Ey insanlar, hamınız türksünüz!. Gene D. Matlock
Чтение книги онлайн.
Читать онлайн книгу Ey insanlar, hamınız türksünüz! - Gene D. Matlock страница 3
Yüzlərlə il sonra insanlar “tanrıları” üçün Şiva, Vişnu, Krişna, Apollo, Mitra, Dionis, Yupiter, Zevs, Surya, Rama, Tenqri, İndra, Ketzalkatl, Kukulkan, Boçica, Aqni, Kedar, Keyser və digər adlar kəşf etdikləri zaman, bu, əslində
onun nə olduğunu gizlətmişdi: Kriştaya, yaxud Krişti (insanlığın orijinal beş irqi). İnternetdən sanskritcə bir lüğətə
müraciət edərək yuxarıda qeyd etdiklərimin doğruluğu-nu özünüzə sübut edə bilərsiniz. Krişti, yaxud Kriştaya (lüğətdə Krsti olaraq hecalanır) yəhudilik, hinduizm, buddizm, çaynizm və ya hansısa başqa bir dini “izm”dən əvvəl gəlir. İstər Krişti, istərsə Kriştaya olsun, artıq dövrü-müzdə onun hansı adı əks etdirdiyinin heç bir əhəmiyyəti yoxdur.
Hind mifologiyasına görə, insanlığın inkişaf etmiş sivilizasiyasının meydana gəlməsindən 30 min il sonra, yerin öz oxundan təsadüfən çıxması Kader Handı buz cə-hənnəminə döndərmişdi. İndi adına “türk” dediyimiz Kurus, ya da beş Kriştaya, cənuba doğru qaçmağa məcbur olmuşdu. Bunlar zaman-zaman bütün Orta Asiya və
11
Hindistanı tək bir millətə çevirəcək formada Hindistanın yerli sakinləri ilə birləşdilər. Son olaraq, digər bölgələrə
də yayılmağa başladılar.
Nəticədə, yer üzündə yaşayan hər kəs öz nəslinin izlərini bilavasitə və ya dolayısıyla türklərə bağlaya bilər.
Bu kitabda, qədim türklər və onların demək olar ki, yanılmayan ruhani (psixoloji) elmləri (dünyagörüşləri) haqqında məlum olanları təsvir edirəm. Görəsən, bu, işə
yarayacaqmı?
Bəziləri mənim insanın ruhani təbiəti ilə bağlı bu tap-macaya həqiqət kimi yanaşdığım üçün axmaq bir çarə-sizlik içində olduğumu deyirlər. Onların fikrinə görə bu, bazar günləri kilsə ayinlərində, savaş meydanlarında, ya da ölüm yataqlarında gerçək olması arzulanan mümkünsüz və faydasız nağıldır.
Bəli, tamamilə doğrudur. Mən çarəsizəm. Onlar da çarəsizləşəcək qədər müdrik ola bilərdilər. Müasir insan ruhi cahilliyi ilə bu planeti təlatümə sürüklədi. Geri qalmış və barbar teokratiyalar belə kütləvi qırğın silahları yaradır və istifadə etməkdən çəkinmirlər. Türk Kriştihanla-rının ruhani elmlərini nəzərdən keçirmək üçün indikindən daha yaxşı fürsət ola bilməz. Armagedon3 kabusunun dini qorxu üsulu olmadığını artıq anlayırıq. O həqiqət ola bilər. İkisindən hansını seçərdiniz? Armagedonun və
dünyadakı bütün həyatın yox edilmə gerçəyini? Yoxsa həqiqətən də keçərli olan ruhani elmi?
3 Qiyamət günü.
12
Bölmə 2
İnancın və elmin əsl
mənasını nə vaxt anlayacağıq?
Bu kitabda Tanrının (Yaradılışın) insanlığı, çinlilərin
“Tao”, hindlilərin “drahma” (həyat elmi) adlandırdıqları İlahi qanun ilə yaşamağa məcbur etdiyi sonuncu hadisə-nin Nuh tufanı olmadığını isbat etməyə çalışacağam.
Tanrının insanlığı ilk “sağaltma” cəhdi Adəm və
Həvvanı cənnətdən yola salması idi. Əgər Adəm və Həvva yaşamaq üçün çalışmalı olsaydılar, bəlkə də şeytansayaq əməllər görməyə vaxt tapmayacaqdılar. Ancaq dürüst işlər axırda dəyərsiz çıxır. İnsanlıq, Hamın öz atası ilə
cinsi əlaqəyə girmək cəhdində də göstərildiyi kimi, özü özünü məhv etməyə başladı. Həm “Əhdi-ətiq”in ilk kitabı
“Təqvin”də, həm də hind müqəddəs kitablarında Hamın təsviredilməz günahından söz açılır.
Hind Matsya Puranadan (Balıq xronikası) götürülmüş aşağıdakı hekayə Nuh tufanı versiyalarından biridir:
13
“Bütün yer üzünün hökmdarı Satyavarmanın üç oğlu olmuşdu: ən böyüyü Şem, sonra Şam, kiçiyi isə Jyapeti idi.
Üçü də əxlaqlı, ləyaqətli, işdə qüsursuz, atılan və vurulan silahları hünərlə işlətməyi bacaran, döyüşlərdə səbirsiz və cəsarətli adam idi.
Lakin, dini düşüncələrə qapılmaqdan həzz alan və
oğullarının hökm etmək üçün yaradığını görən Satyavarman dövlət işlərini onların üstünə atdı.
O, tanrıları, rahibləri və inəkləri razı salarkən, günlərin bir günü kral taleyin şıltaqlığı üzündən bal likörü içdi.
Şüursuz və çılpaq yatıb yuxuya qaldı. Sonra Şam onu gördü və qardaşlarını atasının başına yığdı.
Onlara dedilər: “Başımıza nələr gəldi? Atamız nə ha-la düşüb?”
İki qardaş atalarının üstünü örtüb, onu oyatmağa başladılar. Huşu özünə gələndə nə baş verdiyini anlayan kral Şama, – “Sən kölələrin köləsi olacaqsan, – deyə lənət yağdırdı”. “Və onların hüzurunda gülən adam olduğun üçün adın da qəhqəhədən olacaq”, – dedi. Sonra Şama qarlı dağların cənubundakı uzaq ölkəni verdi.
Jyapetiyə isə qarlı dağların ətəyindəki hər şeyi bağış-ladı. O dini təfəkkürünün gücü sayəsində ən böyük xoş-bəxtliyə çatdı”.
Yuxarıdakı hekayəni “Təqvin”dəki “Yol” hekayəsi ilə
müqayisə edin:
“Və gəmidən çıxan Nuhun oğulları – Sam, Ham və
Yafət idi. Ham həm də Kənanın atasıdır. Bu üçü Nuhun oğulları idi və dünyaya yayılan bütün insanlar onlardan törədi. Nuh isə bağbanlıq etməyə başladı. Və bir gün şərab içib sərxoş oldu və çadırının içində çılpaq halda yatıb 14
qaldı. Kənanın atası Ham atasını çılpaq halda gördü və
bunu qardaşlarına dedi. Sam ilə Yafət dal-dala gedib atalarının çılpaq vəziyyətini görmədən onun üstünü örtdü-lər; üzlərini çevirib eyni vəziyyətdə də geri qayıtdılar.
Nuh şərabın təsirindən ayılıb oğlunun etdiklərini başa düşdü. Və dedi: “Kənan lənətli olsun. Qardaşlarının qul-larının qulu olacaqdır”.