Пустодомка. Анна Константинова

Чтение книги онлайн.

Читать онлайн книгу Пустодомка - Анна Константинова страница 7

Пустодомка - Анна Константинова

Скачать книгу

alo, alo.

      Kolun altından nə isə ağardı. Devi dizləri üstündə oturdu və antenalı ratsiyanı gördü. Diqqətlə baxdıqdan sonra o, həyəcanla anladı, onun qarşısında uoki-toki yəni, əl ratsiyasıdır.

      Devi fənərin şüasını ona doğru yönəltdi və bir müddət sadəcə baxdı. Nə isə qorxulu idi. Nəhayət, onu əlinə aldı. Soyuq və yaş ratsiya gözlənilməz ağır oldu. Böyük yaşıl düymənin altında “çağırış” yazısını gördü.

      Düyməni basaraq, Devi dedi: – Alo.

      – Kimdir?– Ratsiya o saat cavab verdi.

      – Devi – Uzaqdan digər səs cavab verdi.

      – Ata, gəlirəm! – O, qışqıraraq, cavab verdi.

      Oğlan yola çıxaraq yenidən yaşıl düyməni basdı və dedi.

      – Mən Deviyəm. Sən kimsən?

      Yenidən atası:

      – Deevi!

      Həyəcana düşən Devi ratsiyanı əlindən saldı və o boğuq səsli tıqqıltı ilə yerə düşdü. Korpus tərpəndi və batareyalar yola töküldü.

      – Gəlirəm, gəlirəm! – O, tələsik qışqırdı, dizləri üstə endi uoki-tokini götürdü və gödəkcəsinin cibinə basdı. Sonra batareyaları götürdü və digər cibinə qoydu. – Gəlirəm ata! Ayaqyoluna getmişdim! – Əli ilə şişmiş cibini göstərərək, Devi yük maşınının yanına getdi.

      5

      Maykl mikrofonu açdı.

      – Devi!

      Səssizlik

      O, yenidən düyməni basdı.

      – Devi! Alo! Devi!

      Səssizlik və ağ ipək… Yuxarıdan aşağıya qədər ölü səssizlik. O, daxildən qalxırdı və hər tərəfdən sıxırdı. Maykl əllərini tərpətmək istədi, lakin onları yana aça bilmədi-tabutun divarları mane olurdu. O, ayaqları ilə təpiklədi, amma eyni dərəcədə möhkəm olan qəbir divarlarına dəydi. Uoki-tokini sinəsinin üstünə qoyaraq yüngülcə başını qaldırdı və ağ ipəyə bürünmüş qəbrinin qapağına vurdu: bu alnın betona dəyməsi ilə eyni hal idi. Maykl mümkün qədər yuxarı qalxaraq, bayırdan tərpənən qırmızı rezin borunu tutdu, gözünün birini qıyaraq baxdı, lakin heç nə görmədi. Borunu əli ilə tutaraq onu dodaqlarına yaxınlaşdırdı və fit çalmağa cəhd etdi. Lakin fit səsi yazıq və güclə eşidilər oldu. Maykl arxaya söykəndi. Başının ənsə hissəsi bərk dəydi. Yenidən dəhşətli dərəcədə ayaqyoluna istədi. O “çağırış” düyməsini basdı.

      – Devi, Devi, mən ayaqyoluna getməliyəm! Devi!

      Cavab səssizlik

      Yaxtalarda üzdüyü illər ərzində Maykl ratsiyalardan istifadə qaydasını pis öyrənməmişdi. Belə qərara gəldi ki, digər kanala qoşulmaq lazımdır və uyğun gələn düyməyə toxundu. O tərpənmədi. Maykl onun üzərinə daha güclü basdı… təəssüf, nəticə dəyişmədi. O anda o, vəziyyəti anladı, kanalı dəyişən düymə yapışqanla doldurulmuşdu. Deməli, başqa kanala məsələn, on altıncı Beynəlxalq xilasetmə kanalına keçmək mümkün olmayacaq.

