Əmim Hamlet. Eldəniz Qurtulan

Чтение книги онлайн.

Читать онлайн книгу Əmim Hamlet - Eldəniz Qurtulan страница 3

Əmim Hamlet - Eldəniz Qurtulan Xatirə ədəbiyyatı

Скачать книгу

qaranlıqlar içində əlində kiçik bel və kürək olduğuna baxmayaraq gələcəyə ümidlə baxırdı. Nədənsə qaranlığın bir çox insanda oyatdığı qorxu hissi ona təsir etmirdi. Bəlkə də, bu, onun qaranlıqda ətrafını daha aydın gördüyündən irəli gəlirdi. Aydınlıqsa bir gurultu kimi dincliyini pozur, qorxudurdu onu; tanımadığı və öyrəşə bilmədiyi qələbəlikdəki kütlələrin izdihamı, hayqırışı və dalğa kimi qabarmasından qorxurdu. Üç qızdan sonra bir oğlu anadan olmuşdu ki, bu da onun irəlidəki həyatında yeganə ümidi idi. Oğlunun doğumundan iki il sonra ikinci oğlu dünyaya gəldi, amma ikincisi, ağır keçən hamiləlik nəticəsində doğulduğu üçün sağlam deyildi və ancaq bir il yaşadı.

      Əsədə gəldikdəsə, o, həm sağlam və ağıllı, həm də diribaş idi. Gah əmisinin uşaqları ilə Buzovnada, gah bacıları ilə həyətdə, gah da küçədə məhəllə uşaqları ilə oynayırdı. Ancaq atasının günü-gündən arıqladığı və tez-tez öskurməsi onun gözündən yayınmırdı. Axırda, soyuq bir qış günü Cavad şirkətdəki alman həkiminin vərəm diaqnozu ilə işdən çıxarılıb evə göndərildi. O, evdə, yataq şəraitində ancaq bir həftə yaşadı. Öskürə-öskürə, qan qusa-qusa can verdi. Ölərkən qırx beş, oğlu Əsədsə səkkiz yaşında idi. Ailənin istənilən üzvü yoxsulluq, aclıq və kədərin hər üzünü bir yerdə görmüş, hər şeyə birlikdə dözmüş, ayaq üstündə birlikdə dura bilmişdilər. Əgər buna ayaqda durmaq demək olardısa…

      Əsəd otağın ortasında yerə uzadılmış atasının yanında oturdu. “Mənim ona xoşbəxtlik gətirəcəyimə inanırdı, – dedi ürəyində. – Oxuyub adam olacağıma ümid edirdi”.

      Ətrafında hamı qışqıra-qışqıra ağlayarkən o ağlamadı, ağlaya bilmədi. Ancaq heç kəsin görmədiyi tənha bir yerə çəkilib, orаda öz içini tökməyi elə istəyirdi ki… Kaş, atasını hamıdan çox sevdiyini orada fəryadqarışıq deyə biləydi, ya da bu anda, burada onu bağrına basıb içinə dəfn edəydi… Ancaq o, çarəsiz, solğun gözlərlə ayağa qalxıb yerdə rahat və qayğısız yatan atasına baxa bildi. Artıq nə işsizlik dərdi, nə gələcək arzuları… Əsəd dönüb ətrafındakı ah-halə edənlərə nəzər yetirdi, ürəyi sıxıldı.

      Bir neçə həftədən sonra, əvvəlcə əmisi onun oxumasının lazım olduğunu yada saldı. Sonra anası dörd əllə sarıldı bu fikrə, çünki atasının istəyi də elə bu idi: “Hə, oxuyub molla olmalıdır mənim oğlum, başına sarıq sarımalı, ölənlərimizə mərsiyə oxumalıdır”.

      Əsəd, əmisi Rəşad Axundovla daha maraqlı söhbət edə biləcəyinə inanaraq ondan mollanın nə olduğunu şoruşdu.

      – Molla din adamıdır, – əmisi dedi, – Din adamı olmaq istəyirsənmi? Dini mərasimlər keçirir molla. Bir də məktəblərdə, yəni mollaxanalarda müəllimlik edir, dərs verir. Bəzi yerlərdəsə hakimlik edir. Bununla yanaşı, qədimdən hörmətli, mərifətli, geniş dünyagörüşünə sahib, böyük şairlərə və alimlərə də molla deyilirmiş. Hə, indi nə deyirsən, molla olmaq istəyirsənmi?

      – Başqa yolum varmı?

      – Başqa yolun? – əmisi Cavadın bu qədər ağıllı ola biləcəyini heç düşünməmişdi.

