Qutadqu bilik. Юсуф Баласагуни

Чтение книги онлайн.


Читать онлайн книгу Qutadqu bilik - Юсуф Баласагуни страница

Жанр:
Серия:
Издательство:
Qutadqu bilik - Юсуф Баласагуни

Скачать книгу

/strong>

      Yusif Xas Hacib

      (1017-1077)

      Önəmli türk ədəbiyyatçısı və dövlət xadimi Yusif Xas Hacibin 1017-ci ildə Qırğızıstanın Balasaqun şəhərində dünyaya gəldiyi təxmin edilir. Yusif Xas Hacib Türk-İslam tarixi və mədəniyyətində önəmli hadisələrdən hesab olunan bu əsərini 1070-ci ildə Qaraxanlı hökmdarı Uluğ Qara Buğra xana ithaf edib.

      “Qutadqu-bilik” “qutlu”1 olmağın bilgisini verən əsər olaraq qələmə alınıb. Bu əsər dövlət qulluğunda olanlar üçün adi nəsihət kitabı deyil. Eyni zamanda insan həyatının anlamını açmağa çalışan, cəmiyyət və dövlət işindəki xidmətlərə yön verən həyat fəlsəfəsi təqdim edir.

      Yusif Xas Hacib bu əsərində fərd, cəmiyyət, dövlət münasibətlərini ən mükəmməl şəkildə işləyib. Bu münasibətlərin nizamlanmasında vacib rol oynayan bilik və fəzilətlərin nədən ibarət olması, bunların necə əldə edilərək istifadəyə verilməsi üzərində sənətkarlıqla durub.

      Güman edilir ki, Yusif Xas Hacib 1077-ci ildə vəfat edib.

      Gündoğdu

      Hələ uzun illər əvvəl türklər Türküstan deyilən gözəl ölkədə yaşayıblar. Ən yaxın dostları olan bir-birindən gözəl atlarıyla dağlardan ovalara, göllərdən dənizlərə, çöllərdən meşələrə qədər bütün dünyanı gəzərək acları doyurub, paltarsızları geyindiriblər. Haqsızlığa uğrayanlara haqq, zülm görənlərə ədalət bəxş ediblər. Bu həm çox qədim türk törəsi olub, həm də müsəlman olmağın zərurəti.

      Gözəl Türküstan ölkəsində Gündoğdu adlı xaqanı olan dövlət vardı. Türküstanda yaşayan hər kəs Gündoğdunu tanıyır, sevirdi. Çünki o dürüst, güclü, xalqını sevən, ədalətli və ağıllı xaqan idi. Atası kimi o da xalq arasında qarnı ac olanı doyurur, paltarı olmayana geyim verir, evsizə ev, işsizə iş tapırdı. Buna görə hələ doğulanda onu dünyanı isidən Günəşə bənzətmiş və adını Gündoğdu qoymuşdular. Hamı Xaqan Gündoğdunu çox sevir, xalq hüzur, əmin-amanlıq içində yaşayırdı.

      Gündoğdu dövlətini, xalqını uzun illərdən bəri sülh içində idarə edirdi. Xalqının xoşbəxtliyi üçün gecələr yatmır, gündüzlər bir yerdə oturmurdu. Dayanmadan işləyir, bütün dövlət işlərini təkbaşına irəli aparırdı. Nəhayət, bütün bunlardan yorğun düşdü. Elə yoruldu ki, iş görməyə halı qalmadı. O məqamda bütün işləri təkbaşına görməyin çətin olduğunu anladı. Təkbaşına bu işləri necə edə bilirdi? Bir insan hər şeyin ən doğrusunu, ən yaxşısını nə cür bacara bilərdi ki?

      Bir az fikirləşəndən sonra özünə köməkçi tapmağı qərara aldı. Amma bu köməkçi çox ağıllı, çalışqan, cəsur, bacarıqlı, üzüyola, dürüst, verdiyi sözün üstündə duran şəxs olmalı idi. Ən əsas da insanları, heyvanları, təbiəti sevən yaxşı insan olması lazım idi. Yoxsa gördüyü işlər yaxşı olmaz, xalqa firavanlıq, xoşbəxtlik gətirməzdi.

      Xaqan Gündoğdu özünə köməkçi tapa bilmək üçün bütün ölkəyə xəbər saldı. O, saraya gəlib ona köməkçi ola biləcəyini deyən adamlarla danışıb müxtəlif suallar verdi. Çoxu ağıllı, amma özündənrazı idi. Bəziləri də çalışqan, bacarıqlı olsa da, insanlara, heyvanlara və təbiətə qarşı hörməti yoxdu. Ən pisi isə yalançı, etibarsız adamlardı. Xaqan Gündoğdu onların hamısını saraydan çölə atdırdı. Görəsən, axtardığı xüsusiyyətlərə malik köməkçi tapa biləcəkdimi?

