Xəmsə. Низами Гянджеви
Чтение книги онлайн.
Читать онлайн книгу Xəmsə - Низами Гянджеви страница 5
Kimin ağlı üstün gələrsə, bina da qoy ona qalsın. İki bədəndəki ruh da bir cana qovuşsun.
Birinci iddiaçı yaxşı-yaxşı düşünüb bir ağu10 düzəltdi ki, daşa dəysə, daşı yandırar. O, rəqibinə onu zəhər deyil, qəlbə qanadlar verən mey, nazlı nemət kimi uzatdı.
Aslan ürəkli mərdin əlləri titrəmədi. Qənddir, baldır deyə alıb zəhəri içdi. Əvvəlcə Novruzotu bitkisindən hazırlanmış məlhəmi içdiyi üçün zəhər dəyəcək yeri tiryəklə zərərsizləşdirmişdi. Yenidən qanadlanaraq pərvanə kimi yandı. O, yol üstündəki bağçadan bir qızılgül qopardaraq dərhal ona əfsun oxuyub düşməninə uzatdı. Gülü ona görə verdi ki, düşməni asan yolla ölsün. Bu gül, əlbəttə, zəhərdən daha kəsərli idi.
Düşmən əfsunlu gülü əlinə alan kimi qorxudan dizi əsdi, bağrı yarılaraq yerə çökdü, titrəyərək canını tapşırdı. Biri çarə taparaq canını ağudan qurtardı. Biri isə bir gülü iyləməklə dünyadan getdi.
Sən demə, dünya bağında hər gül güllərin ən gözəli və rahiyyəlisidir. Bu güllərin hər biri insan ürəyindən sızan bir qan damlasıdır.
Ey müdrik insan, zəmanə bağının baharı sənsən. Zəmanə bir qəm mülküdür, onun naxışı sənsən. Aləmin yuxu, xəyal büsatından uzaqlaş. Onun pisindən, yaxşısından uzaq dayan. Çərxi-fələyin şəfəq, işıq payında gözün qalmasın.
Fələk gəncliyinə dağ çəkib hara gəldi sürüklər. Şad günlərini dərdli, qəmli günlərinlə əvəzləyər. İnan ki, bir gün könlünü işıqlandıra bilsən, ağ günü, səadəti geri qaytarmaq mümkündür.
Ümid gülabı kimi təmiz göz yaşları tök ki, bu qara-ağ lövhəni11, etdiyin günahları təmizləyə biləsən. Bu dünyada hər işini ölçüb-biçsən, bil ki, məhşər tərəzisində qazancın artıq gələr. O din ki, səhər-axşam qoluna qüvvət verir, o da sənin tərəzinin əyarını düzəldər.
Qəlbi azad olan, düşüncəli, hünərli bir kəs dünya qəmini çəkməz, ancaq din qəmini çəkər.
Əgər istəyirsənsə, bu aləm sənin məskənin olsun, onda dini Nizamiyə ver! Dünya da qoy sənin olsun!
XAİN SOFU İLƏ HACININ DASTANI
Kəbə ziyarətinə səfər etməyə hazırlaşan, bir xacə ora getməyin qaydalarına, şərtlərinə bələd oldu. Onun ehtiyacından bir az artıq qızılı var idi. Bu halal dinarını kisəsində saxlayardı. O bir gün düşündü ki, filan sofu dünyadan əl çəkib. Belə tanrı bəndəsi olan düz adam indi azdır. Sofunun ürəyinə damdı ki, dəyanət ancaq onda ola bilər. Qoy artıq zəri ona verim, o əmanətə xəyanət etməz. O, Sofuya bu niyyətlə bir gecə baş çəkdi. Ona gizlincə əmanət kisəsini verdi. Dönə-dönə bu sirri yaxşı saxlamağı tapşırdı. Ziyarətdən dönəndə kisəni geri alacağını bildirdi.
