Qaçaqmalçı zirvəsinin sirri. Энид Блайтон

Чтение книги онлайн.

Читать онлайн книгу Qaçaqmalçı zirvəsinin sirri - Энид Блайтон страница 5

Qaçaqmalçı zirvəsinin sirri - Энид Блайтон Möhtəşəm beşlik

Скачать книгу

olmasa, bir saniyəlik dayanın. Burada götürməli olduğumuz bir şey var.

      Culian, Dik və Enn təəccüblə ona baxdılar. Sürücü azacıq özünü itirib əyləci sıxdı; Corc qapını açıb ucadan fit çalmağa başladı.

      Bu zaman Timmi alçaq bir hasarın arxasından atılıb sevinclə maşına tullandı. O hamını öpüb-yaladı, arada isə yavaşcadan zingildəyib həyəcanını və sevincini göstərdi.

      – Bu nə itdir belə? – sürücü təəccüblə donquldandı. – Məgər sizə bu iti götürməyə icazə veriblər? Axı atanız bu barədə heç nə deməyib.

      Sevincdən gözləri parlayan Corc söylədi:

      – Hər şey qaydasındadır. Narahatlıq üçün əsas yoxdur. Zəhmət olmasa, yola davam edin.

      – Ay səni kələkbaz! – Culian çığırdı. Bilmirdi Corca hirslənsin, ya Timminin, nəhayət ki, yanlarında olduğuna sevinsin. – Bilirsən də, cənab Lenuar onu geri göndərə bilər.

      – O zaman məni də geri göndərməli olacaq, – Corc sakitcə dedi. – İstənilən halda əsas odur ki, hamımız bir yerdəyik!

      Qaçaqmalçı zirvəsi

      Bir neçə saat yol getdikdən sonra sürücü nahar etmək üçün maşını köhnə bir mehmanxananın qarşısında saxladı. Nahardan sonra sürücünün dostu olan mehmanxana sahibi dedi:

      – Deməli, Kimsəsiz dağa gedirsiniz. Lap yaxşı. Ancaq oralarda ehtiyatlı olun!

      – Kimsəsiz dağ? – Culian təəccüblə soruşdu. – Məgər Qaçaqmalçı zirvəsinin yerləşdiyi təpə belə adlanır?

      – Hə, – mehmanxana sahibi cavab verdi.

      – Bəs niyə ona Kimsəsiz dağ deyirlər? – Enn soruşdu. – Eşitmişik ki, əvvəllər ora ada olub.

      – Qətiyyən, – mehmanxana sahibi etiraz etdi. – Qədim əfsanədə deyilir ki, bu dağ nə zamansa sahildə yerləşib. Orada pis adamlar yaşayıb, bu isə tanrıların qəzəbinə səbəb olub. Dağı dənizə atıb, ada beləcə yaranıb.

      Dik söhbətə qarışdı:

      – Ancaq, ola bilsin, orada yaxşı adamlar da yaşayıblar. Çünki dəniz çəkilib və indi sahildən bu təpəyə aparan quru yolu da var!

      – Düzdür, ora qalxmaq üçün quru yolu var, – mehmanxana sahibi dedi, – lakin həmin istiqamətdə getsəniz, heç bir halda yoldan kənara çıxmayın! Yoxsa bataqlıq dərhal sizi dartıb özünə çəkə bilər. Belədə heç qışqırıb kömək istəməyə də macal tapmazsınız!

      Corc dedi:

      – Bu söhbətlərdən sonra həmin yerlər mənə lap qeyri-adi dərəcədə cazibədar görünməyə başladı. Kimsəsiz dağda Qaçaqmalçı zirvəsi! Özü də ora cəmi bir yol çıxır!

      Bu zaman sürücü saatına baxaraq:

      – Getmək vaxtıdır, – dedi. – Axşam düşmədən mənzilbaşına çatmaq yaxşı olardı.

***

      Xeyli getdikdən sonra, nəhayət, sürücü geri, uşaqlara sarı çevrilib dilləndi:

      – Çatmağa lap az qalıb. Tezliklə yolumuza bataqlığın kənarı ilə davam edəcəyik və ünvana yetişəcəyik.

