Əcaib canlı. Коллектив авторов
Чтение книги онлайн.
Читать онлайн книгу Əcaib canlı - Коллектив авторов страница
1
2
Alfred Van Voqt
Əcaib canlı
Tərcümə edən: O. Heydər
3
Nəhəng ulduz uçağı şəhərlərin birinin üstündə dörddə bir mil hündürlükdə asılıb durdu.
Aşağıda hər şeydə kosmik dağıntı izləri vardı. Energetik qondolosferdə yavaş-yavaş enən İneş binaların vaxtın təsirindən dağılmağa başladığını gördü.
– Heç bir müharibə nişanəsi yoxdur. Heç bir… – cansız mexaniki səs hey təkrarlayırdı.
İneş dalğanı dəyişdi.
Səthə çatanda o, qondolasının sahəsini söndürdü və divarlarla əhatələnmiş ot basmış sahədə olduğunu gördü. Axarlı cizgili binalann qarşısında hündür otların arasında bir neçə skelet var idi. Bu, iki əli, iki ayağı olan hündür varlıqların skeleti idi; onların başlan nazik onurğa sütunu-nun ucunda yerləşirdi. Bütün sümüklər aşkar yetkin canlılara məxsus idi və ilk nəzərdən yaxşı qalmışdı, amma İneş əyilib onlardan birinə toxunan kimi bütün əzalar toza döndü. Düzlənəndə
o, Yoalın yaxınlıqda yerə endiyini gördü. İneş ta-rixçinin öz energetik sferasından çıxmasını gözlə-yib soruşdu:
– Necə bilirsiniz, bizim diriltmə metodu-muzdan istifadə etməyin mənası varmı?
Yol narahat görünürdü.
4
– Mən ulduz uçağında bura enənlərin hamı-sından soruşmuşam, – o dilləndi. – Burada nəsə
başqa cürdür. Bu planetdə canlılar qalmayıb, hətta həşərat da yoxdur. İstənilən məskunlaşdırma-nı başlamazdan əwəl biz burada nə baş verdiyini aydınlaşdırmalıyıq.
İneş susdu. Həzin külək əsib yaxınlıqdakı ağacların zirvəsindəki yarpaqlan xışıldatdı. İneş
ağaclara baxdı. Yoal başını yellədi.
– Bəli, bitkilər zərər çəkməyib, amma onlar, bir qayda olaraq, fəal həyat formalarından fərqli reaksiya verir.
Onların fikir mübadiləsini kəsdilər. Yoalın qəbuledicisindən səs gəldi:
– Təxminən şəhərin mərkəzində muzey aş-karlanıb. Onun damında qırmızı mayak var.
– Mən də sizinlə gedirəm, – İneş dedi. – Orada, ola bilsin ki, heyvanların və şüurlu varlıqlann skeletləri təkamülün müxtəlif mərhələlərində
saxlanılmış olsun. Hə, siz mənə cavab vermədi-niz axı, bu varlıqlan dirildəcəksiniz, yoxsa yox?
– Mən məsələni şuranın müzakirəsinə çı-xardacağam, – Yoal yavaş-yavaş dedi, – amma mənə elə gəlir ki, cavabın necə olacağı məlumdur. Biz bu fəlakətin sirrini bilməliyik. – O, qıs-qaclarının biri ilə müəmmalı yarımdairə cızıb, 5
sanki özü üçün əlavə etdi: – Əlbəttə, ehtiyatlı olmaq, təkamülün erkən mərhələlərindən başlamaq lazımdır. Uşaq skeletlərinin olmaması göstərir ki, bu varlıqlar, görünür, fərdi ölümsüzlüyə
çatıbmışlar.
Şura eksponatlara baxmağa yığıldı. İneş bilirdi ki, bu, quru rəsmiyyətdir.
Qərar qəbul olunub – dirildəcəklər. Hər şey bir yana, onlarda maraq oyanmışdı. Kainat nəha-yətsizdir. Kosmosda uçuşlar uzunmüddətli və
darıxdırıcıdır, buna görə də naməlum planetlərə
düşəndə onlar öz gözləri ilə görüb öyrənə bilə-cəkləri yeni həyat formaları ilə görüşləri həyəcanla gözləyirdilər.
