Uzaq adamlar. Hədiyyə Şəfaqət
Скачать книгу в различных форматах или читать онлайн на сайте.
Biz kimik? Haradan gəlmişik, hara gedirik? Niyə varıq, məqsədimiz, məramımız adiliyə nə qədər yaxın, mücərrədlikdən nə qədər uzaqdır? Həyatın ən sadə sualları qarşısında özümüzü başqa haralardasa axtarır, haralardasa tapırıqmı? Adama elə gəlir, bu suallar heç vaxt “Uzaq adamlar”ın qəhrəmanlarından heç birini ciddi şəkildə maraqlandırmayıb. Oxucu da şaxələnmiş tale variantlardan hansının ardınca düşüb getməli olduğunu bilmir və bilməsi də vacib deyil. İnsan həyatı boyu ancaq bir tale yaşayır, amma digər tərəfdən hərəsi öz taleyini yaşayan adamlar özümüzüksə necə? Hər şey çox xaotik, çox mürəkkəb görünür. Lakin narahat olmağa dəyməz, roman oxucusunu bütün paralellərin ya başlanğıcda, ya sonda – reallıqla qeyri-reallığın bir-birinə qarışdığı dünyada birləşdiyi nöqtəyə aparıb çıxardacaq…