      Təxminən əlli il bundan əvvələ qədər Bakıda iyirmi doqquz şagirdi olan bir məktəb vardı. Şəhərdə yaşayan digər millətlərin uşaqları orda oxuyurdu. Əsasən də yüksək rütbəli dövlət məmurlarının övladları idi, yəni bəy, ağa, şahzadə kimi olanların və bir neçə tacir ailənin uşaqlarıydı. Bəlkə də, burda “Quran” və ana dilindən dərs deyilmədiyinə görə yerli xalqın övladlarına rast gəlinməzdi bu məktəbdə. Əgər xalq öz övladlarını oxutmalı olsa, mollaxana deyilən azsaylı köhnə məktəblərdə oxutmalıydı. Mollalar da, həmişəki kimi İrandan, daha doğrusu, Güney Azərbaycandan olurdu; onların xərclərini məscid vəqfləri, bir az qismini də uşaqların valideynləri ödəyirdi. Bir müddət sonra Çarın fərmanı ilə müsəlman məktəbləri açılmağa başladı. Üç müəllimi və əlli şagirdi olan bu məktəblərdə rus diliylə birlikə ərəb, fars və ana dili də proqrama daxil edilmişdi. Ərəbcə dini işlər, bütün ticarət sahələri fars dilində aparılarkən, ana dili, təbii ki, ən xeyirli və gərəkli olduğundan bu dildə yeni-yeni nəşrlər ortaya çıxırdı. Bütün bunlara baxmayaraq hələ də ana dilinin əsl adı yox idi. Rəsmi rus qurumları bu dili hələ də “tatarca”, xalq isə israrla “müsəlmanca” adlandırırdı. Məktəblərin adı rus-tatar məktəbləriydi.

      Nəhayət, fikirləşib qərara gəldilər ki, Əsədullahı şəhər mollaxasınasına qoysunlar.

      Tək pəncərəli, dar qapılı, yarıqaranlıq, döşəməsi qamış, havası rütubətli, cansıxıcı bir otaq… Otuz, otuz ikiyə qədər şagird, evdən gətirdikləri kiçik nazik palazların üstündə diz çöküb otururdular. Mollanın palazı xüsusi olaraq böyük və qalındı, üstəlik, belini söykədiyi yastığı da vardı. Qabağında açılıb-bağlanan masa, onun üstündə qalın, qara qablı bir kitab… Uşaqların hamısı müxtəlif boy və yaşlarda oğlan uşaqları. Həmişə olduğu kimi, balacalar qabaqda otururdular. Zənn edilirdi ki, ən çox döyülənlər onlardır, amma heç də elə deyildi. Mollanın əlində çox uzun bir dəyənək vardı. Ən arxada oturan uşağın belə keçəl başına da vura bilirdi. Bundan başqa, divarda falaqqa hazır vəziyyətdəydi, lazım olanda şagirdlərin ən böyüyünün yardımı ilə (ona halfe deyirdilər) cəzalı olanı falaqqaya yatırır, yəni falaqqa vasitəsilə şagirdin ayaqları şallaqlanırdı.

      İlk aylar əlifbanı avazla əzbərləməyə çalışdı.

      Elif nohte nedared babacunem yad begir yad,

      Be, yek nohte dared babacunem yad begir yad…

      O, bunu əzbərləyincə başqa şagirdlər kimi hər günü döyulməklə keçdi.

      Altıncı ayın ortalarında, bir gün necə olmuşdusa mollanın döşəkçəsinə iynə kimi nəsə batmışdı. Molla yerindən sıçradı və aləmi bir-birinə qatdı.

      – Bu işi kim edibsə boynuna alsın! Yoxsa mən nə edəcəyimi yaxşı bilirəm.

      Əsəd, “Bu yaramaz hərəkəti kim edib, görəsən?” – deyə fikrə getmişdi ki, birdən mollanın uzun dəyənəyi başına dəyəndə özünə gəldi.

      – Mən? Yox! Vallah-billah, mən etməmişəm. Bu işdən qətiyyən xəbərim yoxdur.

      – Yalan deyirsən, məlun! Hə, qalx ayağa, halfə, falaqqanı gətir, düzünü deyənə kimi döyəcəyəm onu…

      – Mollam, inan ki, mən etməmişəm. Vallah, mən etməmişəm, deyirəm, niyə inanmırsan? Kimin etdiyini də bilmirəm.

      – Onda kim edibsə, çıxsın ortaya.

      – Mənim bu halımı görən heç ortaya çıxarmı, molla!

      Bir sözlə, ortaya heç kim çıxmadı. Əsədullahla birgə dörd üşaq da falaqqaya uzadıldı və ürəkləri gedincəyə

Скачать книгу