Gülhüseyn Hüseynoğlu «Yana-yana», «Adam istəsə», «Xəzərin qoynunda» adlı üç povestin də müəllifidir. Hekayələrindəki incə müşahidə qabiliyyəti, təqdim etdiyi obrazların səciyyəvi xüsusiyyətlərini aça bilmək səriştəsi, süceti maraqlı, düşündürücü hadisələr əsasında inkişaf etdirməsi onun povestlərində daha aydın nəzərə çarpır.