Ağ zanbaqlar ölkəsi. Qriqoriy Petrov

Чтение книги онлайн.

Читать онлайн книгу Ağ zanbaqlar ölkəsi - Qriqoriy Petrov страница

Автор:
Жанр:
Серия:
Издательство:
Ağ zanbaqlar ölkəsi - Qriqoriy Petrov

Скачать книгу

      Vətən üçün yaşamaq da, ölkənin inkişafı və yüksəlməsi üçün çalışmaq da onun yolunda ölmək qədər şərəflidir!

      QRİQORİY PETROV

      AĞ ZANBAQLAR ÖLKƏSİ

      MÜNDƏRİCAT

      MENE, TEKEL, PERES.......................................................................................

      QƏHRƏMANLAR VƏ MİLLƏT..................................................................

      “İKUYNEN TAYSTELU”.................................................................................

      SUOMİ...............................................................................................................

      SNELMAN..........................................................................................................

      KİLSƏ................................................................................................................

      TƏLİMÇİ MƏMURLAR.................................................................................

      HƏRBİ HİSSƏ..............................................................................................

      FUTBOL.............................................................................................................

      VALİDEYNLƏR VƏ UŞAQLAR.................................................................

      KAROKEP.........................................................................................................

      KƏNDLİLƏR, FƏHLƏLƏR VƏ SƏNƏTKARLAR................................

      PASTOR MAKDONALD..............................................................................

      MENE, TEKEL, PERES

      Bundan 30-40 il əvvəl1 Moskvadakı Dövlət Teatrının divarlarında birdən-birə böyük çatlar əmələ gəldi. Bünöv-rədən dama qədər qalxan bu çatlarla bütün binanın qəf-lətən yıxılıb içəridəkilərlə birlikdə çökməsi, ətrafdakılara xəsarət yetirməsi təhlükəsi vardı.

      Binaya baxış keçirən mühəndislər çatların səbəbini araşdırmağa başladılar. Bünövrənin bir neçə yerində apa-rılan müayinələrin nəticəsi belə oldu: Moskvanın artıq çü-rüməkdə və çökməkdə olan bu tarixi daş binası, əslində, taxta təməllər üzərində inşa edilib. Və tikilərkən daha möhkəm olması üçün yerə qalın payalar vurulub, üstünə isə qalın daş divarlar hörülüb.

      O zamanlar bünövrənin kifayət qədər dayanıqlı oldu-ğu söylənilirdi. Həqiqətən də, teatr binası bu şəkildə uzun illər sağlam qala bilmişdi. Ancaq illər keçdikcə zaman öz təsirini göstərdi, qalın taxta payalar yararsız hala düşdü-yü üçün bünövrə sürüşməyə başladı, nəticədə divarlarda böyük çatlar əmələ gəldi.

      Mühəndislər, “Təhlükənin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?” – düşüncəsi ilə həll yolları axtar-mağa çalışdılar. Tarixi binanı dağıtmaq kimi bir riskə ge-də bilməzdilər. Ona görə də əvvəlcə künclərdən başla-maqla bünövrə qazıldı. Çürüyən payaların yerinə hissə-hissə möhkəm qranit daşlar yerləşdirildi. Bu işləri görə-görə də yavaş-yavaş bütün bünövrə yeniləndi.

      Beləcə, Dövlət Teatrının qədim binası yenidən sağlam bünövrəyə sahib oldu.

      Mühəndislərin gördüyü işlər nəticəsində teatr bu gün də təhlükəsiz vəziyyətdədir.

      Dövlətlərin tarixi və millətlərin mövcudluğu da Mos-kva Dövlət Teatrının binasına bənzəyir. Dövlət nizamının köhnə təməlləri, xalqı idarə etmək üçün çıxarılan qərarlar qəbul edildiyi zamanlar üçün nə qədər yetərli görünsə də, bu gün böhrana səbəb olur, yetərsiz qalır.

