Ana ürəyi. Seymur Baycan
Чтение книги онлайн.
Читать онлайн книгу Ana ürəyi - Seymur Baycan страница
-Kimə?
–Heç kimə. Öz-özlüyümdə uydurduğum xəyal pərisinə. O pəriyə ki, gecələr yuxuma girir… Mən öz aləmimdə saysız-hesabsız romanlar yaradıram. Mən xəyalpərəstəm. Həqiqi həyatdan o qədər uzağam ki, o xoşbəxt anları ömrümün ən nadir, ən gözəl anları hesab edirəm. Hər bir ürək arzu etdiyi şeyləri əhatə olunduğu aləmdən almalıdır. Mən isə ətrafımla zəruri olan əlaqəyə heç cür girə bilmirdim. Tək qalmaq, başa düşürsünüzmü, tamamilə tək qalmaq, qadınlarla bağlı hətta ən kiçik arzulardan belə məhrum olmaq, hər şeydən əlini üzmək, doğrudanda, dəhşətlidir…
Mən hər şey haqqında xəyal qururam. Məsələn, əvvəlcə cəmiyyət tərəfindən rədd edilən, sonra isə böyük şöhrət qazanan bir şair xəyalımda canlanır. Daha sonra bu şair qış gecəsində isti, rahat bir evdə, yumşaq yataqda knyaginya Şerbatskaya üçün təzə yazdığı şeirini oxuyur. Mən xəyallarımı istədiyim rənglərlə boyaya bilirəm. Bu zaman gözlərim yaşarır, sifətim od tutub yanır, ürəyim şiddətlə döyünür. Səhəri gün yorğun, əzgin halda yataqdan qalxıram. Bu cür xəyallardan sonra həyatın reallıqları ilə qarşılaşmaq dəhşətli dərəcədə çətindir.
Bir dəfə mən yenə də öz xəyallarımı əlvan rənglərlə boyamaqla məşğul idim. Mən özümü gözəl bir çəmənlikdə təsəvvür edirdim. Həmin çəmənlikdə o qədər gözəl kəpənək vardı ki, uçanda qanadları bir-birinə toxunurdu. Mən öz sevimli pərimə çələng hörmək üçün gül-çiçək yığırdım. Bu zaman qapı möhkəm döyüldü. Az qala dəli olacaqdım. Qapını döyən su pulu yığan idi. Sonuncu dəfə xəbərdarlıq etdi. Dedi ki, borc üç günə ödənilməsə, suyumuzu kəsəcək…
Mən anadangəlmə qorxaq, utancaq, çəkingən idim. Zaman eybəcər olduğumu mənə sübut etdikcə, ildən-ilə daha çox utancaq olurdum. Zahiri görünüş önəmli məsələdir və onun qədər həyat yolumuza təsir edən ikinci bir məfhum yoxdur. Xarici görkəmimdən narazılığım, öz yaraşıqsızlığıma olan inamım məni real həyatdan uzaqlaşmağa, öz xəyal dünyama daha da dərindən baş vurmağa vadar edirdi. Yaraşıq mənə başqalarının qəlbini asanlıqla ələ almaq üçün lazım deyil, ona görə lazımdır ki, yaraşığın özündə bir qürur var. Yaraşıqlı olmasan, qadınlar qarşılarında kimin olduğunu əsla başa düşməzlər. Bir tərəfdən də, belə düşüncələr məni sevindirirdi. Mən günahkar deyildim, sadəcə doğulduğum gündən taleyimin belə gətirdiyinə görə bədbəxt idim. Halbuki, təbiət və yaxud tanrı məni bir balaca yaraşıqlı, bir balaca cəsarətli yarada bilərdi. Mənim məşğuliyyətim tək oturub birbiriylə rabitəsi olmayan arzu və düşüncələrə dalmaqdan, heç bir məqsədsiz küçələri gəzməkdən, güzgüdə özümə baxmaqdan ibarət idi. Güzgüdən həmişə ağır kədər hissi ilə uzaqlaşırdım. Mən bir daha, növbəti dəfə xarici görkəmimin bərbad olduğuna əmin olurdum…
