Pi`nin həyatı. Янн Мартел

Чтение книги онлайн.

Читать онлайн книгу Pi`nin həyatı - Янн Мартел страница 6

Автор:
Жанр:
Серия:
Издательство:
Pi`nin həyatı - Янн Мартел

Скачать книгу

isə hətta ətrafındakılara da pay saxlayır. Onlar güman edirlər ki, vəhşi qürurlu və nəvazişli baxışlarla öz qanından olanları, öz ailəsini ovuna qonaq edir, daha sonra hamısı birlikdə ağacların budaqları altında yatıb, gün batımının həzzinə qapılırlar. Onlar öz aləmlərində vəhşi heyvanların həyatını, sadəcə gözəl və çox mənalı olaraq düşünürlər. Daha sonra amansız insanlar onları tələyə salır və dar qəfəsdə həbs edirlər. Əlvida tam “xoşbəxtlik”. Bunun üçün də güya bütün vəhşilər ancaq və ancaq “azadlıq” haqqında düşünürlər. Daim azadlığa çıxmaq arzusuyla yanıb tutuşurlar. “Azadlıq”dan məhrum olmuş, uzun müddətlik məhbəs yaşayan heyvanlar sadəcə öz kölgələrinə çevrilirlər, onları ruhu artıq öldürülüb. Bəzi xeyirxahlar bax bunu düşünürlər.

      Əslində isə hər şey başqa cürdür.

      Təbiətdə heyvanlar məcburiyyətdən hərəkət edirlər, vəhşi çevrədə hər bir canlı dəyişilməz ictimai iyerarxiyaya tabedir, qorxu orda adi şeydir, qidalar isə olduqca qıtdır, gecə və gündüz öz ərazini qorumaq məcburiyyətindəsən və təbii ki, acgöz parazitlər daim sənin bədənində qanını soracaq. Onda belə bir “azadlığın” kimə nə xeyiri var? Ən doğrusu isə budur ki, vəhşi heyvanların nə iradə azadlığı, nə məkan azadlığı, nə zaman azadlığı, nə də bir-birləri ilə münasibətdə azadlıqları var. Nəzəri olaraq, ya da daha sadə bir deyimlə fiziki olaraq, vəhşilər haraya gəldi düşə bilərlər, bunu onların cəmiyyətlərinin qaydaları və növlərinin xassələri tələb edir. Belə şeylər heyvanlarda insanlara nisbətən daha tez-tez olur. İndi hər hansı bir iş adamına denən ki, gəl işini, ailəni, dostlarını, cəmiyyətini at, əlində olan bütün pulu götir, ayağın hara başın da oraya doğru üz tut get! Amma bir məsələ də var ki, insan canlıların ən cəsarətlisi və ağıllısıdır, heyvanlar isə adətən təklikdə özlərini qoruyub, təmin edə bilmirlər, onlar hər şeyi atıb, təkcə yaşaya bilməzlər, buna görə də heyvanları insanlarla müqayisədə daha mühafizəkar hesab etmək olar? Bəli, bəli, elədir ki var: bütün vəhşilər mühavizəkardır, hətta bir az radikaldırlar da. Həyatlar da baş verən azca dəyişikliyə çox ağrılı cavab verirlər. Onlar hər şeyin, günbəgün, aybaay olduğu kimi qalmasını sevirlər. Onlar heç bir gözlənilməzliyi sevmirlər. Məsəlçün götürək onların ərazilərdinə qarşılıqlı münasibətlərini. Hər bir canlının, istər təbiətdə olsun, istərsə zooparkda, öz əraziləri olur ki, bu ərazilərdə bütün münasibətlər şahmat fiqurlarının funksiyaları kimi dəqiq təyin olunub. Eynilə kərtənkələ, ayı və ya maralın ərazisi də şahmat taxtasında filin ərazisi ilə eynidir. Bir sözlə məqsədə çatmaq üçün hər iki modeldə müəyyən qaydalar qoyulub. Təbiətdə vəhşi heyvanlar bir sezondan o birisinə keçərkən həmişə eyni yollarla və eyni səbəblərdən köç edirlər. Zooparkda isə əgər bir heyvan uzun müddət eyni yerdə dayanmırsa deməli burda nə isə problem var. Bu o deməkdir ki, biz hiss etməsək də onun ətrafında nə isə dəyişib və o bundan narahatdır. Ola bilsin qəfəsləri təmizləyən işçi orda su borusunu unudub ya da bir vedrəni ağzıüstə çevirib, heyvan isə bundan çox narahat olur. Ya da onun ərazisində gölməçə yaranıb, bu heyvanı nəyə görəsə qorxudur. Ola bilsin pilləkanın kölgəsi gölməçəyə düşüb. Lakin, bu heyvanlar üçün daha böyük mənaya malikdir, bəzən hətta ən pis halda zooparkın müdirini qorxudan bir xəstəliyə, iştahsızlığa çevirlə bilir. Vetirinar çağırırlar, məlum olur ki, yaxınlıqdakı qəfəsdən leylək köçürüldüyü üçün o biri qəfəsdəki heyvan narahat olub.

