Dələduz. Роберт Вальзер
Скачать книгу в различных форматах или читать онлайн на сайте.
Robert Valser (1878-1956). Hər bir insanın tərcümeyi-halını, nə qədər insafsızca olsa da, bir neçə rəqəmə sığdırmaq mümkündür. Robert Walser 1878-ci ildə İsveçrədə, Biel şəhərində anadan olub. Ancaq daha yaxşı olar axırdan başlayaq: Robert Valser 1956-cı ilin 25 dekabrında, Herisau qəsəbəsindəki psixiatrik xəstəxanada ölüb. Yeni il qabağı şaxtalı havada onun meyidini balaca uşaqlar tapıb və polisə xəbər veriblər. R.Valser 1933-cü ildən həmin xəstəxananın pasiyenti idi. Burada yaşadığı 24 il müddətində heç bir şey yazmadı. Ölümündən sonra şöhrət qazandı. Bu gün onun adı M.Prust, Kafka, C.Coys kimi böyük yazarlarla bir sırada çəkilir. Külliyyatı 20 cilddən ibarətdir. “Dələduz” romanı haqqında. R.Valser bu əsərini karandaşla, çox kiçik hərflərlə, mikroqramlarla yazıb. Onu çapa hazırlamaq, redaktə etmək dörd filoloqun çalışmasıyla böyük zəhmət bahasına başa gəlib. “Dələduz” öz həcminə görə R.Walserin karandaşla yazılmış və xilas edilmiş ən iri həcmli əsəridir. R.Walser bu əsəri təxminən 1925-ci ilin iyun-avqust aylarında yazıb. İndi artıq itib-batmış olan “Teodora” və “Tobolda” romanlarından fərqli olaraq bu romanı heç vaxt çap etdirməyə cəhd göstərməyib. Əsərin adını da nəşriyyat qoyub, çünki əlyazmada əsərin adı olmayıb. “Dələduz” öz strukturu etibarilə yazarın başqa əsərlərindən ciddi şəkildə fərqlənir. Roman zahirən tamamlanmış kimi görünsə də, bunun son nöqtəsi qoyulmuş bir mətn olduğunu söyləmək çətindir. “Dələduz” R.Valser nəsrinin özünə məxsus fraqmentarlığının manifesti hesab olunur.