GurÜn. Muğanna İsa
Чтение книги онлайн.
Читать онлайн книгу GurÜn - Muğanna İsa страница 3
Bəs “Qətibə” dediyiniz “Qutayba” adı hardandır?
– Bilmirsiniz.
ƏlMən ikən “Alman” a, OdEyƏlƏs ikən “Doyhç”ə, ƏrEy ikən “Ariy”ə çevrilmiş çox adlı millətin dili AğOdumu “qut” a çevirib, bu mənasız sözə “yaxşı”, “oldu” mənaları verib. Yeni tarixin dördüncü-beşinci əsrlərində “Roma” – “Rim“ – Ərim (işığım) şəhərində təhrif Xristianları qıran “Ariy'lər, təhrif dillər mühi-tində AğOda – SafAğ İnsan həqiqətinə “qut” deyəndə onlarla birlikdə döyüşən Təriklərim – Türklərim də məcburiyyət qarşısında “qut” deyirdilər. AğOdEyEvAdı o vaxtlar “Qut ay ba” ya çevrilib. Siz isə “Qətibə”yə çevirib, lap düzəltmisiniz.
“Fərrux” – EvƏr ƏrAğdan azıb, Türkümün özünün dilində əvvəlcə FərƏrAğa, sonra Farsın dilində “Fərrux” a çevrilib, “üzün işığı” mənası alıb. (EvƏr – İşıqEvi və ya EvƏrEy – uca İşaq Evi) “Fər” – işıq mənasına, ƏrAğ (SafAğ İşıq) “Üz” – “sifət” mənasına düşməsəydi, Fars “Fərrux” a “üzün işığı” mənası verə bilərdimi, ey təhriflərim?!” “İdeal”da sizə öz dilinizdə deyilib ki, hələ geri sananan tarixdən əvvəlki əlli minillik tarixdə vətəndən tərik düşüb “Türk” adlandığınız vaxtlardan təhrif etmisiniz OdƏr dilini. Bağdayın beş vilayətindən birinin adına – AğÜzə “Oğuz”, hətta“ qrz”demi-siniz.
“Qutayba Fərrux qızı” – AğOdEyEv EvƏr ƏrAğ AğÜz.
Bu adın türkcəsi ilə OdƏrcəsini müqayisə edin, görün dilin təhrifı insanın mənasını-məzmununu necə dəhşətli dərəcədə təhrif edib.
EyEvə – “Həvva”, AğOd EyEvə – “qutayba” deməklə nə itirmisiniz? SafAğ İnsan həqiqətinin uca Evini itirmisiniz. EyEvdə EyOdƏr, BağBağÜn Babalarınızı, Bağ Atanızla oğulları Ulu Bağ ƏsƏlMəni, EySar ÜnEvi, EvƏrimi və məni – EySarınızı – “Əllah”ınızı – ƏlAğınızı – SafAğ İnsan Bağ Atamın Əlini – Oğlunu itirmisiniz. Nə qazanmısınız? Mənasız “Allah” və cəllad “Din”!
“Əxi baba” və “Qutayba Fərrux qızı” adları Dindən gizlənmək üçün idi).
Şərh qurtardı. Din dilinin “hədis” adlandırdığı hadisənin davamını deyirəm. Gün doğanda atlılar Gəncə çayı vadisinin ən səfalı – SafAğlı dərəsində, palıd, ceviz ağaclarının kölgəsində yəhərlərdən enib çayda yuyundular.
Uzaqda “ələm” – Əlim ağacı ucunda sümük əl ağarırdı. Nizami bu gün birinci dəfə o sümük ələ qəzəblə və hətta nifrətlə baxdı.
– Atmaq lazımdır o əli. Qırıb atmaq lazımdır!
Əxi Baba ağ örpək altında sarı-qızılı saçı ipək kimi işıldayan bəstəboy Qutaybaya tamaşa edirdi. Çün-ki Qutayba Nizamiyə vurğun gözlərlə tamaşa edir-di.
Nizami zərif ziyalı görkəmi ilə uyuşmayan kobud hərəkətlə qızın qoluna toxundu.
– Fikrin hardadır? Mənim TəkEyimi Şiə iqamət-gahına çeviriblər. Səhərdən axşama qədər fars zəvvarlarına dönə-dönə moizə oxuyuram ki, İmam Əlinin əli deyil o əl, ƏlEydir – Uca Əldir. “Ələm” ağacı deyil, Əlimdir. Qanan yoxdur. Şiə sayırlar məni. Əxidən ayrı-Şiə!
Əxi Baba:
– Ələm ağacını kəssən, əli qırıb atsan, qorxudan tir-tir əsərsən, ey körpə İlyas.
Nizami bu gözlənilməz “körpə İlyas” sözlərindən tutulub, duruxub qaldı. Əxi Baba dümağ, pəmbə saqqahnı sığallaya-sığallaya gülümsəyirdi.
– Hə, Şeyx Nizami, tap görüm xəzinə hökm-darıniyə “körpə İlyas” oldu?
Nizami:
– Mənə xirqə verən Əxi Babamın hüzurunda mən həmişə körpəyəm. Dərk edə bilmədim ki, Xilafətin nəzərində Şiəlik əlaməti olan sümük əl qırıhb atılsa, batin Əxi Fərrux İmadımın – Əxi Babamın bitin icmalarında adi Əxilərdən biri olsam, qorxudan xali Əxilər içində niyə tir-tir əsməhyəmmən, Baba?
Əxi Baba:
– Mərifət əhh içində TəkEy olsan da körpəsən hələ, Şeyx Nizami. Qorxudan xali Əxilər də qorxurlar.
Nizami:
– Əcəb müəmmadır! Şərhet.
Əxi Baba:
– Ey oğul, indicə qışqırırdın ki, zəvvarlar Şiə sayırlar səni, Elmi öldürürlər. Qorxudan deyilsə bu qışqırtın, bəs nədəndir?! Budur müəmma, açdım. “Həmdünyan” altında gizlətdiyimiz HəmOdÜn, “təkyə” altında gizlətdiyimiz TəkEy, Şiə “əli” altında gizlətdiyimiz ƏsEy, “sufı” altında gizlətdiyimiz SafAğ, hamısı qorxudan deyilmi?! Qəzəb mücəssəməsinə dönüb Cahan Pəhləvanı döyməyin qorxudan deyildimi, körpə balam?!
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.