Sis və gecə. Əhməd Ümid
Чтение книги онлайн.
Читать онлайн книгу Sis və gecə - Əhməd Ümid страница 7
– Bu səlahiyyət məsələsidir, demək – gülümsünürəm. Rahatlığım Mustafanın şübhələrini yüngülləşdirir. Amma üzündə bir narahatlıq var. Panqaltıdan Qurtuluşa girərkən anlayıram səbəbini.
– Şef, – sanki yalvaran bir səslə deyir. – Evə qayıdanda mənimlə
geri qayıtdığınızı deyin heç olmasa.
– Yaxşı, sən narahat olma.
Avtomobilimiz Qurtuluş prospektinin tıxacında bir müddət güc-bəla ilə irəlilədikdən sonra sağa dönən küçəyə yö-nəlir. Küçədən xeyli aşağıya, Feriköy qəbiristanlığına qədər eni-rik. Qəbiristanlığa paralel uzanan tənha küçəyə gəlib çatanda:
– Mən burda enəcəyəm, – deyirəm, – Ev bir az qabaqdadır onsuz da.
– İstəsəniz gözləyim sizi, – son bir ümidlə deyir, – Hava çox pisdir, ola bilər ki, maşın tapmayasınız.
Tək qalmağa ehtiyacım var, o yanımda ikən yaxşı düşünə bilmirəm.
– Sağ ol Mustafa, mən başımın çarəsinə baxaram.
Narahatlığı artır.
– Nə vaxt qayıdarsınız?
27
– Bir neçə saat sonra evdəyəm. Fəxri ilə təşkilat yoldaşlarının şəxsi işlərini unutma.Bir tərslik olsa “mənə zəng elə”-avtomobildən enərkən deyirəm.
– Olar, zəng edərəm, – deyir Mustafa. – Nə olar, özünüzə diqqət yetirin.
Bu diləyində səmimidir, çünki mənə bir şey olsa öz başının da ağrıyacağını çox yaxşı bilir.
– Narahat olma, Mustafa, acı badımcanı qarğalar yeməz, – deyirəm. -Xoş gəldin!
– Görüşərik, şef, – mən qapını bağlayanda sağollaşır.
28
Dördüncü fəsil
Qar dənələriylə qarışıq güclü bir külək sürüməyə çalışır məni. Yüngülcə ağaran yerlərdə ayaq izlərim qalır. Tənha küçə
qarın altında olduğundan daha da yalqız görünür. Titrəyirəm.
Möhkəm-möhkəm paltoma bürünürəm.Yəqin başım gicəllənir.
Önümdəki paslı elektrik dirəyinə söykənib bir az da olsa nəfəsimi dərmək istəyirəm. Üşüməm artır; istirahət fikrimi dəyişirəm, bir neçə metrdən sonra onsuz da Minənin evinin olduğu dar dalanın başlanğıcında olacağam. Özümü yenidən küləyə təslim edirəm. Dar dalanın girəcəyinə gəlib çatmışam artıq, baş dön-məmi və əsməmi unutduran o görünüşlə qarşılaşıram; Minənin yaşadığı mənzilin qarşısında bir qız arxası mənə sarı, qapının açılmasını gözləyir.Əynində Minənin mavi gödəkçəsi var. Mustafa haqlı idi, bura heç gəlməməliydim. Yaxşı deyiləm. İşə bax, günün günorta çağı qarabasmalarım tutub. Amma qəribədir, Minənin qarabasması itmir. Ona doğru gedirəm. Başında qara bir şlyapa var, üstəlik Minənin belə bir şlyapasının olub olmadığını da xatırlamıram. Bunun nə əhəmiyyəti var, artıq əməlli başlı korşalan yaddaşım ona ancaq bu cür şlyapanı yaraşdıra bilərdi. Amma həmişə ona "Sənə qara çox yaraşır" demirdim mi?Aramızda on-on beş addım ya olar, ya olmaz…
Günlərdir narahatlıq içində qıvrıla -qıvrıla həsrətini çəkdiyim gənc qızın, bu dar dalanda rast gəldiyim xəyalına incitməkdən qorxarcasına yaxınlaşıram. Boynu içəri doğru çəkir, ayaqlarını yavaş – yavaş tərpədir. Üşüyür deyəsən.
