Bizi ümidsiz qoyma. Əli Bəy Azəri

Чтение книги онлайн.

Читать онлайн книгу Bizi ümidsiz qoyma - Əli Bəy Azəri страница 4

Автор:
Жанр:
Серия:
Издательство:
Bizi ümidsiz qoyma - Əli Bəy Azəri

Скачать книгу

Məsələni onlara izah etdim və birlikdə altıncı taborun döyüş mövqeyinə gəldik. Orada olan iki tankı və əllidən çox atıcı əsgəri cəmləşdirib hücum təşkil etdim. Elə dörd-beş yaylım atəşindən sonra ermənilər səngərlərdən çıxıb qaçdılar, biz bunu gördük. Sürətlə səngərlərə tərəf irəlilədik və səngərlərə əlli-altmış metr qalmış mən tanklara “dur” əmrini verdim. Səngərlərin qarşısında minalanmış sahə ola bilərdi. Sərəncamımızda olan altı nəfər istehkamçını göndərdim minaların olub-olmamasını yoxlamağa. Bu zaman Umud əlində avtomat tankın üstündən yerə atıldı və səngərə tərəf götürüldü. Onun arxasınca qışqırdım:

      –Umuuud!!! Dayaaan!!!

      Umud isə eşitmirdi, öz aləmindəydi. Döyüşə hazır vəziyyətdə qaça-qaça səngərin yanına gəldi və səngərin içinə tullandı. Onun səngərə tullanması ilə nəyinsə partlaması bir oldu. Mən heç nəyə məhəl qoymadan onun yanına qaçıb gəldim. Umud yerə uzanmışdı, çabalayırdı. Hər iki ayağı dağılmışdı. Şiddətli qan axırdı. Tez gödəkçəmin kəndirini dartıb çıxartdım və onun ayağının birini topuqdan yuxarı bağladım ki, qanaxma dayansın. Əsgərlər də o biri ayağını bağladılar. Onu qaldırıb tanklar duran yerə gətirdik. Rahib sanitar maşını döndərib hazır vəziyyətdə saxlamışdı. Umudu maşına qoyan kimi yerindən götürüldü.

      –Umuuddd, tez qayıt! Bizi Umudsuz qoymaaa!!! – Tankçılardan kimsə arxasınca qışqırdı.

      Bu zaman istehkamçılar gəlib dedilər ki, hər yer tərtəmizdir, mina yoxdur. Sən demə üç səngərdə ermənilər cəmi bir mina basdırıbmış, o mina da Umudun adına yazılıbmış…

      Umud doluxsundu, elə mayor Orduxanov da pis oldu, amma bunu sezdirməmək üçün arxa oturacaqda oturan nivanın əsl sürücüsü Rahibə tapşırıq verdi:

      –Komandirinə bir siqaret yandır!

      Rahib tez döş cibindəki dəbdə olan “Prezident” qutusundan bir siqaret çıxartdı, alışdırıcı ilə yandırıb mayora uzatdı. Mayor Orduxanov siqaret sönməsin deyə alıb iki-üç qüllab vurdu və ciyərlərinə çəkdiyi tüstünü pəncərədən çölə üfürdü.

      –O vaxt həm imkan olmadı, həm də soruşmağın yeri deyildi. – Mayor Orduxanov dilləndi. – Sən birdən-birə nə fikirləşdin ki, belə hərəkət etdin?

      –Komandir, siz səhər-səhər də məni döyüşə aparmamışdınız, odur ki, özümə yer tapa bilmirdim. İndi də səngərin beş addımlığında “dur” komandası verdiniz. Dişim bağırsağımı kəsirdi. Əvvəlcə avtomatı götürüb yerə düşdüm. Səngərin lap yaxınlığında olduğumuzu gördükdə özümü saxlaya bilmədim. Mənə elə gəldi ki, səngərdə bir erməni əsgəri gizlənir. İndicə o, qalxıb qumbaraatanla tankımızı vuracaq. Onun üstünə qaçdım. Həm də qaçdım ki, ermənini məhv edib mövqeyə sahib çıxım. Düşündüm ki, bizim qələbəmiz mənim səngərə girməyimdən asılıdır. Odur ki, heç hara baxmadan, heç nə eşitmədən qaçdım. Heç sizin çağırışınızı da eşitməmişdim.

      –Ola bilər! – Mayor Orduxanov təəssüflə bildirdi və siqaretindən dalbadal bir neçə qüllab vurub pəncərədən çölə atdı.

