Amerika faciəsi . Теодор Драйзер

Чтение книги онлайн.

Читать онлайн книгу Amerika faciəsi - Теодор Драйзер страница 7

Жанр:
Серия:
Издательство:
Amerika faciəsi  - Теодор Драйзер

Скачать книгу

istəyirəm. And içirəm ki, ana əgər sən istəsən, mən böyük bir sevinclə həmi-şə sənə məktub yazacağam. Mən burada tamamilə tək yaşa-yıram. Lakin sən hər halda ehtiyatlı ol və mənim harada olduğumu heç kəsə açıb demə. Bunun çox pis nəticələri ola bilər, halbuki mən çoxdan bəri yeni bir həyat sürmək arzusu ilə yaşayıram və indi, təzəcə yaxşı bir işə düzəlmişəm. İnan ki, ana, mən heç bir pis iş etməmişəm, orada qəzetlər nə ya-zırsa yazsın, mən heç bir pis hərəkət etməmişəm – mən an-caq yoldaşlarıma qoşulub şəhər kənarına seyrə getmişdim. Lakin mən müqəssir olmadığım bir iş üçün cəza alacağım-dan qorxdum. O zaman mən sadəcə evə qayıda bilmədim. Mən heç müqəssir deyiləm, ancaq sənin və atamın bu barədə nə fikirləşdiyinizdən qorxdum. Məni gəzintiyə dəvət etmiş-dilər, mən də onlara qoşulub getmişdim, ancaq Sparser de-mişdir ki, guya mən ondan maşın gətirməsini xahiş etmişəm və geriyə qayıdarkən maşını bərkdən sürməyə məcbur etmi-şəm, bunlar hamısı yalandır o özü maşını gətirib bizim ha-mımızı gəzməyə dəvət etmişdi. Bəlkə də o qızı maşın altında qoyduğumuz üçün hamımız müqəssirik, lakin biz axı bunu qəsdən etməmişik. Bu hadisə birdən-birə, qəfildən baş ver-mişdi. Mən buna ürəkdən yanır, təəssüf edirəm. Mənim uc-batımdan sən nə qədər dərd çəkdin: özüdə mənim köməyi-mə möhtac olduğun bir zamanda! Bunu düşündükcə məni dəhşət alır! Lakin buna baxmayaraq, mən yenə də ümid edi-rəm ki, sən məni bağışlayacaqsan, anacan, – deyilmi? Mən sizin hamınızın necə dolandığınızı bilmək istəyirəm. Esta, Culiya, Frenk və atam necədirlər? Siz indi hardasınız və nə edirsiniz? Sən özün bilirsən ki, mən səni nə qədər sevirəm, anacan. İndi mən çox şey görüb, çox şey öyrənmişəm və bəzi şeyləri daha yaxşı başa düşürəm. Mən həyatda müvəffə-qiyyət qazanmaq, nə isə bir şeyə nail olmaq istəyirəm. Ümid edirəm ki, bəxtim gətirəcəkdir. İndi mən yaxşı bir iş tapmı-şam, doğrudur, Kanzas-Sitidəki qulluğumdan yaxşı deyil və tamamilə başqa növlü bir şeydir, lakin yenə də çox abırlı bir işdir. Lakin mən daha yaxşı bir yer tapmağa çalışıram. Artıq mehmanxanada işləmək istəmirəm. Mehmanxanalardakı iş, mənim kimi adamlar üçün əlverişli deyil. Məncə, bu qədər yuxarıya dırmaşmaq lazım deyil. Görürsənmi, indi mən ar-tıq ağıllanmışam. İşlədiyim yerdə məndən razıdırlar, lakin mən daha yaxşı bir mövqe qazanmağa çalışıram. Bundan əlavə, mən o qədər də çox qazanmıram – qazandığım ancaq ən zəruri şeylərə, otaq kirayəsinə, yeməyə və paltarıma güc-lə çatır. Buna baxmayaraq mən qənaət edib bir az pul yığma-ğa çalışıram, bir peşə öyrənmək üçün daha əlverişli iş tap-maq istəyirəm. Bizim zəmanədə hər bir adam bir peşə sahibi olmalıdır, indi mən bunu yaxşı başa düşürəm.

      Anacan, mənə ətraflı məktub yaz, mən sizin necə ya-şadığınızı və nə etdiyinizi bilmək istəyirəm. Frenkə, Culiya-ya, atam və Estaya, əgər onlar hələ də sənin yanında yaşayır-larsa, – məndən salam de! Mən səni yenə əvvəlki kimi se-virəm və ümid edirəm ki, az da olsa səndə məni sevirsən. Doğrudur, məktubun altında öz həqiqi adımı yazmıram, bəl-kə bu hələlik qorxuludur (o zamandan, yəni Kanzas-Sitidən qaçdığım gündən öz həqiqi familiyamdan istifadə etməmi-şəm). Məktubu başqa adla imzalayıram, lakin ümid edirəm ki, tezliklə bu addan əl çəkərək yenə də öz həqiqi familiyamı daşıyacağam. Mən bunu elə indi etmək istərdim. Lakin hələ-lik qorxuram. Mənə məktub yazmaq istəsən, Çikaqo şəhəri-nə, poçtaya, Harri Tenetin adına göndərə bilərsən.