      – Ey, yaramazlar, alçaqlar, heyvanlar! Cavab verin! Artıq sona gəlmişəm! – Hərəkət etməyin ümidsizliyindən yaranan ümidsiz cəhdlə Maykl ratsiyanı qulağına yaxınlaşdırdı və qulaq asdı. Heç nə. O ratsiyanı sinəsinin üstünə qoydu, yavaş-yavaş çox böyük çətinliklə sağ əlini bədəni boyunca uzadaraq, dəri gödəkcənin cibindəki, Eşlinin hədiyyəsi olan sukeçirməyən korpuslu cib telefonuna toxundu. Xüsusi olaraq, dəniz gəzintiləri üçün idi. Cib telefonlarından fərqləndiyinə görə Maykl onu sevirdi. Düyməni basdı və displey işıqlandı. Ümid parıldadı və o an da söndü, siqnal yoxdur.

      – Zibil!

      Telefon qeyd kitabçasında öz şəriki Markın nömrəsini axtardı.

      – Mark Mob.

      Baxmayaraq ki, siqnal yox idi, Maykl çağırış düyməsini basdı. Eybi yox. Getdikcə artan həyəcan hissinə fikir verməməyə çalışaraq o, sıra ilə Robu, Pitin, Lyuk və Coşun nömrələrini yığmağa çalışdı. Sonra yenidən uoki-tokini götürdü.

      – Kişilər! Siz məni eşidirsiz? Sizin ananızı! Bilirəm ki, məni eşidirsiz.

      Sakitlik.

      Onun “Erikson” cib telefonunda saat 23:14 idi.

      Axırıncı dəfə nə vaxt saata baxıb? İki dolu saat keçib.

      Maykl gözlərini yumaraq fikrə getdi, nə baş verdiyini anlamağa çalışırdı. Fənərin parlaq, demək olar ki, güclə ayırd edilə biləcək işığında ətraf tutqun görünürdü. Maykl jurnalı yuxarıya doğru qaldırdı, parlaq döşlər gözlərini örtənə qədər oyan-buyana fırlatdı. Onlar o qədər yaxın idi ki, Mayklın gözləri qarşısında yayılırdılar.

      – Necə alçaqdılar! – O, yenidən ratsiyanı götürüb çağırış düyməsini basdı.

      – Bəsdir, bəsdir daha, şənləndiyiniz yetər! Buraxın məni buraxın. Xoşluqla deyirəm!

      Sakitlik.

      – Maraqlıdır, görəsən, bu Devi kimdir?

      Boğazı qurudu. Bir qurtum su olsaydı! Başı hərlənirdi. O, evə, yatağa, Eşlinin yanına getmək istəyirdi. Onlar indi onun arxasınca gələcəklər, bir neçə dəqiqədən sonra. Sadəcə gözləmək lazımdır. Sabah isə onların cavabını verəcək.

      Əvvəl hiss etdiyi ürəkbulanma qayıtdı. Maykl üzünü turşutdu. Gözləri önündə hər şey hərlənirdi və üzürdü. O, yenə də yuxuya getdi.

      6

      Uçuş necə pis keçmişdisə, eləcə də başa çatdı. Şassinin9 təkərləri uçuş-enmə zolağının betonu ilə elə güclü toxundu ki, təyyarə titrədi. Mark Uorren çətinliklə nəfəs aldı. O, yorulmuşdu, oturacaq basılıb əyilmişdi, təhlükəsizlik kəməri qarnına batmışdı, mədəsi duzlu xörəkdən yanırdı. Yeməkdən imtina etmədiyinə görə peşman olmuşdu. Axırıncı dəfə avtomobil jurnalında “Ferrari-365”in şəklinə bir nəzər saldı.–Mən səni istəyirəm, – deyə fikirləşdi. – Ah, səni necə istəyirəm, dəhşət istəyirəm.!

      Kiçik pəncərədən aramsız yağışdan yuyulmuş uçuş enmə zolağının işıqları yanıb-sönürdü. Təyyarə sürəti azaltdı. Salonda təyyarəçinin dumanlı hava ilə əlaqədar olaraq gecikməyə görə üzr istəyən səsi eşidildi.

      – Lənətə

Скачать книгу