QIRMIZI ilə SELFİ. Vahid Məmmədli

Чтение книги онлайн.

Читать онлайн книгу QIRMIZI ilə SELFİ - Vahid Məmmədli страница 2

Автор:
Жанр:
Серия:
Издательство:
QIRMIZI ilə SELFİ - Vahid Məmmədli

Скачать книгу

qazetin müxbiri işləyirmiş. İndi saytlarla əməkdaşlıq edir. Balaca iti var. İtinin adı Çappadır. İsmixan cavanlıqdan içkiyə meylli olduğundan vaxtilə içki aludəçilərinin ən sevimli qədəhləri olan, yanı dilikli “çappa” stəkanın xatirəsinə itinin də adını Çappa qoymuşdu.

      İsmixan əvvəlki vərdişinə sadiq qalaraq hər gün Çappanı gəzintiyə çıxaranda özündən asılı olmayaraq məhəllənin girəcəyindəki «yüzxana»ya baş çəkirdi.

      Məhəllədə mastif, qafqaz ovçarkası, alaboy saxlayanlardan bəziləri it döyüşdürməyə də gedirdilər. Amma bütün bunları onlar hamısı İsmixandan gizlin saxlamağa çalışırdılar. Yoxsa İsmixan ölkədə ad çıxarmış qalmaqallı saytların birinin adını çəkərək, ştatdankənar müxbiri olduğu həmin saytla hər kəsi təhdid edirdi…

      İsmixanın həyəti Cemgilin həyətindən ovuc içi kimi görünürdü. O uzun çənəsini yuxarı qaldırıb Cemə səsləndi:

      –Eheyy, ayda gəzən, xəbərin var xəbərdən?

      Cem İsmixanı eşitmirmiş kimi öz quşlarına baxırdı.

      –Deyirlər, milyonerlər məhəlləsində bir ov tulası peyda olub, camaatın toyuq cücəsinə aman vermir. Burax o quşları azadlığa.Yoxsa o tula bizim küçəyə də dadanacaq…

      Cem əsəbləşdi:

      –Görürsən bu əbləhi. Guya heyvanların azadlığı uğrunda mübarizə aparır. Amma yüz qram süz, yer üzünün bütün heyvanlarını satar…

      İsmixanın sərxoş olduğu səsindən bəlli idi:

      –Göyərçinlərə azadlıq,-bu dəfə daha var gücü ilə qışqırdı.

      İsmixanın iti Çappa da sahibinə qoşulub üzü yuxarı hürürdü.

      Cem quşxanadan bir neçə göyərçin yumurtası götürüb, polietilen paketə qoydu. Kəndirlə həmin paketi İsmixanın həyətinə salladı:

      –Verməsəm bu səsini kəsməyəcək…

      Mən aşağı baxdım. İsmixan həyətdə yox idi. Yumurtaları da götürüb getmişdi…

      İsmixanın getdiyini görən Cemin kefi kökəldi.Yerində dövrə vurub repinə davam edirdi:

      çilli, çilli, çillidir

      dilçəyi var dillidir…

            Cem oxuyub qurtaran kimi mən soruşdum:

      –Görəsən İsmixan niyə tək yaşayır?

      –İsmixanın çox mülayim bir arvadı vardı… O bütün günü əyyaş dostlarını da başına yığıb gördüyün bu həyətdə vururdular. Xanik də onların arasında imiş. Xanoğlanı deyirəm. Bizdən beş on ev aralıda yaşayır. Məhəllənin başında. İsmixan Xaniki şərləyir ki, arvadıma söz atırsan. Xanik dözməyib İsmixanı o ki var çırpır. Sonra da Xanik türməyə düşür, İsmixan isə xəstəxanaya. Arvadı isə baş götürüb gedir… O gündən it saxlayır İsmixan. O öz arvadına da sahib çıxa bilmədi. İnsan ki, içki düşkünü oldu yaxınlarını itirir…Mənim Çappaya yazığım gəlir, İsmixan dilsiz ağızsız heyvanı da özü kimi riyakar öyrədib…

      Mən saatıma baxdım. Məşqə gecikməməliydim. Cemlə sağollaşdım. Dəmir pillələrlə yerə enərək küçəyə çıxıb, məşqə yollandım.

