Məmməd Arazlı günlərim. Gülxanım Fətəliqızı

Чтение книги онлайн.

Читать онлайн книгу Məmməd Arazlı günlərim - Gülxanım Fətəliqızı страница 3

Məmməd Arazlı günlərim - Gülxanım Fətəliqızı Xatirə ədəbiyyatı

Скачать книгу

evə gələn kimi qapını içəridən qıfıllardı. Soruşardım:

      – Əli, qapını niyə bağlayırsan?

      – “Upravdom” görər, bizi qovar, – deyərdi. Əli çox utancaq idi. Ona sataşardım:

      – Əli, bəlkə, səninlə dostam deyə, mənim adımı “darnı” siyahısına salmısan? Uşaq kimi and içərdi Əli:

      – Yox, Vallah, sən, həqiqətən, layiqsən.

      Məmməd sonralar da Əlidən çox hörmətlə danışardı.

      Bu kiçik otağın daimi sakinlərindən olan İdris Zamanlı haqqında da gülə-gülə danışardı Məmməd:

      – İdris yaman danışqan idi və danışdıqca da tez-tez, “mən ölüm, vur bura”, – deyərdi. Axırda əlimi açıq qoyub deyərdim:

      – İdris, mən yatdım, əlim açıqdır, kefin nə qədər istəyir, əlimə vura bilərsən.

      Əlbəttə, Məmmədin qonaqları təkcə Əli Kərimlə İdris Zamanlı deyildi. Cabir Novruz, Sərdar Əsəd, İlyas Tapdıq, Tofiq Bayram və başqa adlarını unutduğum gənc şairlər də bəzən yatmağa yer tapmayanda Məmmədin balaca otağına toplaşırdılar (Əlbəttə, bu onların subay vaxtlarına aid idi).

      Məmməd bunları təkrar-təkrar danışar, ürəkdən gülərdi.

      Məmmədin kiçik qardaşı Əbülfəz gündüz bizimlə olar, gecələr isə yataqxanaya gedərdi. Anası Cahan xala da bizimlə qalırdı.

      Xörək bişirməyi bacarmazdım. Ata evində evin kiçiyi olduğuma görə, xörək bişirmək növbəsi mənə çatmamışdı. Xörəyi bildiyim kimi bişirərdim, nə qədər çalışsam da, xörək dadlı alınmazdı. Əbülfəz deyinsə də, Məmməd sakitcə yeyərdi. Düzü, yaşadığımız bütün ilərdə xörəyə müəyyən irad tutduğunu görməmişəm. Bu xasiyyəti həmişə xoşuma gəlib.

      Evimizə tanınmış filoloq, rəhmətlik Firidun Hüseynov da tez-tez gələr, uşaqlıqlarından maraqlı söhbətlər edərdi. Onlar Məmmədlə bir kənddən, eyni zamanda uşaqlıq dostu idilər.

      Firidunun söhbətlərindən:

      – Həmişə cütə gedərdik. Bəzən ikimiz də işin öhdəsindən gələ bilməzdik. Bizi çox vaxt öküzlərin boyunduruğunda oturdardılar. “Rəhbərimiz” kəndin ağsaqqalı Xanış kişi işimizdən razı qalmayanda bizi söyməyə ürəyi gəlməz, acıqlı-acıqlı deyərdi:

      – Adə, kəndinizdə “xotuq” (yəni “qoduq”) neçəyədir? Cavab verə bilməzdik, onda bizi qovar, – “əkin yerini tapdalamayın” – əmrini verərdi.

      Məmməd də söhbətə qoşular, öz əlavələrini edərdi:

      – Biz uşaqlar səhərdən gündoğana, axşamlar günbatana “at çapıb” günəşə yetmək, onu səhərlər dağ başında bir qədər tez qaldırmaq, axşamlar batmağa qoymamaq istəmişik. Amma… Biçin çətin işdir, bunu hamı bilir. Biçilmiş sünbülləri toplayıb dərz bağlayardıq. Hamıdan kiçik olduğum üçün kəndin ağsaqqalı Əliş kişi məni işdən xilas etmək məqsədi ilə tez-tez bulağa göndərərdi. Kənddə ancaq qocalar, qadınlar, bir də uşaqlar qalmışdı. Müharibə, aclıq, ehtiyac və qurumayan göz yaşları… Yay vaxtı gündüzün canüzücü ağır işlərindən, sonra gecələr yer şumlamağa gedən, yorğunluqdan, yuxusuzluqdan mürgüləyib boyunduruqdan dəfələrlə yıxılıb-duran, qoşqu mallarını haylamaqdan səsi batan “kişi uşaqlar”dan biri də mən idim. Bəzən mənə elə gəlir ki, insan uşaq dünyasının xatirə cığırları ilə addımlayarkən çox mühafizəkar olur. O cığırlar, o izlər dəyişməz qalır. Bir də saçının ağaran çağlarında yeni mənzərələr tapmaq çətindir.