      Tezliklə səndən cavab gözləyirəm. Məktubu bu adla imzalayıram ki, nə sizin nə də özümün başıma yeni bir bəla açmayım, yəqin ki, məni başa düşürsən? Lakin elə ki, bu əh-valatın bitib qurtarmış olduğuna əmin oldum, onda, əlbəttə yenə də öz həqiqi adımı və familiyamı daşıyacağam.

      Səni sevən oğlun”.

      İmza əvəzinə o bir cızıq çəkib altından “Kim olduğumu sən özün bilirsən” sözlərini yazaraq məktubu yola saldı.

      Anası oğlunun harada olduğunu bilməyərək, bütün bu müddət ərzində onun nigarançılığını çəkdiyi üçün Klayd tezliklə ondan cavab aldı; konvertin üzərində Denver şəhəri poçtasının möhürünü görərək Klayd çox heyrət etdi. Çünki o anasının hələ də Kanzas-Siti şəhərində yaşadığını güman edirdi.

      “Əziz oğlum!

      Səndən məktub alıb sağ-salamat olduğunu öyrəndikdə çox heyrət etdim və hədsiz dərəcədə sevindim. Mən daima həm ümid edir, həm də dua edirdim ki, sən Allahın qoydu-ğu düz və doğru yola gəlib çıxasan, – bu səni müvəffəqiyyə-tə, səadətə aparıb çıxara bilən yeganə yoldur. Mənim arzum yalnız bu idi ki, Allahın köməkliyi ilə səndən bir xəbər tu-taydım, sənin sağ-salamat olduğunu, namusla işləyib, na-musla yaşadığını öyrənəydim. İndi budur, Allah mənim dualarımı eşitdi. Mən bilirdim ki, o mənim dualarımı eşidə-cəkdir. Çox şükür olsun Allaha, o qadir və adildir.

      Mən sənin başına gələn o dəhşətli bədbəxtlik üçün özü-nü və bizi bu qədər iztirab və rüsvayçılıq içində qoyduğun üçün təkcə sənin özünü günahlı saymıram, çünki çox yaxşı bilirəm ki, iblis bizim hamımızı Allahın bütün fağır bəndələ-rini, xüsusilə sənin kimi tifil uşaqları tez yoldan çıxarıb az-dırır. Oğlum, əgər sən bilsəydin ki, iblisin toruna düşmə-mək üçün nə qədər özünü gözləməli və ehtiyatlı olmalısan! Axı sənin qarşında uzun bir həyat yolu durmuşdur. Sən mə-nim nəsihətlərimi yadında saxlayacaqsanmı, əziz uşaqları-mın ağlına və ürəklərinə həkk etməyə çalışdığım xilaskarı-mız həzrəti İsanın təliminə sadiq qalacaqsanmı? Daima sayıq və ehtiyatlı olacaqsanmı? Sən ayaq saxlayıb daima bizimlə bərabər olan, bizi ağır və daşlıq yollardan keçirərək göylər-dəki səltənətə doğru aparan, yerdəki bu fani həyatımızda tə-səvvür edə bildiyimizdən daha gözəl bir aləmə doğru çağı-ran tanrımızın səsinə qulaq verəcəksənmi? Mənə söz ver ki, oğlum, sən daima uşaqlıqda aldığın tərbiyəyə və təlimə uy-ğun olaraq hərəkət edəcəksən və daima yadında saxlayacaq-san ki, qüvvət yalnız ədalətdədir. Mənim əziz oğlum, heç vaxt heç bir zaman, kim sənə təklif edərsə etsin, şəraba yaxın düşmə! İblis məhz burada, bu məsələdə öz hökmünü gös-tərir və həmişə məhz bu sahədə zəif insanlara qalib gəlir. Tez-tez sənə dediyim bu sözləri daima yadında saxla: “şə-rab – aldadıcıdır, içmək – dəliliyə qapılmaq deməkdir, kim aldanarsa – demək o aqil deyildir”. İndi mən ən hərarətli du-alarımda yalnız bunu arzu edirəm ki, hər dəfə nəfsin səni yoldan çıxartdıqda bu sözlər qulaqlarında səslənsin, çünki mən bu qənaətdəyəm ki, o dəhşətli bədbəxtliyin həqiqi baisi yalnız şərab olmuşdur.

      O zaman mən sənin üstündə çox iztirab çəkdim, Klayd, və bütün bunlar, mən Estaya görə ağır, müsibətli günlər ke-çirdiyim bir zamanda baş verdi. Mən az qaldım Estanı həmi-şəlik itirim. O, olduqca pis vəziyyətdə idi. Yazıq qız, işlətdiyi günah ona çox baha tamam oldu. Biz çoxlu borca düşdük, sonra isə borclarımızı ödəmək üçün uzun zaman işləməyə məcbur olduq. Lakin indi, nəhayət, biz borclarımızı verib qurtarmışıq və

Скачать книгу