      –Komandir, bizimkilər indi hardadır? – Qısa fasilədən sonra Umud soruşdu.

      –Umud, sən oraları tanımazsan.

      –Çoxmu qabağa getmisiniz? Kənd varmı orda?

      –Təəssüf ki, bizim qismətimizə kənddə döyüşmək, kənd azad eləmək düşmədi. Aşağı Veysəlli kəndini azad edəcəydik ki, “atəşkəs” oldu.

      –Daha döyüş getmir? Heç güllə də atmırlar?

      –Yox, Umud, yox. İndi ermənilər öz səngərlərində oturub bizə baxırlar, biz də oturub onlara…

      –Gözləyirik ki, görək başbilənlər o qanmazları nə vaxt başa salıb müharibəni bitirəcəklər. – Bunu İsgəndər əlavə etdi.

      Nədənsə, söhbətin belə alınması heç birinin ürəyincə olmadı. Diqqətlərini kirimişcə durub yolu nəzərdən keçirməyə yönəltdilər.

      …Daşburun dördyolundan sağa döndülər. Buralar Umuda tanış gəldi. Tankları təmir edən səyyar dəstə Daşburunda yerləşdiyindən Umud bir dəfə tankını bura gətirmişdi. Qarşıda rayonun alaqapısı idi. Onlar qala divarlarına bənzər ala qapını geridə qoyanda Umudun həyəcanı bir az da artdı. Sanki, o, yenidən döyüşə yollanırdı. Mayor Orduxanov onun həyəcanını hiss edir, mənzil başına tez çatmaq üçün maşının sürətini artırırdı. O, istəyirdi ki, Umudu hərbi hissənin qərargahına daha tez çatdırsın. Ona göstərsin ki, döyüşçü dostları, briqadanın digər döyüşçüləri onun sağ-salamat qayıtmasını necə səbirsizliklə gözləyirlər. Hələ kənd camaatı…

      –Komandir, deyirsiniz yəni, tam atəşkəsdir? – Umudun fikrinə nə gəldisə, birdən soruşdu.

      –Elədi, Umud. – Mayor qısa cavab verdi.

      –Yəni, snayperlə də erməni vurmaq olmaz? – Umud bu dəfə astadan dedi, elə bil komandirinin qulağına nə isə pıçıldayırdı.

      –Nədi, Umud, qisas almaq istiyirsən? – İsgəndər bunu eşitcək müdaxilə etdi.

      –Umudun qisası çoxdan alınıb! – Mayor Orduxanov Umuda ağzını açmağa imkan vermədi.

      Dümağ rəngli “Niva” Daşburun – Beyləqan şossesindən üzü Allahyarlıya tərəf yön alanda onların arxasınca daha bir neçə maşın qoşularaq karvan yaratdı. Bəzədilmiş və hər birində bayraq qaldırılmış maşınları görəndə Umudun ürəyi dağa döndü. Onların arxasınca gələn kolxoz sədri Rasimin xidməti maşını UAZ-ı Kamandar sürürdü. Elşən, Nabil, Mərkəz, Qəşəm və Seyfulla isə öz şəxsi maşınlarını sürərək siqnal verir, bununla da karvanı əzəmətli edirdilər.

      Komendant bölüyünün komandiri Valeh siqnal səsini eşitcək qaçaraq nəzarət-buraxılış postuna gəldi. Şlaqbaumu qaldıraraq gələnləri hərbi qaydada salamladı. Postda növbədə duran üç əsgər isə onun sol tərəfində farağat vəziyyətində durdular, karvanı onlar da baxışları ilə müşaiyət etdilər.

      Nəhayət, maşın karvanı kəndin girəcəyinə çatıb sola buruldu. Burada yol boyu kənd camaatı və məktəblilər düzülmüşdü. Maşın karvanı aşağı sürətlə onların qabağından keçib kolxozun inzibati binasında yerləşən qərargahın qarşısına gəldi. Burada onları musiqi sədaları altında qarşılayırdılar.

      –Umud, bax, gör səni kimlər qarşılayır! Briqada komandiri polkovnik Cahangir Əliyev, kolxoz sədri Rasim, kənd icra nümayəndəsi Ərşad, qərargah rəisi, müavinlər, xidmət rəisləri. Görürsən də, böyüklər, vəzifəli şəxslər sənin pişvazına çıxıb.

      Onlara

Скачать книгу