Kollu koxa. Muğanna İsa

Чтение книги онлайн.

Читать онлайн книгу Kollu koxa - Muğanna İsa страница

Автор:
Жанр:
Серия:
Издательство:
Kollu koxa - Muğanna İsa Milli ədəbiyyat

Скачать книгу

nə)

      1

      KOLLU KOXA

      1

      Cında qarı, Dingə Dəmir, Həsir Haşım!.. – Bu adlarda nəsə axtarmayın, əmma əlbəttə, qəribədir ki, bizim Qaracalarda uşaqları, yeniyetmələri çıxmaq şərti ilə, neçə adam varsa, bir o qədər də ləqəb var. Hamısını uydurub yaraşdıran da Koxadır. Daha doğrusu, Koxa idi. Daha yoxdur Koxa –

      kənddə deyil. İndi onun özünün də ləqəbi var: Kollu Koxa.

      Bu ləqəbi kim qoşub? Koxa bunu bilmir. Çünki, dediyim ki-mi, kənddə deyil. Gələndə görəcək ki, özünün də ləqəbi var.

      Əmma… gələcəkmi? Ümumiyyətlə, bir də Qaracalara üz tu-tarmı? Aramızda baş vermiş hadisədən sonra mənim sədr olduğum kolxoza ayaq basarmı? Gəlsə nə olar?.. Bu barədə fikirləşəndə məni dəhşət götürür. Hərdən mənə elə gəlir ki, Koxa kəndə qayıdanda mən hətta idarə heyətinə ərizə verib işdən çıxmalı, evimi satıb, arvad-uşağımı da götürüb buradan getməliyəm. Qorxuram? Bəli. Açığı, Koxanın yenidən Qaracalara qayıdacağını düşünəndə məni xof götürür. Çalı-şıram heç olmasa bircə saatlığa unudum onu, mümkün olmur. Koxa qarşımda dayanıb sinəsi qabara-qabara nəfəs alır, azacıq çəp baxan iri, bir az çıxıq gözlərindən qəzəb saça-saça başlayır sadalamağa: “Cında qarı, Dingə Dəmir, Həsir Haşım…” Bununla da mənim işgəncəm başlanır. Bəli, bəli, sözün əsl mənasında işgəncə! Məsələyə bələd olandan sonra görəcəksiniz ki, ilk baxışda çox adi, hətta gülməli, duzlu-mə-2

      zəli bir əhvalat kimi gürünən bu ləqəb əhvalatı, əslində dəhşətli və mənim üçün işgəncəli əhvalatdır.

      Deyirlər, bu azar, yəni adamlara ləqəb qoşmaq azarı Koxaya atasından keçib; otuzuncu illərdə “kolxoz” təzə-təzə

      qurulanda, kolxoza girmək istəməyən az-çox varlı adamlar

      “qolçomaq” elan olunub tutulduğu vaxtlar Çopur kişi Qaracalarda ona-buna ləqəb – “laylağı” yaraşdırıb, axırda rayonun rəhbər işçilərinə də “laylağı” qoşub onlarla savaşmış, bundan sonra arvadını da götürüb buradan gedib, ömrünün axırına qədər Samuxda meşəbəyi olmuşdu. Mən onu – Çopur kişini tək bir dəfə, ömrünün son günlərində buraya –

      ata-baba kəndinə qayıdanda gördüm. Eynilə oğlu kimi, yəni Koxa kimi nataraz, çopur adamdı. Mingəçevir Su Elektrik Stansiyasının tikintisi başa çatanda, yəni Samux meşəsi su altında qalanda Çopur kişi meşə idarəsinin maşınında Qaracalara düz bir ay kötük daşıdı, yanacaq naminə pambıq çö-pündən savayı bir şeyi olmayan qaracalıların qapı-bacalarını kötüklə doldurdu, axırda isə, yəqin ki, çox işləyib özünü zo-ra saldığına görə xəstələndi, ikicə gün yatıb vəfat etdi. O

      vaxt bığ yeri təzəcə tərləyən, ata-anasız Koxa əvvəl Mingəçevirə getmək istədi. Nədən ki, onda hər yerdən fəhlə yığır-dılar, yaxşı maaş, yataqxana, hətta ev vəd edirdilər. Bizim kəndə də gəlmişdilər və başqa cavanlarla birlikdə Koxa da fəhləliyə yazılmışdı. Əmma gedəsi olmadı. Mərhum meşə-bəyidən yadigar qalmış mişarı və baltanı götürüb, gündə bir həyətdə işləyib, atasının gətirdiyi kötükləri yarıb doğradı.