      Aydoldu

      Gözəl Türküstan ölkəsinin ucqar şəhəri olan Balasaqunda Aydoldu adlı gənc yaşayırdı. Aydoldu həm ağıllı, həm çalışqan, həm də cəsurdu. Xeyli kitab oxumuş, bir sıra müəllim və elm adamlarından dərs almışdı. Üstəlik çox yaxşı insan idi. Hər kəs onu sevirdi. Dürüst, bacarıqlı, üzüyola, həmişə doğruları danışan insan olduğu üçün hamının hörmətini qazanmışdı. Pislik etməz, hər kəsin köməyinə çatardı. Heyvanlara, təbiətə qarşı anlayışlı davranardı. Buna görə insanlar, hətta heyvanlar da onu görəndə sevinir, ətrafına toplanırdılar.

      Bir gün Aydoldu şəhərdə gəzərkən iki insanın uca səslə danışdığını eşitdi:

      – Allah Xaqan Gündoğdudan razı olsun! Bizimçün gecə-gündüz işləyir.

      – Hə, haqlısan. Çox işləyir. Deyilənə görə, çox yorulub, xəstə düşüb. Buna görə özünə köməkçi axtarır. Amma hələ istədiyi xüsusiyyətlərə sahib bir nəfər tapa bilməyib.

      – Təkbaşına bu qədər işlə necə maraqlansın? İnşallah, özü kimi nəcib xüsusiyyətlərə malik insan tapar, ölkə, dövlət işləri yoluna düşər. Yoxsa sevincimiz qursağımızda qalar.

      Aydoldu Xaqan Gündoğdunun yorulub xəstə düşdüyünü eşidəndə məyus oldu. Çünki ona böyük sevgi və sayğı bəsləyirdi. Ona necə kömək edə biləcəyi barədə düşüncələrə daldı. Bu günə qədər çox kitab oxumuşdu. Həmin kitablardan öyrəndikləri həyatında ona çox fayda vermişdi. Görəsən, oxuyub-öyrəndikləri ilə xaqana kömək edə bilərdimi?

      Ana-ata duası

      Aydoldu böyük həyəcan içində evə getdi. Eşitdiklərini ana-atasına danışıb dedi:

      – Anacan, atacan, məni xeyirli dualarınızla böyüdüb başa çatdırdız. Dövlətə, millətə faydalı olacağımı arzulayaraq böyütdüz. Ehtiyacı olanlara kömək etməyi öyrətdiz. Eşitmişəm, Xaqan Gündoğdu yorğunluqdan xəstə düşüb. Buna görə özünə dövlət işlərində kömək edəcək bir nəfər axtarır. Amma heç cür istədiyi xüsusiyyətlərə sahib adam tapa bilmir. İcazə versəz, Xaqan Gündoğdunun paytaxt Kaşğardakı sarayına gedib köməkçilik vəzifəsinə talib olardım.

      Anası əvvəlcə məyus oldu. Hər ana kimi balasının evdən gedəcəyi fikrindən təlaşa düşdü. Atası isə bundan narahat olsa da, büruzə vermədi. Xanımına dönüb dedi:

      – Xanım! Biz Aydoldunu dürüst, ağıllı, çalışqan övlad olaraq böyütməyə çalışdıq. İstədik, dövlətə, millətə xeyirli, faydalı insan olsun. O da usanmadan oxuyub özünü inkişaf etdirdi. Bacarıqlı, mərhəmətli, dürüst insan oldu. Əgər Xaqan Gündoğdunun yanında dövlətinə, millətinə faydalı olacaqsa, Allah yolunu açıq eləsin!

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

/9j/4AAQSkZJRgABAQEASABIAAD/2wBDAAMCAgMCAgMDAwMEAwMEBQgFBQQEBQoHBwYIDAoMDAsKCwsNDhIQDQ4RDgsLEBYQERMUFRUVDA8XGBYUGBIUFRT/2wBDAQMEBAUEBQkFBQkUDQsNFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBQUFBT/wgARCAh+BdwDASIAAhEBAxEB/8QAHAAAAQUBAQEAAAAAAAAAAAAAAAECAwQFBgcI/8QAGwEAAwEBAQEBAAAAAAAAAAAAAAECAwQFBgf/2gAMAwEAAhADEAAAAeUZzc/Dw+lS8pqhgy/RuS9fL8/6t5KNfnCWtkzz6lW4z0c+qp+cGd/U3puD023SALQAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAACITqD623P

Скачать книгу