      Dayanacağa çatanda bir motosiklet uğuldayıb tormoz verdi. Geyimindən və motosikletindən qarşımı kəsənin arxa məhəllədən Aydın olduğu yəqin idi. Amma o, qara dəbilqəni başından çıxarmadan dilləndi:

      –Sənubərlə bir partada oturan oqlan sənsən?

      –Necə bəyəm?

      –Heç, sən uşaqsan sevgi nədir bilmərsən. Amma mənə kömək etməlisən.

      –Necə kömək edim sənə?-deyə xəbər aldım.

      Motosiklet Aydın cibindən bir zərf çıxardıb mənə uzatdı:

      –Bunu Sənubərə çatdırmaq lazımdır, qardaşımsan, amma açmayasan .

      Aydın sonra əlini şalvarının yan cibinə salıb, bir topa pul çıxararaq on manat götürüb mənə uzatdı:

      –Al götür, bu da sənin olsun.

      Mən Aydının əlini itələyib ,-lazım deyil, özünçün saxla- dedim.

      Bu dəfə Aydın yenidən zərfi mənə uzadanda, mən ona,– poçtalyonam səninçün? – deyib yoluma davam etdim.

      Düzdür Aydının özündən zəhləm getsə də motosikletindən çox xoşum gəlirdi. O motosikleti fırlayıb arxamca gəldi, mənim bərabərimdə saxlayıb, -demək mənə kömək etmək istəmirsən,-dedi.

      –Eliyərəm, bir şərtlə.

      –Nə şərtdir elə?

      –Motosikleti bir günlük mənə verəsən.

      –Sən uşaqsan axı, motosiklet idarə etmək üçün icazən də yoxdur.

      –Onda Sənubər də uşaqdır…

      –Sənə nə var?

      –Açıl başımdan.

      Aydın qəzəblənib, motorunu durdurmaq istədi:

      –Nə dedin Sən? Bura gəl görüm uşağın biri.

      Motosiklet yanı üstə aşdı. Aydın mənə tərəf qaçıb yumruğunu qaldırdı ki, məni vursun. Mən ona macal vermədim. Sinəsindən və ayaqlarına vurduğum zərbələrdən Aydın yerə sərildi.

      Mən dəbilqəsini onun başından çıxarıb kənara atdım. Bir qədər sonra Aydın gözlərini açıb məni heyrətlə süzdü:

      –Az qala öldürmüşdün məni.

      –Bəs deyirdin uşağam…

      Mənim avtobusum dayanacaqda göründü. Aydının bərk əzilmədiyini görüb avtobusa tərəf qaçdım.

      Avtobus şəhərə doğru şütüyürdü. Gözlərim sürətlə keçdiyimiz küçələrdə olsa da, fikrim hələ də motosiklet Aydının yanında idi. Buna bir bax, gör bir o nə qədər hiyləgərdir ki, mənim əlimlə öz sevgilimi əlimdən almaq istəyir. Eh, bir adamı ki, bütün şəhər motosikleti ilə tanıya… Düzdür, mənim Aydının motosikletindən xoşum gəlir, amma mən heç vaxt istəmərəm ki, mənə motosiklet Vasif desinlər. Heç «Mersedes» Vasif də, «Cip» Vasif də deməsinlər. Eləcə Vasif… Yaxud da dünya çempionu, olimpiya çempionu Vasif… Hə, bu başqa məsələ… Aydının mənim zərbələrimdən yerə sərilməsi yadıma düşdü… Heç zaman kiməsə əl qaldırmamışdım.

Скачать книгу