      Qocaların dediyinə görə Koxa yalnız atasına rəhmət oxut-durmaq xatirinə bu işə girişibmiş. Bir parası da bu fikirdə idi ki, Çopurlar, ümumiyyətlə, nəsilbənəsil, elə-obaya yaxşılıq eləyib bundan ruhlanarmışlar; Koxa da öz ata-babalarına ox-şayıb. Hər nə isə, fakt budur ki, Koxa uzun müddət həyət-3

      lərdə kötük yardı. İndi dənizin altında qalmış Samux meşəsində anadan olub, orada da böyüdüyünə baxmayaraq, ata-baba kəndinin camaatına isinişdi, kötükləri yarıb kəndi, demək olar ki, bir illik odunla təmin etdikdən sonra, biz hamımız onu Mingəçevirə yola salmağa hazırlaşdığımız halda, o, burdan heç yana getməyəcəyini elan etdi. Bu vaxt mən hələ

      kolxoz sədri olmasam da, Qaracalarda yeganə ali savadlı aqronom kimi hamı mənə hörmət edirdi. Ortalığa çıxıb: “Koxa bizə gedəcək” deyəndə, bu xeyirxah və qoçaq oğlanın müş-tərisi çox olsa da, heç kəs mənim qabağıma keçmədi. Koxa il yarıma qədər bizdə qaldı. Mən toya, yəni Suğranı evə gətir-məyə hazırlaşanda isə camaat yığışıb ona daxma tikdi. İllər keçdi, mənim Məmmə balam, arxasınca Şəmmə balam dün-yaya gəldi, mən yüzbir qayğısı olan ata, minbir qayğısı olan kolxoz sədri oldum, əmma o il yarımda o çopur, çəpgöz oğ-landan gördüyüm təmənnasız qulluqdarlığın, tabeçiliyin oyatdığı kövrək istilik ürəyimdən getmədi. Hardan, necə biləydim ki, bir vaxt olacaq, mərhum atası kimi Koxa da ləqəb

      – “laylağı” qoşmaq həvəsinə düşəcək, həngamələr, dəhşətlər törəyəcək. Koxanın dostu ikən düşməninə çevriləcəm, hamının hörmət etdiyi, mötəbər vəzifəli bir adam ikən, eyni za-manda hamının nifrətini qazanacaq, gözükölgəli, ürəyiyük-lü, vicdanı ləkəli bir bədbəxtə çevriləcəm!..

      Yetimlik, deyirlər, guya heç vaxt unudulmur, adam böyüyüb lap yaşa dolandan sonra da uşaqlıqda və cavanlıqda çəkdiyi məhrumiyyətlərin izi ürəyindən getmir. Yəqin ki, be-lədir. Əmma Koxa yetimliyi çox tez unutdu. Nataraz, dəli-dolu bir oğlana çevrilib, ona-buna ləqəb qoşmağa başladı. Və

      nəhayət, günlərin birində, cəmaatın arasında dimdik dayanıb nərildədi ki:

      – Mən sənin başıyın tacını sevirəm, ay sədr!

      4

      Ara-bərədə qəribə-müəmmalı pıçıldaşma gəzdi. Mən isə

      heç nə anlamadım:

      – Bu nə deməkdi? – dedim. – Necə yəni “başıyın tacını sevirəm?!”

      Dedi:

      – Qardaşın başının tacı-bacı deyilmi? Koroğlu deyib:

      “axçasız-pulsuz aşiqəm”. Bir daxmam var, onu da bilirsən cəmaat tikib. Bir tək canım var o da sizə qurbandı. Söz verirəm, ömrümün axırınacan qapınızda qul olacam. Adı Bacı-tacını ver, başımda gəzdirim!

      Qızardım, pörtdüm, necə deyərlər, şişdim qaldım.

      Bacı-tacı kimi, bütün başqa ləqəblər də elə sərrast və tu-tarlı idi ki, hətta rayondan gələn qonaqlar da maraqlanırdı-lar. Sahədə, yaxud kiminsə evində, süfrə başında Koxadan təkidlə xahiş edirdilər ki, ləqəbləri sadalasın. Koxa isə “lay-lağılarını” ucuz satmırdı: hər biri bir idarənin məsul işçisi olan mötəbər qonaqlara “hərəniz bir şeyə boyun olun” – deyib, onları Qaracalar üçün nə isə xeyirli bir iş görməyə məcbur etməyincə sadalamırdı.

      – Məsəl var, atamı öldürmüşəm ki, goruna and içim. Haşım kişini Həsir Haşım eləmişəm ki, bunun ona xeyiri dəy-sin, – deyirdi.

      Ləqəblərin guya hərəsinin bir tarixçəsi vardı və guya hərəsinin altında bir məna gizlənirdi.

      Soruşurdum. Özü də dəfələrlə. Əmma Koxa açmırdı.

      – Fikirləş özün tap, – deyirdi.

      Bizim cavanlardan kimisi “importnı tavar” alverinə, kimisi şeir yazmaq azarına tutulmuşdu. Xüsusilə, bu axır vaxtlar, şair olmaq asanlaşandan bəri, yəni “sərbəst şeir” dəbə

      minəndən bəri hansı cavanı iş üstündə tapmırdımsa, bilir-5

      dim ki, xəlvətə çəkilib şeir yazır. Koxa isə “laylağı” qoşmaq azarına

Скачать книгу