Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya. Джейран Вейдаддиновна Пиралиева
Чтение книги онлайн.
Читать онлайн книгу Müslüm Maqomayev: Musiqidə bir zirvə… Monoqrafiya - Джейран Вейдаддиновна Пиралиева страница 18
İkincisi, əgər Əbdül-Müslüm Maqomayev represiya qurbanı olsaydı SSRİ rəhbərliyi heç vaxt icazə verməzdi ki, onun nəşini paytaxt Bakıda, özü də, Fəxri Xiyabanda dinlər ets Çünki bu sovet məfkurəsinə tamamilə uyğun gəlməyən və ziddıyyət təşkil edən bir prosesdi;
Üçüncüsü, bəstəkarın böyük oğlu Cəmaləddin əvvəlcə sənaye naziri, sonra Azərbaycan SSRİ Nazirlər Soveti sədrinin müavini və daha sonra SSRİ Nazirlər Soveti yanında Azərbaycan SSRİ-nin Moskvada daimi nümayəndəsi vəzifələrində çalışmasına icazə və imkan verilməzdi;
Dördüncüsü, ən əsası, Maqomayevin oğlanları: Cəmaləddin və Məhəmməd Sovet İttifaqı Kommunist Partiyasının üzvüləri idilər. Həmin dövrün insanları yaxşı xatırlayır ki, nəinki atası, hətta, uzaq qohumları represiyaya məruz qalanların, həmçinin, həbsxanada olanların yaxın və doğmalarını partiya sıralarına qəbul etmirdilər və yüksək dövlət vəzifəsinə təyin etmirdilər, çünki bu sovet ideologiyasının tələbi idi.
Gətirdiyim arqument və faktlara əsaslanaraq tam əminliklə deyə bilərəm ki, bəzi çe-çen jurnalistlərinin söylədikləri fikirlər uydurma, yalan və cəfəngiyyatdan başqay biil. Çeçenistan jurnalistləri, bu cür uydurmaları mətbuat səhifələrində yaymaqla nəvə Müslüm Maqomayevə psixoloji və mənəvi təsir göstərib müğənnini özləri tərəfə çəkmək, Çeçenistana aparmaq istəyirdilər. Bu, barədə xatirələr kitabında Müslümün yazdığı məlumatlar fikirlərimlə eynilik təşkil edir və üst-üstə düşür.
Müslüm yazırdı: “Babamın xəstələnməsi və vəfatı ilə bağlı nənəmin danışığını eşidən Camal əmim gülərdi və söz verərdi ki, nə vaxt təqaüdə çıxsa memuar yazmağa başlayacaq. Ancaq çox təəssüflər olsun ki, ölüm Cəmaləddin Maqomayevə bu istəyini reallaşdırmağa imkan vermədi”.
Yeddi yaşlı Müslümü 1949-cu ildə Bakı Konservatoriyasının nəzdində fəaliyyət gostərən onillik-musiqi məktəbinə qoyurlar. Bu, məktəbə daxil olmaq üçün bir meyar mövcud idi: təbii istedad. Həmin məktəb və orda dərs deyən çox gözəl, istedadlı pedaqoq-müəllim heyəti ilə bağlı Müslümün yaddaşında-coğrafiya fənnindən və ingilis dilindən dərs deyən Arkadi Lvoviç və musiqi savadı verən Aron İzrailoviç daha çox qalmışdı.
Müslümün nadir səsi haqqında ilk dəfə onun səkkiz yaşı tamam olanda xəbər tutublar. Həmin vaxt gələcəyin ulduzu xor ilə birlikdə çox səylə, ciddi cəhdlə “Yat mənim sevincim, yuxuya get” mahnısını ifa edirmiş. Bu, zaman müəllimə bütün uşaqlara susmaq işarəsi verir. Özünü eşitməyən, nadir, təmiz və güclü uşaq səsi ilə Müslüm oxumağına davam edir. Həmin zaman o, təsəvvürünə, belə, gətirə bilməzdi ki, bu onun birinci solosu ağıla gəlməyən, mümkün olmayan yüksəlişə doğru aparan yolun, pillənin başlanığıcı idi. Müslüm böyük inamla vurğulayırdı ki, “bu nadir və məlahətli səs ona anasından, musiqi istedadı, musiqi qabiliyyəti isə maqomayevlərdən gəlibdi”. Müğənninin yüksək zirvəyə çatmasında, sözsüz ki, böyüdüyü ailənin, musiqi məktəbinin, konservatoriyanın, təcrübə keçdiyi opera səhnəsinin, ən əsası isə, Bakı mühitinin özünəməxsus ənənəsi mühüm rol oynamışdı.