      Uşaqlar intizar içində pəncərədən boylandılar, lakin gördükləri mənzərədən məyus oldular! Bataqlığı büsbütün örtmüş dumanın altından yalnız bir qədər yüksəkdəki hamar yolu görmək olurdu. Arada, az-az da olsa, duman parçalarının arasından bataqlığın yeknəsəq mənzərəsi gözə dəyirdi.

      Culian sürücüyə müraciət elədi:

      – Zəhmət olmasa, bir dəqiqəlik dayanın. Bataqlığa yaxşı-yaxşı nəzər salmaq istəyirəm.

      – Bircə yoldan kənara çıxma, – maşını saxlayan sürücü xəbərdarlıq etdi. – İti də buraxmayın. Heyvan yoldan kənara tullansa, bataqlığa düşüb o dünyalıq olacaq.

      – Necə yəni, «o dünyalıq olacaq»? – Enn təəccüblə xəbər aldı.

      – Yəni ki bataqlıq Timmini dərhal özünə çəkəcək, – Culian dedi. – Yaxşısı budur, onu maşında saxlayaq, Corc.

      Belə də etdilər: Timmini maşında qoyub qapını bağladılar. Heyvancığaz buna bərk əsəbiləşdi: o, pəncələri ilə qapını cırmaqlayır və pəncərədən boylanmağa çalışırdı. Sürücü ona tərəf çevrilib iti sakitləşdirməyə çalışdı:

      – Hər şey qaydasındadır. Sakit ol. Onlar indicə qayıdacaqlar.

      Timmi sanki sürücünün dediklərini anladı və sakitləşdi. O, indi səssizcə uşaqların arxasınca baxırdı.

      Dostlar isə bu zaman bataqlıqla yolu bir-birindən ayırmaq üçün iri daşlardan ibarət səddin yanında dayanmışdılar. Culian daşlardan birinin üstünə qalxıb bataqlığın hamar sahil xəttinə tamaşa etdi.

      – Bu, lehmədir, – o söylədi. – Qatı, xırçıldayan lehmə! Baxın, ayağınla ona toxunanda tərpənir! Ayağımı bassam, ikicə saniyədə məni özünə çəkəcək.

      Bu, Ennin xoşuna gəlmədi və o, qardaşına dedi:

      – Yaxşısı budur, daşın üstündən düşəsən. Yoxsa yıxıla bilərsən.

      Digərləri də Ennə haqq qazandırdılar. Bundan sonra uşaqlar geri, maşına qayıtdılar. Culian elə hey fikirləşirdi: görəsən, bu qəribə bataqlıqda indiyədək neçə səyyah izsiz-tozsuz məhv olub? Oğlan həmin sualı sürücüyə də ünvanladı. Sürücü cavab verdi:

      – Burada, həqiqətən də, çox adam xəbərsiz-ətərsiz itib, onların sonrakı taleyi barədə bir daha eşidən olmayıb. Deyirlər, sahildən Kimsəsiz dağa aparan bir-iki dolama cığır var, bu yol çəkilməmişdən əvvəl insanlar həmin cığırlardan istifadə edirmişlər. Ancaq bu cığırlara beş barmağın kimi bələd olmalısan, yoxsa ayağın büdrəyəcək və gözünü açanda görəcəksən ki, artıq bataqlığın içindəsən.

      – Bunu düşünmək belə qorxuncdur, – Enn dedi. – Gəlin daha bu barədə danışmayaq. Bəs Kimsəsiz dağı buradan görmək olar?

      – Olar. Odur, dumana bürünüb, – sürücü cavab verdi. – Zirvə dumanın içindən görünməyə başlayır, baxın. Qeyri-adi mənzərədir, hə?

      Uşaqlar dinməzcə gözlərini uzaqlara zillədilər. Asta-asta burulan dumanın içindən sıldırım yamacları olan hündür təpə görünürdü. Təpənin üstündə evlər vardı, onlar uzaq məsafədən qədim qəsrləri xatırladırdılar. Bəzi evlərdən qəribə qüllələr

Скачать книгу