Muzey bütün muzeylər kimi idi. Hündür, tağlı tavanlar, geniş zallar. Plastmasdan qəribə
heyvanlann fiqurları, çoxlu əşya – qısa müddətdə
hamısını nəzərdən keçirib dərk etmək üçün onlar həddindən artıq çox idi. Naməlum irqin təkamülü ardıcıl maddi abidələr qrupları ilə təmsil olunmuşdu. İneş hamı ilə birgə zalları gəzdi. Onlar, nəhayət, skeletlər və mumiyalara çatanda o, rahat nəfəs aldı. O, güc ekranı arxasında dayandı və mütəxəssis bioloqların mumiyanı daş sarko-faqdan necə çıxartmalarına baxdı. Mumiyanın bədəni parça zolaqlan ilə bir neçə qat sarınmış-6
dı, lakin bioloqlar çürümüş parçanı açmadılar.
Onlar belə hallarda həmişə olduğu kimi, parçanı aralayıb maqqaşla kəllə qutusunun bir parçasını götürdülər. Diriltmək üçün skeletin bütün hissələri yarayırdı, amma ən yaxşı nəticə, ən kamil re-konstruksiya kəllənin bəzi hissələrindən alınırdı.
Baş bioloq Xamar nə üçün məhz bu mumiyanı seçdiklərini izah etdi:
– Onların bədənin saxlanılması üçün istifadə
etdikləri kimyəvi maddələr kimyanın, hələ ki ib-tidai vəziyyətdə olmasını göstərir. Sarkofaqın üstündəki oymalar isə maşın tanımayan primitiv sivilizasiyadan xəbər verir. Bu mərhələdə əsəb sisteminin potensial imkanları, çətin ki, yaxşı inkişaf etmiş olsun. Bizim dil mütəxəssislərimiz muzeyin bütün bölmələrində qoyulmuş danışan maşınlardakı yazıları təhlil ediblər, dillərin sayı xeyli çox olsa da, – burada həmin bu canlının sağ
olduğu dövrün danışıq dilinin də yazısı var – onlar bütün anlayışları çətinlik çəkmədən aydınlaşdıra bildilər. İndi universal tərcüməçi elə nizam-lanıb ki, bizim istənilən sualımızı dirildilən varlığın dilinə çevirsin. Eyni sözü, əlbəttə, əks tərcümə haqqında da demək olar. Yaxşı, bağışlayın, görürəm ki, birinci bədən artıq hazırdır.
7
İneş qalan şura üzvləri ilə birgə bioloqların işləməsini diqqətlə izləyirdi: onlar sıxaclarla dirildicinin qapağını bərkitdilər və plastik bərpa prosesi başlandı. O, daxilən tam gərginləşdiyini hiss etdi. İndi nə baş verəcəyini bilirdi. Dəqiq bilirdi. Bir neçə dəqiqə keçəcək, bu planetin qədim sakini dirildicidən çıxıb onlarla üzbəüz dayanacaq. Elmi diriltmə metodu olduqca sadə və tam nəticəlidir. Həyat sonsuz kiçik kəmiyyətlər zülmətindən, hər şeyin başlandığı və bitdiyi həddən, həyat və qeyri-həyatın həddində vibrasiya edən materiyanın asanlıqla köhnə vəziyyətdən yenisinə, üzvidən qeyri-üzviyə və əksinə, elekt-ronların diri və ya ölü olmadıqlarını, atomların canlı və ya cansız olmadıqlarını bilmədikləri alatoran sahədən başlanğıc alır. Amma atomlar mo-lekullarda birləşən mərhələdə həyatın yaranması üçün, əgər bu həyata yaranmaq qismətdirsə, bir addım, son dərəcə kiçik bir addım bəs edir.
Bir addım və ondan sonra zülmət və ya həyat.
Daş və ya canlı hüceyrə. Qızıl zərrəsi və ya ot yarpağı. Dəniz qumu və ya nəhayətsiz balıqlar səltənətini başdan-başa dolduran qumların özü qədər saysız-hesabsız balaca canlılar. Onlar arasında fərq materiyanın formalaşdığı alatoran sahədə yaranır. Hər bir canlı hüceyrə özünəməxsus 8
formanı orada kəsb