Amerika faciəsi . Теодор Драйзер

Чтение книги онлайн.

Читать онлайн книгу Amerika faciəsi - Теодор Драйзер страница 4

Жанр:
Серия:
Издательство:
Amerika faciəsi  - Теодор Драйзер

Скачать книгу

heysiyyətini oxşayırdı. Bu ona müəyyən əxlaqi təskinlik verir və onda əri ilə bərabər işləmək arzusunu qüvvətləndirirdi.

      Arabir dinləyicilərdən bəziləri vaizlərin dalına düşüb onların “missiyasına” qədər gəlirdilər, yaxud belə bir ruhani təşkilatın mövcud olduğunu eşidib sonradan özləri bura gəlirdilər – bütün bunlar hamısı, hər yerdə təsadüf edilən sarsılmış əxlaqlı, mətanətsiz, qərarsız və qəribə adamlar idi. Klayd hələ müstəqil həyat sürməyə ixtiyarı çatmadığı bütün bu illər ərzində dini yığıncaqlar zamanı ata-anasına kömək etməyə məcbur idi. Missiyaya gələn bütün kişilər və qadınlar hər dəfə Klaydda riqqət hissi oyatmaqdan başqa onu əsəbiləşdirirdilər: bunlar işdən yadırğamış fəhlələr, səfillər, əyyaşlar həmişə müvəffəqiyyətsizliyə uğrayan biçarə və eybəcər adamlar idilər. Elə bil ki, onlar yalnız getməyə başqa yerləri olmadığı üçün buraya gəlirdilər. Bu adamlar daima Allahın, yaxud İsanın və ya Allah mərhəmətinin onları bu və ya digər bədbəxtlikdən necə xilas etdiklərindən heç vaxt bir kəlmə də olsun danışmırdılar. Belə hallarda Klaydın atası və anası həmişə “Amin” və “Allaha çox şükür” deyir, dua oxuyur, sonra isə dua mərasiminə yığılmış adamlara ruhani təşkilat binasının saxlanması xərclərini ödəmək üçün pul yığırdılar, Klayd bunun yığılan kiçik bir məbləğ olduğunu görürdü: çünki bu məbləğ, missiyasının miskin güzəranını təmin etməyə güclə çatırdı.

      Klaydı ata-anası ilə əlaqədar olaraq dərindən maraqlandıran yalnız bir şey vardı: onun anladığına görə, hardasa Şərqdə – Dikurq adlı kiçik bir şəhərdə, Utikin yanında onun tamamilə başqa cür həyat sürən bir əmisi vardı. Bu əmi – onun adı Semyuel Qrifits idi – zəngin bir adam idi. Ata-anasının söhbəti əsasında bəzən ağızlarından qaçırdıqları sözlərdən Klayd başa düşmüşdü ki, əgər əmisi istəsəydi, onun üçün çox şey edə bilərdi, guya o xəsis, lakin məharətli və diribaş bir iş adamıdır, Likurq şəhərində zinətli bir evi və azı üç yüz fəhlə işləyən böyük tikiş fabriki vardır, bundan başqa əmisinin, demək olar ki, Klaydla yaşıd olan bir oğlu və deyəsən, iki qızı vardır. Klayd öz təsəvvüründə, onların uzaq Likurq şəhərində necə cah-calal içərisində yaşadıqlarını canlandırırdı. Klaydın əmisi haqqında xəbərlər, görünür, Eysanı, onun qardaşını və onların atalarını tanıyan adamlar vasitəsi ilə bu və ya digər yolla gedib qərbə çatırdı. Klayd əmisini orada – Şərqdə firavanlıq və cah-calal içərisində yaşayan bir Krez kimi təsəvvür edirdi, burada – Qərbdə, Kanzas-Siti şəhərində isə o, ata-anası, qardaş və bacıları ilə ac-yalavac yaşayırdı: onların əbədi qisməti miskin və ağır bir ehtiyac olmuşdu.

      Lakin Klayd çox tez başa düşmüşdü ki, o öz-özünə kömək etməsə, artıq heç bir şey onun imdadına çatmayacaqdır. On beş yaşında ikən və hətta daha əvvəllər Klayd görürdü ki, ata-anası, təəssüflər olsun ki, onun bacılarının və qardaşlarının tərbiyəsinə çox qayğısız yanaşmışlar. İndi Klayda itirdiklərinin əvəzini çıxmaq çox çətin olacaqdı, çünki hətta daha çox varlı olan ailələrdə belə uşaqları bu və ya başqa peşəyə öyrətmək üçün xüsusi oxudurlar. Belə bir şəraitdə o nədən başlaya bilərdi? On üç yaşından etibarən o, qəzetlərə göz gəzdirməyə başlamış (qəzetlər həddindən artıq “dünyəvi” bir mahiyyət daşıdığı üçün Qrifitslərin evində qəzet oxunmazdı) və bu qəzetlərdəki elanlardan öyrənmişdi ki, hər yerdə ya yaxşı ixtisaslı işçilər, yaxud indi onu maraqlandırmayan ixtisaslara təhsil almaq üçün oğlan uşaqları tələb olunur. Həyata tipik amerikalı kimi baxan hər bir gənc amerikalı kimi Klayd da sadə fiziki əməyi öz ləyaqətinə yaraşdırmırdı. Onun tay-tuşu olan digər oğlan uşaqları, klerk, əczaçı köməkçisi və yaxud banklarda və müxtəlif kontrollarda mühasib və hesabdar olduqları halda, necə ola bilərdi ki, o dəzgah dalında durub işləyəydi, yaxud kərpic düzəydi və ya dülgər, malakeş və yaxud su kəməri ustası olaydı! Yox, belə miskin və zəlil bir həyat onun indiyə qədər sürdüyü həyatdan heç də fərqli olmayacaqdı: belə olduqda o köhnə paltarda gəzəcək, səhər lap tezdən ayağa qalxacaq və ömrünü fiziki əmək adamlarının gördükləri o can sıxıcı işlə başa vuracaqdı.

