Sev. Tamerlan İsmayılzadə

Чтение книги онлайн.

Читать онлайн книгу Sev - Tamerlan İsmayılzadə страница

Sev - Tamerlan İsmayılzadə Çağdaş ədəbiyyat

Скачать книгу

yil, ömrün ola biləcək birini

      Müəllifdən

      Günlük həyatımızda o qədər maraqlı şey olur ki, onların fərqinə belə varmırıq. Əslində, o qədər diqqət yetirilməli, o qədər haqqında ya-zılmalı şeylər var ki! Ətrafımda olan hadisələri, keçirdiyim hisləri içimdə saxlaya bilməzdim. Və bunları cümlələrə tökərək, özümü bunu oxuyan gözlərlə bölüşmək məcburiyyətində hiss edirdim. Çünki siz içimdən süzülüb gələn cümlələri oxuduqca mən rahatlanıb, xoşbəxt oluram. İlk kitabımın nəşrindən (“Canparəm”) üç il sonra yenidən siz sevgili oxucularla görüşə gəldim. Ümid edirəm, bu dəfə də kitabımı sevə-cək və mənimsəyəcəksiniz. “Sev”in kitabxana-nızın ən gözəl yerində duracağına ümid edi-rəm. Bu dəfə kitabımda ən çox hekayələrə yer verməyi düşündüm. Hekayələrin çoxu həyat-dan götürülmüş, bəziləri isə tamamilə xəyal məhsuludur. Çox uzatmadan, kitabın növbəti səhifəsinə keçid etməyiniz üçün sözümü bu-rada bitirirəm.

      Hekayələr

      “Yazarlar ölər, kitablar qalar”

      Bulves Ligtton

      Bəzən elə bir an olur ki, içində olduğunuz zamanı unudub,

      keçmişdə yaşayırsınız.

      Açar

      A

      tamın günlük xərcləmək üçün verdiyi pul ilə yupi almışdım. O zamanlar uşaq-ların imtina edə bilmədiyi içkilərdən biriydi. Əlimdəki plastik qaba tökdüyüm yupinin su ilə qarışıb verdiyi rəngə baxaraq, çalxalaya-çalxalaya evin içində o tərəf-bu tərəfə gedib-gəlirdim. 90-larda uşaq olanlar bunu çox yax-şı bilər. Bəzən də məhəllədə uşaqlarla birgə bu içkidən alıb, bulaq suyundan doldurdu-ğumuz şüşələrdə hazırlayıb, böyük ləzzətlə içirdik… Amma indi sizə danışacağım əhva-latın yupi ilə yaxından-uzaqdan əlaqəsi yox-dur.

      Qapı döyüldü. Yenə də hamıdan gizli qa-pı zənginin musiqisini dəyişdirmişdim və bu yüksək səs uzun-uzadı davam edirdi. Ətrafa yayılan zəngin sədaları altında anam deyinə-deyinə qapını açmağa getdi. Gələn atam idi, amma tək deyildi – yanında başqa iki nəfər də vardı. Atamdan sonra içəri İlham dayı daxil oldu. Onu tanıyırdım. Atamla bərabər zavod-da işləyirdi. Digərini isə heç vaxt görməmiş-dim. İçəri girməyə utanırdı bir az. İlham dayı:

      – Murad, içəri gəl, – dedikdən sonra asta addımlarla içəri girdi. Yalnız indi üzünü görə bildim. Saçı-saqqalı toz içindəydi. Əynində nimdaş, cırıq-sökük zabit mundiri vardı, şal-varı da mundirdən geri qalmırdı, ayağında isə altı sökülmək üzrə olan ayaqqabı. Uzaq-dan adama dəhşətli iy vururdu. İy mənə zibil atmağa gedərkən gələn o üfunət dərəcəsində-ki qoxunu xatırlatdı. Murad içəri keçəndə əlində bərk-bərk tutduğu göy rəngdə torba da gözümdən yayınmadı. Onu dəhlizdə ayaqqa-bıların yanına ehmalca qoydu. Atamla İlham dayı onu birbaşa hamama apardı. Anam Mu-radın qoyduğu torbanı atamın istəyi ilə ora-dan götürdü. Mətbəxə keçəndə anamın ağla-yan gözlərini gördüm.

      – Ana, nə olub? – dedim.

      Əli ilə Muradın bayaq gətirdiyi göy tor-banı göstərdi. İçində quru tikə çörəklər vardı. Bəzilərini isə kif basmışdı. Anamın ürəyi ağrı-mışdı ona, kövrəlməyinin səbəbi də bu idi.

      Evə gələn qonaqlara çaylar hazırlandı. Mən də çayları aparanda anama yoldaşlıq edirdim. Süfrədə atam və İlham dayıdan baş-qa bir adam da oturmuşdu: əynində atamın şalvarı və köynəyi. Dediyim başqa adam ba-yaq gələn Murad imiş. Boynunda asılan açar diqqətimi çəkdi. Heç nə soruşmadım. İnanıl-maz dərəcədə dəyişilmişdi. İndi açıq-aydın sifəti görsənirdi. O, olduqca yaraşıqlı ortayaş-lı bir insan idi. Hardasa otuz-otuz beş yaş ver-mək olardı. Bayaqkı halından artıq əsər-əla-mət qalmamışdı. Hündürboy, yaşıla çalan gözləri onu olduqca yaraşıqlı edirdi. Amma gələndə olan vəziyyəti çox acınacaqlı idi.

