Çalıquşu. Решад Нури Гюнтекин

Чтение книги онлайн.

Читать онлайн книгу Çalıquşu - Решад Нури Гюнтекин страница 12

Жанр:
Серия:
Издательство:
Çalıquşu - Решад Нури Гюнтекин

Скачать книгу

baxmayaraq, hava lap yay havası kimi ilıqdı. Elə bil havadan təzə əkin qoxusu gəlirdi.

      Mən bədənimin bütün ağırlığını Mişelin çiyinlərinə salıb asılmışdım, saçlarımız, yanaqlarımız bir-birinə toxuna-toxuna, ona uydurma bir eşq nağılı danışmağa başlayıb dedim:

      – Bundan da aydın bir gecə idi. Xalaoğlumla mən qapının yanındakı qonaqlarımızdan ayrılıb uzaqlaşmışdıq. Mən öndə, xalaoğlum iki-üç addım arxada gedirdik. O, mənə gözəl-gözəl sözlər söyləyirdi. Nələr dediyini təkrar edə bilməyəcəyəm… Çünki istəmirəm… Cırcıramalar bir səs salmışdı ki… Getdik, getdik… Ay işığında hovuz kimi parıldayan meydanlardan ağacların qaranlıqlarına girirdik. Sonra yenə meydanların aydınlığına çıxırdıq. Sonra yenə qaranlıqlar…

      – Sizin bağça nə böyükdür, Fəridə?

      Mən bir saxtalıq etməkdən qorxurdum.

      – O qədər də böyük deyil, axı biz yavaş-yavaş gedirdik, – deyib sözümə davam etdim. – Nəhayət, bağçanın axırına gəlib çatdıq… Bağçanın qurtardığı yerdə budaqları qonşunun divarından aşmış böyük çinar var… Onun altına çatıb durduq… Mən barmaqlarımın ucuna qalxıb özümü elə göstərdim ki, guya qonşu bağçaya baxıram… Xalaoğlum əllərini ovuşdururdu… Nə isə etmək istəyirdi… Amma cürəti çatmırdı.

      – Madam ki, sənin üzün bağçaya sarı dönmüşdü… Bunları necə görürdün?..

      – Xalaoğlumun kölgəsi divara düşmüşdü, ondan bilirdim.

      Mən rolumu yəqin çox yaxşı oynayırdım, çünki bunları danışanda bədənim titrəyir, səsim tutulur, gözlərim yaşla dolurdu…

      – Sonra, sonra, Fəridə?

      – Sonra… Xalaoğlum birdən-birə biləklərimdən tutdu…

      – Ah, nə gözəldir, sonra?..

      – Sonrası… Nə bilim…

      – Aman Allah, ən gözəl yerində kəsirsən…

      – Sonra ağacdan bir quş ötməyə başladı… Qaba, çirkin bir quş… Biz qorxduq, qaçdıq…

      Daha göz yaşlarımı saxlaya bilmədim, başımı Mişelin köksünə qoyub hıçqıra-hıçqıra ağladım. Bu ağlamanın nə qədər sürəcəyini bilmirdim… Yaxşı ki, yoldaşlarımız Mişellə mənim yox olduğumuzu başa düşdülər… Bağıra-bağıra bizi axtardılar. Mişel də onlara səs verdi:

      – Gəlirik, – dedi, – yeyin gedə bilmirik… Çalıquşunun ayağı ağrıyır…

      – Düzdür, Mişel… Mən də elə onun üçün ağlayıram… İndi daha yeyin gedə bilərik.

      Mən o gecə hamı yatdıqdan sonra yatağımda da ağladım. Amma bu səfərki göz yaşlarım rol üçün deyil, öz-özümə acığım tutduğu üçün idi. Madam ki, yoldaşlarıma bir gourde olmadığımı isbat üçün bir yalan uydurmağa qərar vermişdim, dünyada başqa adam qəhətdi ki, öz xalaoğlumu – dünyada ən iyrəndiyim bir insan olan Kamranı göstərmişdim? Öz-özümə and içdim ki, sabah oyanan kimi Mişelin əllərindən tutub bir bucağa çəkəcəyəm, axşamkı sözlərimin yalan olduğunu deyəcəyəm.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Çərşənbə qarısı və ocaq anası – küpəgirən qarı kimi türk nağıl personajları.

      2

      Qalpaq – hərbi baş geyimi.

      3

      Diyarbəkir – Türkiyədə şəhərdir. Mosul, Bağdad, Kərbala – Birinci Dünya müharibəsindən əvvəl Osmanlı imperiyasına daxil olan İraq şəhərləridir.

      4

      Sərəsgər qapısı – hərbiyyə nazirliyi.

      5

      Simit – bublik.

      6

      Suriya – o zamanlar Osmanlı imperiyasına daxil idi.

      7

      Övliya barmaqlığı – pir barmaqlığı.

      8

      Arnavudluq (indiki Albaniya) – o zaman Osmanlı imperiyasına daxil idi.

      9

      Hərfi mənada mənim bacım, dini məktəbdə müəllimlərə belə müraciət edirdilər.

      10

      Mühacir – qaçqın, o zamanlar Balkanlardan qaçıb gəlmiş əhali.

      11

      Əyyub – İstanbulun bir məhəlləsi, Niyyət quyusu – pir kimi bir yer.

      12

      Bonmarşe – Universal mağaza, firmanın adı.

      13

      Kayathana – İstanbul yaxınlığında xırdaca bir çay – rayon (gəzinti yeri).

      14

      Mersi – sağ ol (frans.).

Скачать книгу