Müslümün təqribən doqquz yaşı olanda anası onu Vışniy Voloçoka, teatrda işlədiyi şəhərə aparır. Müslüm əvvəlcə onun nəzər diqqətini cəlb edən səliqəli bu rus şəhərciyini və onun sadəlövh insanlarını sevir, onlara bağlanır. Bu oğlan ilk dəfə burda, həqiqi rus qəlbinin nə oldugunu anlayır. Balaca Müslüm ilk məşğuliyyətini musiqi məktəbinin pedaqoq u V.M.Şulqina ilə davam etdirir. Bu qadın son dərəcə gözəl, ağıllı, səbrli, istedadlı bir müəllimə olaraq Müslümə xüsusi diqqət yetirir. Müəllimə məktəbdən başqa, həm də şəhər dram teatrında musiqi tərtibatçısı kimi fəaliyyət göstərir, həm də teatr üçün musiqi seçir, onları işləyib hazırlamaqla məşğul olur, tədris müəssisələrindən birində xor dərnəyinə rəhbərlik edirdi. Müslümün xatirələrinə əsaslanaraq demək olar ki, bir dəfə Valentina Mixaylovna Şulqina AS Puşkinin “Anjelo” tamaşasına musiqi tərtibatı hazırlayanda doqquz yaşlı Müslümü orkestr üçün düzəldilmiş xüsusi çalada, royalın yanında otuzdurur. Müslüm, sanki bu xoşbəxtlikdən donub qalır-teatrı, onun şirin tozlu ətrini, pərdə arxası səsli və sakit anlarını, uzun sürən məşqlərini həmişvirəlik yadr saxlayı…
Müslümdə teatra olan maraq tezliklə üzə çıxır və bu oğlan uşaqlara kukla tamaşası hazırlamaq ideyasını verir. Həmin vaxt artıq o, kağızdan və palçıqdan müəyən fiqurlar hazırlamağı bacarırdı. Onun bu, istedadı çoxda böyük olmayan “Petruşka” tamaşası üçün kukla hazırlamaqda çətinlik yaratmır. Uşaqlar poct qutuları əldə edirlər və onlardan səhnə düzəldərək tamaşaya mövzu yazır və ipə bağlanmış marionetkalar ilə on dəqiqəlik qısa səhnəcik oynay. Balacalar istəyirlər ki, onlarda hər şey əsl teatrda olduğu kimi alınsın. Bu, məqsədlə onlar bilet üçün “pul” alırlar, əlbəttə ki, rəngli “konfet” kağzlarından..
Vışniy Voloçokda Müslüm təxminən bir ilə yaxın yaşayır və anası Ayşət xanımın qərarı ilə yenidən musiqi təhsilini davam etdirmək üçün Bakıya qaytarıl. Çox keçmir ki, Ayşət Əhməd qızı ikinci dəfə ərə gedir, yeni ailə yaranır. Ayşət xanım şəxsi maraqlarını övladının həyatından üstün hesab etdiyi üçün Müslümü Bakıya gondərir. Ayşət xanımın yeni nigahdan Yura və Tanya adlı iki övladı dünyaya gəlir. Bununla da, Müslümün həyatda ana bir qardaşı və bacısı olur.
Həyat yoldaşını müharibədə itirən Ayşət xanım teatr karyerasını və şəxsi həyatını davam etdirmək məqsədilə oğlu Müslümü əmisi Cəmaləddinin və nənəsi Baydagül xanımın ixtiyarına verir. Əmisi balaca Müslümü musiqi təhsili almaq üçün xüsusi məktəbə qoyur. O, Bakı Konservatoriyasının nəzdində fəaliyyət göstərən musiqi məktəbində fortepiano sinifində təhsil almağa başlayır. Uşaqda olan istedadı görən Bakı Konservatoriyasının professoru, violonçelist V.T.Anşeloviç onunla xüsusən maraqlanır və Müslümə ayrıca dərs verməyə başlayır. Beləki, məktəbdə vokal sinifi yox idi.
Müslüm 1956-cı ildə, Asəf Zeynallı adına Bakı musiqi məktəbinə daxil olur. O, burda sayılıb seçilən musiqi müəllimləri: Aleksandr Akimoviç Milovanov və onun çoxillik konsertmeyestri Tamara İsidorovna Kretinqtdən dörd il fasiləsiz dərs alır.
Müğənninin həyatında ən vacib mərhələ “Gənc Karuzo” filminə baxmasından sonra başlayır. Həmin filmdə, böyük neapollunu dövrünün görkəmli müğənnisi Mario del Monako səsləndirir. Əmisi Cəmaləddinin bağ evində Müslüm hər gün ən yaxşı trofey , köhnə və yeni, hələ ekranlara çıxmayan filmlərə baxa bilirdi. O, burda Lolita Torresin iştirakı ilə çəkilən “Sevimli ariya”, “Təlxək və yaxud hoqqabaz”, “Tarzan” filimlərini görür. Onun uşaqlıq illəri, həm xoş, həm də maraqlı, məzmunlu və mənalı keçir.