ATATÜRK VƏ ƏHMƏD AĞAOĞLU. Vilayət Quliyev
Скачать книгу в различных форматах или читать онлайн на сайте.
Kitabda Yeni Türkiyənin qurucusu Mustafa Kamal Atatürklə türkçülük fikir axınının öncül nümayəndələrindən biri kimi tanınan böyük soydaşımız Əhməd Ağaoğlu arasındakı münasibətlər nəzərdən keçirilir. Kifayət qədər mürəkkəb xarakter daşıyan, bəzən gərgin mübahisə və fikir toqquşmalarına meydan açan bu münasibətlər Qurtuluş Savaşının geniş vüsət aldığı 1921-ci ildən Atatürkün həyatının sonuna qədər davam etmişdir. Əhməd bəy Atatürkün simasında türk millətinin və dövlətinin xilaskarını, Atatürk isə onun şəxsində Cümhuriyyətin, laik və demokratik düşüncənin, türk milli idealının ən atəşin tərəfdarlarından birini görmüşdü. Kitab tarixçilər, politoloqlar, türkoloqlar, ümumən geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.