BALACA VƏ KARLSON. Астрид Линдгрен
Скачать книгу в различных форматах или читать онлайн на сайте.
Stokholm şәhәrinin әn adi küçәsinin әn adi evindә Svanteson soyadlı çox adi bir İsveç ailәsi yaşayırdı. Bu ailә әn adi atadan, әn adi anadan və onların әn adi üç uşağından – Bosse, Betan vә Balacadan ibarәt idi. Balaca һәmişә deyirdi: – Mәn һeç dә әn adi balaca deyilәm. Ancaq bunu o, әlbәttə, düz demirdi. Axı yer üzündә o qәdәr yeddiyaşlı, göygöz oğlan var ki! Onların da qulaqları kirli, şalvarlarının dizi cırıq olur. Ona görә dә һeç şübһәniz olmasın: Balaca әn adi oğlan idi…