      Lakin gəlin məsələyə başqa tərəfdən yanaşaq. Tutaq ki, biz başqa adamın evinə soxuluruq, qapını qırırıq, səs-küy salıb qışqırırıq: “Rədd olun burdan! Siz azadsınız! Quş kimi azadsınızı! İtilin burdan! İtilin!” – elə bilirsiniz onlar dərhal dabanlarına tüpürüb, doğma məkanlarını tərk edəcəklər və sevincdən qışqırışacaqlar? Belə bir şey olmayacaq. Quşlar azad deyil. Sizin bayıra atdığınız sakinlər qayıdıb soruşa bilərlər: “Hansı həddlə bizi bayıra atırsan? Bu bizim evimizdir. Şəxsi məkanımızdır. Biz burda birinci ildir yaşamırıq. İndi polis çağıracağıq, axmağın biri axmaq!”

      Kim bu məhşur deyimi bilmir: “Qonaqlıqda yaxşıdır, evdə isə lap əladır?” Eyni şeyi vəhşilər də hiss edir. Onlar ərazi canlılarıdır. Onların psixologiyasının mahiyyəti bundan ibarətdir. Ancaq öz sahələrində onlar təbiətdəki əsas funksiyalarını yerinə yetirə bilərlər, bu düşməndən gizlənmək və yeməklə su tapmaqdır. Yaşamaq üçün yararlı olan istənilən məkan, bir zoopark guşəsu, ya da çəpərlənmiş bir yer, bir qəfəs, xəndək, su ilə əhatə olunmuş adacıq, ağıl (cütdırnaqlılar üçün yer), terrarium (ilanlar və başqa sürünənlər üçün yer), volver (quşlara aid yer) və ya akvarium olsun, heyvanların yaşaması üçün mövcud olma yerləridir. Ola bilsin bu yerlər heyvanların təbii yaşayış yerlərinə daha az bənzəyir və insanların öz yaşayışına uyğun qurulub, lakin heyvanlar bir müddət sonra zoopark şəraitinə tamamilə öyrəşirlər. Belə ərazinin onların təbii əraziləri ilə müqayisədə daha kiçik olduğu tamamilə aydındır. Yaşamaq üçün məkan çox böyük olmalıdır, bu heyvanların öz istəklərinə görə deyil, həyati məcburiyyətlərə görədir. Zooparkda isə biz heyvanları özümüz evimizdə məskunlaşdığımız kimi yerləşdiririk. Çalışırıq dar bir məkanda onların böyük məkanda sahib olduqlarının hamısı ilə təmin edək. Halbuki, zamanında bizim də yaşadığımız mağaranın da xeyli uzaqlığından çay axırmış, ov üçün ovun dalınca onlarla kilometr gəzirikmiş, bəzən bir yerdə dayanıb gecələyirikmiş, giləmeyvələr üçün isə daha da uzaqlarla gedirikmiş. Bununla belə, ətraf mühit zəhərli sürünənlər və indikindən daha iri şirlərlə, ilanlarla, qarışqalarla, zəlilərlə dolu imiş. İndi isə “çay” borudan axıb gəlir, bircə krantı burmaqla su əlinin altındadır, elə yatağının yanındaca yuyunmaq, yemək və yaşamaq mümkündür. Belə yaşayış yerini asanlıqla təmizləmək, çəpərə almaq, qorumaq mümkündür. Ev, yığcam məkandır, burda bütün əsas ehtiyaclarımızı ödəyir, həm də bir yerdə rahat və təhlükəsizcə yaşaya bilərik. Zoopark da eynilə insanlarda olduğu kimi, heyvanlar üçün möhkəm, əlverişli yaşayış yeridir, doğrudur orda qızdırıcı soba və hər insanın evində olan başqa bu cür rahatlıqlar yoxdur. Heyvanlar burda onlara lazım olan hər şeyə, gəzinti meydançasına, istirahət üçün tövləyə, yemək və su içmək üçün yerlərə, su deposuna, ayaqyoluna və hər cür başqa rahatlıqlara sahibdir, o bir müddət sonra görür ki, artıq ova çıxmağa ehtiyac yoxdur, axı burda yem öz-özünə başa gəlir, özü də həftədə beş dəfə, bir müddət sonra heyvanlar vəhşi təbiətdə olduqları kimi burada da yaşamağa öyrəşirlər, məsəlçün növlərinin xüsusiyyətlərindən asılı olaraq yaşadığı yerlərin ətrafını sidikləri ilə nişanlayırlar, qoxusuna öyrəşirlər. Yeni yerə köçən heyvan, özünü təqib olunan mülkədar kimi hiss edir, ancaq heç bir halda o özünü dustaq kimi hiss etmir, tam hüquqlu ev sahibi kimi hiss edir. Qapalı yerlərdə bütün heyvanlar özlərini azadlıqda olduqları kimi aparır, hər zaman öz ərazilərini istənilən çağırılmamış qonaqdan qoruya bilir. Subyektiv yanaşsaq, çəpərlənmiş ərazi, heyvanların təbii yaşayış məkanından nə yaxşı nə də pisdir, istər çəpərli ərazi olsun, istərsə də azad məkan olsun, heyvanlar bir şeyi anlayır ki, əgər yaşayış şəraiti belədirsə deməli beləcə də yaşamaq lazımdır, bu onlar üçün sadə

Скачать книгу