Xacə yolun ağına düşərək səfərə çıxdı. Şeyx isə soyuq qızılı yanan ürəyinin başına qoydu. Neçə illər idi ki, şeyxin ürəyi bu qızılın sapsarı şöləsindən titrəyirdi. O, işlərini bu qızıllarla səhmana salacağını düşündü. Əlindəki xəzinənin bu işdə bir yardımçı olacağına əmin oldu. Tanrının gec də olsa, ona verdiyi bu nemətdən tez faydalanmaq, fürsəti əldən verməmək qərarına gəldi. Sofu kisəni boğazından asdı. Neçə gecə kef çəkərək şadlığından göylərdə uçdu. Qızıl dolu kisəni o yaxasına keçirdi və qızıla müraciətlə dedi:
– Qoy səni həmişə göbəyimin üstündə görüm.
Sofu yeriyərkən boynundakı qızıl pullar cingildəyirdi. Pulların səsindən o xumar olurdu. Qızılın sayəsində gözəllərin saçları sofunun boynunda var olurdu. Şeyxin dərviş xirqəsi parçalandıqca zövqün, həyat eşqinin yerini günah və qəm düşüncəsi tutdu. Sofu əlinə düşən ovu elə yedi ki, onun çırağı bir gilə yağın möhtacı oldu.
Hacı Kəbə evindən geri döndü. Türk kimi hindlisinin qarşısında dayanaraq dedi:
– Ey zahid! Sənə verdiklərimi gətir.
Zahid cavab verdi:
– Nəyi?
Hacı söylədi:
– Qızılı!
Sofu işarə elədi ki, bir qədər lütf eləyib susmaq lazımdır. Kim axı xaraba kənddən xərac ala bilər? Sənin sağlığına verdiyin qızılı bazarda xərclədim. Mən indi müflis olmuşam, mən hara, dinar kisəsi hara?
Türk talan elədisə, kim onun önündə dayana bilər? Evini, qızılını hansı bəndə hindli qula tapşırar? Mənim belimi sənin qızılların qırdı. Dözə bilməyib onların hamısı yeməyə, içməyə xərclədim. Qul haqqın boynumdadır.
Sofu ona etibar olunan malı min bir sevinc içində yemişdi. İndi isə min bir göz yaşı töküb üzr istəyirdi:
– Məni bağışla, lütf qıl, kərəm və mərhəmət göstər. Əməlimdən yaman peşman olmuşam. Əvvəl kafər idim, dönüb indi bir müsəlman olmuşam. Dünya min fəsadla doludur. Bir fəsad da yarandı. Bu qüsur təkcə mənimdirmi?
Hacının qəlbindəki mərhəmət bir qiyamət qopartdı. Önündə ayaq üstə durmuş dərvişi əfv etdi. Tanrının verdikləri var-dövlət Tanrıya çatdı. Zəhməti həmişə zərgər çəkir, zəri isə müştəri qaparaq aparır. Hacı özünə təsəlli verdi. Sonra öz-özünə dedi: “Bizim var-dövlət sarıdan təsəllimiz var. Dərvişin isə heç nəyi yoxdur. Heçdən nə almaq mümkündür? Onun bir arpası da yoxdur ki, tutub əlindən alım. Mənim taleyə boyun əyməkdən başqa bir çarəm yoxdur”.
Sofunun boğazından keçən maldan qalan yalnız bir “yox” sözüdür.
Ey şeyx, əfv olunmaq istəyirsənsə, mənə qulaq as. Haramın olanları sənə halal edimmi?
Ey fələk kimi saxtakar şeyx, nəfsinə neştər12 batır. Sən acgözlü, qısaboylu, əli uzun tamahkarsan. Heç bir ürək nəfsdən, tamahdan ayrı deyil! Bu dünyada vəfalı, etibarlı kişinin yoxluğunu yaxşı bil! Saf qızıl olan dini şeytanlara sofular kimi təslim etmə, ulu şahların bilərziyini it saxlayanların əlində xaltaya, midbərə döndərmə!
Dini şeytana versən, cəzanı özün çəkməlisən. Müflisə verilən mal yenidən geri dönməz. Dünya pislik üçün bir məskəndir. Biz axirətin qazancıyıq. Bu yolların gözətçisi qarətçi və quldurbaşıdır. Burada müflis zəngindən yaxşıdır, yoxsul isə varlıdan. Bu fələyin tilsimi müflislərə toxunmur. O, yalnız varlıların, möhtəşəm zənginlərin qafiləsini qırır. Mənim könlüm bu vəfasız dünyadan bir az xəbərdardır. Arını məhv edən onun öz şəhdi və balıdır. Dünyada heç acı aslan ətinə