      Nəhayət, Muradın bizə gəlmə səbəbini öyrəndim. Kənddə babamgilin çox qoyun-qu-zusu olduğundan heyvanlara baxmaq üçün bir çoban axtarırlarmış. Atam da Muradı hər gün zavodlarının yaxınlığındakı zibil qutu-sundan çörək yığarkən görürmüş, halına acı-yıb ona bu işi təklif etmişdi. Nə də olsa, zibil qabı eşələməkdən daha yaxşı işdir, elə deyil? Əslən türkmənistanlı idi. Orada ailəsi var, ya yoxdu, bu haqda heç kimə heç nə deməmişdi. Bakıya gəlmə səbəbini də heç kim bilmirdi.

      Bundan sonra hər yay tətilində kəndə get-dikdə Muradı görürdüm. Heç düşünmədiyi-miz halda artıq ailənin bir üzvünə çevrilmiş-di. Evdəkilər ilə bir-birilərinə tez isinişmişdi-lər. Qalması üçün ayrıca bir otaq vermişdi ba-bam Murada. Hamı ilə birlikdə səhər yemə-yinə durur, hamı ilə birgə axşam yeməyini ye-yirdi. Hər ay sonunda babam Murada maaş da verirdi çəkdiyi zəhmət müqabilində. Bir sözlə, babam onu oğullarından ayırmırdı. Elə ətrafdakılar da Murada doğma münasibət bəsləyirdilər. Ona heç kim çoban gözü ilə bax-mırdı. Hər xeyirə-şərə gedir, toylarda kənd camaatı ilə birgə rəqs edir, yeyib-içirdi. Ax-şamlar isə bəzən Kürün qırağına domino oy-namağa gedərdi qonşuluqdakı kişilərlə.

      Artıq on il olmuşdu ki, Murad bizimlə bə-rabər idi. Əsgərliyə getmə vaxtıma çox az qal-mışdı. Hərbi xidmətdən öncə kəndə gedib, bir az qohum-əqrəba ilə vaxt keçirməyi qərara al-dım. Muradın istirahət günlərinin birində ba-lıq ovuna getdik. Xeyli balıq tutmuşduq. Yol boyu cavanlığından danışıb durdu. Sonra ona:

      – Türkmənistanda heç kimin yoxdu? – sualını verdim. Cavab vermədi. Susdu. Mən də çox üstünə düşmədim.

      Nənəm tutduğumuz balıqları təmizləyib una batıraraq qızartdı. Yeməyimizi süfrəyə qoyduqdan sonra qonşuya gedəcəyini söylə-di. Oturduq süfrəyə. Bu əsnada əmim oğlu Fərid əlində kasetlə içəri girdi.

      – Təzə kino gətirmişəm, oturaq, baxaq, – dedi.

      Təzə dediyi kino 1983-cü il istehsalı olan “Disko rəqqası” adlı hind filmi idi. Murad ki-nonun adını eşidən kimi gözləri parıldadı. Mənim “Əşşi, hind filminin vaxtıdır, Fərid?” sözümə məhəl qoymayıb, o, filmə baxma-ğımızı şiddətlə israr elədi. Filmin sound-trakində artıq Muradın gözü yaşarmışdı. Mu-rad soyuducuda olan arağı gətirib süfrəyə qoydu. Görünür, film ona çox təsir etmişdi. Film başladı. Murad bir badə arağı başına çəkdi, sonra bir dəfə də və bir dəfə daha. Ol-duqca sürətli içirdi. Elə bil, yemək yaddan çıxmışdı. Sonra Murad kədərlə sözə başladı:

      – Yolda sual vermişdin Türkmənistanda kimsən yoxdurmu deyə. Var, əslində.

      Həyəcanla onu dinlədim. Çünki bu haqda neçə illərdi ki, heç kimə heç nə danışmamışdı. Bizə gəldiyi günü xatırlamağa çalışdım. Ortayaşlı bir insan idi onu ilk dəfə görəndə. İndisə keçən illər onu bir az yaşlandırmışdı. Bu arada Fərid ortalıqda görsənmirdi. Deyə-sən, çölə çıxmışdı.

      Murad söhbətinə davam etdi:

      – Yoldaşımla tanışlığım bu “Tançor Dis-ko” filmində olmuşdu. Cimi1 kimi yaraşıqlı idim, – deyib acı-acı güldü, – sonra elə oldu ki, evləndik. Bir dənə qızımız oldu. Çox xoş-bəxt idik. Bir gün mübahisə elədim yolda-şımla, ilk dəfə vurdum onu. Çox əsəbi idim, – sağ əlini göstərdi, düşünürəm ki, o əli ilə vurmuşdu yoldaşını, – Əsəbiləşib onları evdə qoydum səhər işə gedəndə. Qapıları bağla-dım ki, çölə çıxmasınlar. Evdə nə açar vardısa özümlə götürdüm. İş vaxtının sonunda zəng gəldi iş yerimizə, məni telefona çağırırdılar. Qonşumuz idi. Tez gəlməyimi, evimin yan-dığını dedi. Həyəcanlıydı. Dəli olmuşdum. Ayaqlarım həyəcandan yer tutmurdu. Evə qədər özümdən asılı

Скачать книгу