə etməsini göstərir.
Elə “problem” ifadəsinin özü qərarların ancaq münaqişə üçün lazım olan vaxtlarda demokratik güzəşt modeli izləyirmiş və həddindən artıq sadəlövh ədalət fikrini nəzərdə tuturmuş kimi görsənir.
“Problem” haqda danışan şəxs hər bir problemin ikitərəfli olmasını demək üçün güclü həvəs hissi keçirir və bunun nəticəsi kimi, yəhudilərin kök salması səbəbindən onların nəyisə düzgün etmədiklərini deyir. Bu konformist “şüurluluq” irrasionallığın müxtəlif növlərinin müdafiəsinə asanlıqla impuls verir. Yəhudilərin eyni olmasının təsdiqlənməsi təkcə həqiqəti aşkara çıxaran faktorları kənarlaşdırmır, o, həm də kobud yekunun köməyi ilə belə düşünən fərdə hər şeyi görən və nəzərə çarpmaz detallarla fikrini yayındırmağa imkan verməyən şəxsiyyətin gözəl şəffaf maskasını hədiyyə edir.
Eyni zamanda yəhudilərin eyni olmağı ideyasını yekunluğunu istisna etməyən, rasional ümumi tədbirlərin köməyi ilə həll edilməsi mümkün olan yekuna qədər tipik olmayan hadisəyə olan nəzər təkmilləşdirilir. Yəhudilərin eyni olmağı təsəvvürünün ən vəhşi fantaziyalara aparıb çıxarmasına baxmayaraq, “yaxşı biliklərin” hələ də üzə çıxdığı bir hadisəni misal gətirək.
F şkalası üzrə orta bal yığan F116 yəhudi məsələsindən söhbət düşəndə belə deyir:
–Yəhudilər haqda nə fikirləşirsiniz?
–Burada məni güclü hisslər bürüyür. Onlar məndə özlərinə qarşı fəxr hissi yaratmırlar. Belə fikirdə olmağım yaxşı deyil, amma nə etmək olar?
–Yəhudilərdə sizin xoşunuza nə gəlmir?
–Bəsdir, mən sadəcə onlar üçün bir dənə də olsun, yaxşı söz tapa bilmirəm.
–İstisnalar var?
–Xeyr, mən istisna təşkil edən heç bir hadisəyə rast gəlməmişəm. Həmişə heç olmasa birinə rast gəlməyə ümid etmişəm. Hiss etdiklərim yaxşı deyil. Mən mümkün qədər xoş və nəcib olmaq istəyirəm, amma həmişə hər şey onların məni aldatması və özləri üçün mənfəət güdmək səyi ilə nəticələnir.
–Ola bilərmi ki, bəzi yəhudilərlə tanışsınız və onlardan xoşunuz gəlir, amma onların yəhudi olduğunu bilmirsiniz?
–Xeyr, fikirləşmirəm ki, yəhudilərdən hansısa bunu gizlədə bilsin. Mən bunu həmişə seçərəm.
–Yəhudilər necə görünürlər?
–Cəlbedici, yaxşı geyinirlər. Elə bil, nə istədikərini dəqiq bilirlər.
–Yəhudiləri nə qədər yaxşı tanımısınız?
–Uşaqlıqda onların heç biri ilə tanış deyildim. Həqiqətən, 10 il bundan əvvəl Frisko şəhərinə gələnə qədər onların heç birini tanımırdım. Bizim evin sahibi yəhudi idi. Denverdə gözəl mənzilim vardı və mən oranı çox könülsüzlüklə tərk etdim. Burada isə yöndəmsiz mənzilə dustaq edilmişdim və o, mənə çətinlik yaratmaq üçün əlindən gələni edirdi. Əgər evin kirayəsini bazar günü ödəmək lazım idisə, o, həmin gün səhər tezdən gəlirdi. O vaxtdan mən onlar haqqında hətta mahnı oxuya bilərəm. Bütün müdirlərim yəhudi olub. Banklar da yəhudilərdir. Onlar hər yerdədirlər, həmişə pulları var. Mənim qonşum yəhudidir. Mən onunla nəzakətli olmağı