Çox üşüyürdü Minə, onunla keçirdiyim gecələrdə meh-riban bir pişik kimi qoynuma qısılardı. Yaxınlaşanda baxıram ki, əlində qara bir paket var, sanki bazarlıqdan qayıdır. Paketi tutan əlcəksiz əlini görürəm, soyuqdan qıpqırmızı olub. Necə
29
də gerçəkmiş kimi görünür! Çiyininə yüngülcə toxunsam, hər zamanki kimi dönüb xəfifcə gülümsəyərmi mənə görəsən? İnsan bu qədər detallı xəyal görə bilərmi? Niyə də yox? CENTO
kursları üçün İngiltərəyə gedəndə, ictimai psixologiya mövzusunda mühazirə verən qadın professor beynin gizli güclərindən danışmışdı bizə.
Deyəsən, nəzərdə tutduğu belə bir duyğu idi. Xoş bir yanılmadır bu. Xəyalımla aramızda bir neçə metrlik bir məsafə
qalmışkən, qulaqlarıma metal səsi gəlir. Bu, qapını açan mexa-nizmin çıxardığı səsdir. Daha əvvəllər kim bilir neçə dəfə zəngi basıb, səbirsizliklə bu səsin qapını açmasını gözləmişdim. Gənc qız açılan dəmir qapını əliylə itələyərək içəriyə süzülür. Qapı bağlanmadan mən də gedib çatmalıyam. Sürətlənirəm, qəfil ayağım sürüşür, güclə özümü saxlayıram. Qapı bağlanacaq bir neçə saniyəyə, özümü bir təhər çatdırıb tuturam soyuq dəmirdən. Nəsə naməlum bir ürpərti hiss edirəm, amma bu qarabas-manı itirməməliyəm; mən də içəri girirəm. Gənc qız binanın işığını yandırıb yuxarı çıxır. Qəribədir, axı qarabasmaların işıq nəyinə lazımdır?! Bəlkə, bu həqiqətən də elə Minədir? Ümidlə
təkrarlayıram öz-özümə, ola bilər? Bəlkə yenə o dəliliklərindən birini etmək istəyib, heç kimin tanımadığı bir yoldaşının yanına gedib. Belə bir məsuliyyətsizlik edərmi?
“Kaş ki, belə olaydı” – deyə düşünərək, mən də pilləkənləri çıxmağa başlayıram. Bir az sürətlənsəm, onu tutacağam.
Səbəbini bilmədiyim bir ürkəklik mane olur mənə. Yenə də aramızdakı məsafə gedərək qısalır. Gənc qız üçüncü mərtəbədə, ev sahibi Madamın mənzilinin qarşısında dayanır, qapını döyür.
Niyə yuxarı, öz evinə çıxmadı, bu evin qapısında dayandı. Ge-cikdirdiyi kirayəni ödəyəcək, ya da hər zamankı kimi onlar üçün də nəsə alıb marketdən. Minənın, üzünü hələ görə bilmirəm. O da dönüb mənə baxmır, halbuki ayaq səslərimi eşit-30
məməyi qeyri-mümkündür. Ona xeyli yaxınlaşıram, amma qəribədir ki, aramızdakı məsafə qısaldıqca sanki bir az əvvəlki hə-yəcanım itir. İçimdən getdikcə güclənən bir səs “Bu qız Minə
ola bilməz” – deyir. Artıq arxasında dayanmışam, əlimlə yavaşca gödəkçəsinə toxunub, "Minə" deyə səslənirəm. Dönüb mənə
baxır, bir an Minənin üzünü görən kimi oluram, amma sonra Madamın