      Məşhur bir atalar sözü var: “Yeni cəmiyyətlər özləri ilə birlikdə yeni mahnılar yaradır”. Zaman keçdikcə nəsillər davamlı olaraq dəyişir, yenilənir. Hər nəsil özü ilə birlik-də yeni anlayışlar, yeni ehtiyaclar və tələblər gətirir.

      Yeni nəsillərə artıq köhnəlmiş, zamanla dəyişmiş ida-rəçilik üsulları və qanunlar tətbiq edilə bilməz.

      Yeni nəsillər üçün daha yeni, daha ağıllı, daha adil, da-ha sağlam təməllərə söykənən idarəetmə anlayışlarının tətbiq edilməsi vacibdir. Ağıl və sağlam düşüncə sahibi olan dövlət adamlarının yaşadığı ölkələrdə artıq bu iş be-lə həyata keçirilir. Bu ölkələrdə böhranlara, qarışıqlıqlara, ictimai sarsıntı və çalxalanmalara səbəb olmadan daha müdrik, daha ədalətli metodlar tətbiq edilir.

      Bir çox ölkədə isə dövlət məmurları xalq hakimiyyəti-nin və təhsil sisteminin tənzimlənməsinin vacib olduğunu başa düşmür və ya başa düşmək istəmirlər.

      Belə olduqda da dövlət idarəçiliyinin sütunları sıradan çıxır, hissə-hissə çatlar meydana gəlir, amma təəssüf ki, getdikcə dərinləşən və genişlənən bu çatlara əhəmiyyət verilmir. Elə buna görə də zahirən sağlam və güclü görü-nən dövlət idarələrinin ləğv edilməsinə, hətta yıxılmasına belə təəssüflənmək lazım deyil. Məsələn, qədim İran döv-ləti məhz bu şəkildə süquta uğradı. Böyük Osmanlı impe-riyası, Avsrtiya İmperatorluğu da beləcə süqut etdi. Bö-yük Rusiya İmperiyası məhv oldu. Bismarkların2 və Vil-helmlərin3 Almaniyası da heç olub getdi.

      Müqəddəs kitablarda qeyd olunur: Bir vaxtlar qüdrətli və zalım bir hökmdar sarayının divarlarında bu cür təsirli sözlər yazılıbmış: “Mene, tekel4, peres!5

      Bu sözlərin mənasını kimsə başa düşməsə də, müdrik Danyal6 bu sözləri belə şərh etmişdir: “Atəşdən yaranan bu yazılar nə isə möhtəşəm bir hadisənin baş verəcəyin-dən xəbər verir. Bunun mənası odur ki, artıq dövlət var olma gücünü itirib. Danılmaz bir müsibət nəticəsində məhv olmağa məhkumdur. Qədim Roma imperatorluğu, Filippin7 və Alba Dükasın8 İspaniya səltənəti, XV Luisin9 Fransada hökmranlığı, Romanovların10 Rusiyası, Hohen-zollernlərin11 Almaniyası, Habsburqların12 Avstriyasının da sonluğu eyni cür faciəvi oldu. Tarix onlarla bağlı lazım olan hökmü verdi: Mene, tekel, peres!”

      Bütün bu məsələləri ciddi düşünün! Həşəratlar kimi önəmsiz olan şəxsi məşğuliyyətləriniz və dərdlərinizin bataqlığında qıvranmayın. Bunun qarşılığında dövlətin əsaslarının necə möhkəmlənəcəyini və cəmiyyətin bun-dan sonra alacağı təhsili düşünün.

      Tarix bəzi millətlərin və dövlətlərin faciəvi sonluğunu yazdığı kimi, bəzi dövlətlərin və millətlərin də irəliyə doğru addımlaması və yüksəlməsini yazmaq üçün parlaq səhifələr də açır.

      Tarix xalqın hər hansı heyvan sürüsü halından və ya çalışqan qarışqa koloniyası (Ameisenvölker) şəklindən çı-xaraq, ağıllı və xoş həyat tərzi keçirən milyonlarla sənət-kara, istehsalçıya çevrilmə yollarını, dövlətin necə güclən-dirilməsini,

Скачать книгу