Mən çox vaxt özümü bütün bəşəriyyətin rifahı üçün yeni həqiqətlər kəşf etmiş böyük bir adam kimi təsəvvür edirdim.Mənim həyatım zahirən adi keçirdi, lakin daxilən bir dəqiqə rahatlığım yox idi. Həmişə təşviş içərisində yaşayırdım. Bununla belə, nədənsə gözləyirdim ki, sabah yer üzündə fövqəladə gözəl çiçəklər açılacaq, hardansa çox mədəni, gülərüz insanlar gələcək, xoş hadisələr baş verəcək. Mən özümü yaşıdlarımdan ağıllı hesab edirdim, ona görə də mənim yoldaşlarım yox idi. Yaşıdlarımın arzuları, istəkləri mənə çox bayağı görünürdü. Onların qadınlar haqqında söhbətləri mənə dözülməz və iyrənc gəlirdi. Yaşıdlarım hər addımda mənə sataşır, məni bakir adlandırırdılar. Bir neçə dəfə məni özləri ilə saunaya, gecə klubuna, əxlaqsız qadınların yığışdıqları digər məkanlara aparmaq istəmişdilər. Heç cür razı olmamışdım. O cür yerlərə qətiyyən gedə bilməzdim. Ümumiyyətlə, qadınla fiziki yaxınlıq edə biləcəyim haqda düşünməyin özü belə mənim üçün həddən ziyadə ağır idi. Mən bu prosesə hazır deyildim. Bu cür davranışlarıma görə yaşıdlarım mənə daima gülürdülər. Onlar əllərinə pul düşən kimi əxlaqsız qadınların yanına qaçır, səhərisi gün universitetin bufetində bütün prosesi ən xırda detallarına qədər bir-birilərinə nəql edirdilər. Bütün bu söhbətlərlə onlar mənim xəyal dünyamı təhqir etməkdə idilər. Mən məhəbbətin kitablarda olduqca şirin və cazibədar şəkildə təsvir olunan gözəlliklərini duymaq istəyirdim. Buna görə öz xəyal dünyamı, düşüncələrimi, bədənimi təmiz saxlamağa, şəhvətdən qorumağa qəti söz vermişdim. Mənim qəlbim məhəbbətlə o qədər dolu idi ki, bu məhəbbətin çölə çıxması üçün kiçik, real bir yaxınlıq kifayət idi. Qarşıma çıxacaq qadın üçün hər bir fədəkarlığı etməyə özümü çoxdan hazırlamışdım. Mən özümü təmiz sevgi, ilahi eşq üçün yaranmış bir insan hesab edirdim. Mən öz xəyal dünyamı ötəri əyləncələrlə ləkələyə bilməzdim. İlahi eşq üçün yaranmışlar özlərini şəhvətin qurbanına çevrilməkdən qorumalıdırlar…
Mən heç cür real dünyayla zəruri əlaqəyə girə bilmirdim. Belə olduqda kədərlənir, depressiyaya düşür, təkliyə qapanır, heç kimlə danışmırdım. Qadının, sevginin mənimçün yaranmadığını, arzumun gözümdə qalacağını, ömrümün sonuna qədər özgələrinin səadətinin tamaşaçısı olacağımı düşünürdüm. Həqiqi, real həyatı əvəz edən xülyalarla yaşayırdım. Xülyalar dünyasında hər şey mənimçün asan və rahat idi. Orda heç kim məni incitmirdi. Heç kim mənə gülmürdü. Xülyalar dünyasında mən asanlıqla istədiyim adama çevrilirdim. Təkcə özümə aid olan hisslər, fikirlər, xəyallar dəryasında ağ yelkənli gəmimlə boşluqlara qədər üzürdüm. Bütün gücümü itirirdim. Mən xəyalsız yaşaya bilmirdim. Hər fürsətdə, sakit bir yer tapan kimi gözlərimi yumur, öz zövqümə uyğun planlar cızır, gələcəyin gözəl rəsmini çəkirdim. Orada hamı mehriban, şən, qayğısız idi. Heç kim heç kimi incitmirdi. Heç kim heç kimin xətrinə dəymirdi. Heç kim tək deyildi. Hamının öz zövqünə uyğun sevgilisi vardı. Bir adam belə intihar haqqında düşünmürdü. Bütün xəstəliklərin dərmanı tapılmışdı. Özü də bu dərmanlar heç də acı deyildi. Bütün dərmanlar şirin idi. Polislər rezin dəyənəklə gəzmirdilər. Onların əlində həmişə gül dəstəsi olurdu. Şıltaqlıq edən adamın kürəyinə gül dəstəsiylə yavaşca vururdular, bununla da həmin adam səhv etdiyini başa düşərək, hamıdan üzr istəyirdi. Mənim xəyal dünyamda terror, uşaq evləri, tətillər, aclıq, edam cəzaları yoxdur. Hamı hər şeydən razıdır. İnsanların ən böyük məqsədi yaxşılıq etməkdir. Mənim xəyal dünyamda heç kim xəz palto geyinmir. Heç kim timsah dərisindən