Fəxriyyələr, məthiyyələr . Əfsaləddin Xaqani

Скачать книгу в различных форматах или читать онлайн на сайте.

Автор книги:
Категория произведения:
Литературная серия:
Издательство:
Год выпуска:
0
isbn:
Çoxəsrlik və zəngin ədəbi ənənəyə malik olan Azərbaycan xalqı dünya şöhrəti qazanmış bir çox söz ustadları yetirmişdir. Onların sırasında «„Divan“» və «„Külliyyat“» müəllifi Əfzələddin Xaqani Şirvaninin özünəməxsus yeri var. Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanından, «„Töhfətul-İraqeyn“» poemasından, epistolyar nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Təbiidir ki, bunlar Xaqani irsinin hamısı deyildir. Özünün də dönə-dönə xatırladığı kimi, şairin yaradıcılığı bütün Şərq ədəbiyyatı üçün yeni hadisə idi. Yenilikçi, orijinal sənətkar olan Xaqaninin yaradıcılığının əsasını dərin və güclü hümanizm təşkil edir. Xaqaninin dərin humanizmlə aşılanmış, bir-birindən gözəl əsərləri Yaxın və Orta Şərq xalqlarının böyük marağına səbəb olmuş, onun son dərəcə poetik və fəlsəfi məzmunlu şeirlərinə şairlər çoxlu nəzirələr, bənzətmələr yazmışlar. Xaqani yaradıcılığı Azərbaycan və dünya poeziyasının qiymətli hadisələrindən biridir. Oxuculara təqdim olunan bu kitabda qüdrətli şairin ölməz ədəbi irsinin bir hissəsi – ruhu oxşayan lirik qəzəlləri, fəxriyyə, mədhiyyə və fəlsəfi qəsidələri, zəmanə və zəmanə əhlindən şikayətləri, qitə və rübailəri, özü və əsil-nəsəbi haqda yazdığı şeirlər toplanmışdır.

Лучшие книги издательства Аудиокитаб ООО