      Bəli, Klayd kasıb olduğu qədər də şöhrətpərəst və məğrur idi. O, özlərini başqalarına tay tutmayan, özlərini xüsusi bir xilqət hesab edən adamlardan idi. O heç vaxt tamamilə öz ailəsinə qaynayıb-qarışmırdı və dünyaya gəldiyi üçün kimlərə isə borclu olduğunu dərk edə bilmirdi. Əksinə, o ata-anasını öz aləmində mühakimə etməyə meyil göstərirdi – onların keyfiyyət və qabiliyyətini tamamilə nəzərə alaraq çox da kəskin və sərt olmasa da, yenə də mühakimə edirdi. Lakin başqalarını mühakimə etməyi bacaran Klayd on altı yaşınadək özü üçün heç bir hərəkət planı tərtib edə bilmədi. Onun başından yalnız cürbəcür, bir-birinə zidd fikirlər gəlib keçirdi.

      Bu zaman artıq onun varlığında mənsub olduğu cinsin səsi baş qaldırdı: qızların gözəlliyi onu cəzb edir və həyəcanlandırırdı və o, qızların xoşuna gəlib-gəlmədiyini bilmək istəyirdi. Təbiidir ki, bununla əlaqədar olaraq o, öz zahiri ilə, kostyumu ilə az məşğul olmurdu: Klayd özünü və öz görkəmini digər gənclər ilə müqayisə edirdi. O, pis geyindiyini, kifayət qədər qəşəng və gözəl olmadığını düşünüb iztirab çəkirdi. Anadan kasıb doğulmaq, heç bir yandan kömək gözləməmək və özündə də özünə kömək üçün heç bir iqtidar görməmək nə qədər amansız bir bədbəxtlikdir!

      Klayd qabağına gələn bütün aynalarda özünə tamaşa edərək belə bir əqidəyə gəldi ki, heç də eybəcər adam deyildir: onun yaxşı quruluşu olan burnu, uca ağ alnı, işıldayan dalğalı qara saçları və bəzən kədərli görünən qara gözləri vardı. Lakin ailəsinin bu cür miskin vəziyyətdə olması, ata-anasının seçdiyi peşə və əlaqələri ucbatından heç vaxt həqiqi dostları olmadığı fikri onun ürəyini getdikcə daha artıq üzür və onda bir məyusluq yaradırdı ki, bu da gələcəkdə ona heç bir yaxşı şey vəd etmirdi. Bəzən o, üsyan etmək istəyir, sonra isə birdən-birə yorulur və taqətsiz bir hala düşürdü. Ata-anası haqqında fikirlər Klaydı o qədər məşğul edirdi ki, o, öz zahiri görünüşünü yadından çıxarırdı – həqiqətdə isə o heç də pis deyildi və diqqəti cəlb edən bir gənc idi – buna görə də tamamilə başqa təbəqələrə mənsub olan qızlar özlərinin ona xoş gəlib-gəlmədiklərini, onun cəsarətli və ya qorxaq olduğunu bilməyə çalışaraq zahirən etinasız və eyni zamanda qəmzəli baxışları ilə onu süzdükləri zaman Klayd bu baxışları heç vaxt öz xeyrinə yozmurdu.

      Buna baxmayaraq, o hələ özü heç bir şey qazanmadığı zamanlar belə həmişə gününü xəyal və arzular içərisində keçirirdi: ah, kaş onun da bəzi gənclər kimi yaxşı yaxalığı, nazik parçadan köynəyi, zərif ayaqqabısı, yaxşı tikilmiş kostyumu, gözəl paltosu olaydı! Ah, gözəl paltarlar, rahat və zinətli mənzillər, qol saatları, üzüklər, qızıl sancaqlar… onun ətrafında bununla lovğalanan nə qədər gənc var idi! Onunla yaşıd olan oğlanların çoxu, artıq özlərini həqiqi bir dendi kimi aparırdılar. Bəzi ata-analar onunla yaşıd olan oğullarına avtomobil alıb bağışlayırdılar. Klayd bu gənclərin Kanzas-Sitinin baş küçələrində milçək kimi o

Скачать книгу