      Sonralar Məmməd bunları bədii dildə belə təsvir edəcək:

      “Kotan cırıldaya-cırıldaya holavara dəm tutur…

      Qızıl öküzlər mürgülü kotanı dartır. Arabir qoca macqal: – Yeri, başına dönüm, yeri, – deyir”.

      Məmmədin əmisi oğlu Bahadurun söhbətlərindən:

      – Müharibədən sonra bərk qıtlıq idi. Ermənistana duz aparar, onu kartofa dəyişib gələrdik. Babamız da bizimlə gələrdi ki, uşaqlara böyüklük etsin. Elə vaxtlar olurdu ki, yağışa düşürdük, səhərə qədər açıq yerdə, yağışın altında bir-birimizə sığınıb yatardıq. Dağın ayazı ola, yağış ola… səhər ayılanda görürdük ki, az qala donmuşuq. Bir dəfə alverimizi edib geri qayıdırdıq, başımız oyuna qarışdı. Bir də gördüm, ulağın belindəki xurcun yoxdur. Məmmədin xurcunu isə yerində idi. Evdə “məhkəmə” olacaqdı. Fürsət axtarırdım ki, Məmmədin də xurcununu it-bat eləyim. Batabata çatanda çayın gur yerində xurcunu itələyib suya saldım. Su güclü olduğuna görə Məmmədin xurcununu tutmaq cəhdi boşa çıxdı. Daha tək deyildim. İkimiz də xurcunsuz idik.

      Beləcə, uşaqlıq illərini xatırlayaraq ləzzətlə gülərdilər.

      Məmməd həmişə nadincliyindən də ürək dolu danışardı:

      – Çox nadinc idim. Uşaqlardan ayrılıb tək qalanda da özümə “əyləncə” tapardım. Bir dəfə yorğanı başıma salıb itimizi qorxutmaq istədim. İt üstümə cumub ayağımı möhkəm dişlədi. Düz bir ay ayağımı yerə basa bilmədim. Görürsən, yeri indi də qalır.

      Uşaqlarla qayışqapdı oynayanda isə bu iki dişimi itirdim…

      Məmmədin uşaqlığı atası 1945-ci ildə təqsirsiz ləkələnib tutulduqdan sonra daha da çətinləşib. Artıq onlar “xalq düşməni”nin uşaqları idilər. Bütün çətinliklər də buradan başlanırdı. Bu haqda öz əli ilə yazdıqları:

      MƏNİM TALEYİMDƏ YAXŞI ADAMLAR

      Burada mənim şair taleyimdən söhbət getmir, sadəcə insan taleyinin kiçik bir yarpağını tərpədirəm, o, qırıla da bilərdi. Bu dediklərim şair taleyinin nə əvvəli, nə də sonudur.

      Bir vaxtlar anket vərəqlərində təxminən belə məzmunda maddə var idi:

      “Ailə üzvlərindən, qohumlarından tutulanı, xaricdə olanı varmı?” Babasının, atasının, bioqrafiyasından xəbəri olmayan ziyalının vəzifəyə təsdiq olunma məqamında “paxırı açılırdı”: Atasının bibinəvəsinin qaynı oğlu nə vaxtsa İranda yaşayıb. Bundan qətiyyən xəbəri olmayan adam sarsaq damğaya məruz qalır, “irəliçəkmə mənfəətindən birdəfəlik məhrum oldu.

      Cavan vaxtlarında mənim də atamın “xalq düşməni” fəxri adını gizlətdiyim məqamlar olub. 44 il bundan əvvəlki əhvalatı uşaq yaddaşımdan alıb bu günə gətirməyim çox da asan başa gəlməyib. “Xalq düşməni”nin oğlu kimi “gözükölgəli” yaşamaq

Скачать книгу