Marina. Карлос Руис Сафон

Чтение книги онлайн.

Читать онлайн книгу Marina - Карлос Руис Сафон страница 4

Marina - Карлос Руис Сафон

Скачать книгу

az sonra başını qaldırıb məni müştəri gözüylə süzməyə başladı, elə bil antikvar mebelə, ya da hansısa nadir tapılan əşyaya baxırdı. Üzünün ifadəsindən bilinirdi ki, məni oğru kimi qəbul eləmir, o, mənə daha çox hansısa axmağa, ya da dəliyə baxırmış kimi baxırdı. Parıldayan sifətim onun fikrini dəyişdirə bilmirdi. Qız qaşını qaldırdı, müəmmalı təbəssümlə gülümsəyib saatı mənə uzatdı.

      – Onu sahibinə qaytararsan.

      – Amma…

      – Saat mənim deyil, – qız izah etdi. – O, Germanındır.

      Germanın adını eşidəndə neçə gün bundan qabaq malikanənin zalında gördüyüm iri silueti xatırladım.

      – Germanındır?

      – Hə, atamındır.

      – Bəs sən?..

      – Mən onun qızıyam.

      – Adını soruşmaq istəyirdim.

      – Nə soruşmaq istədiyini yaxşı bilirəm.

      Yenə velosipedə mindi, barmaqlıqlı qapıdan keçib bağa girdi. Kinayəylə gülüb bağın dərinliklərində gözdən itdi. Dərindən nəfəs alıb onun dalınca getdim.

      Məni köhnə tanışım qarşıladı. Pişik bu dəfə də məni güdürdü. Birdən-birə it olmaq istədim.

      Balaca vəhşinin müşayiəti ilə bağdan keçdim, mələkli fəvvarənin qabağında dayandım. Təzə bişmiş çörək iyi gəlirdi. Qız çantasından süd şüşəsini çıxardıb sallağı oturdu, südü yerdəki qaba süzdü. Pişik yavaş-yavaş qaba yaxınlaşdı. Deyəsən, bu gündəlik ayin idi.

      – Elə bilirdim, pişik ancaq öldürdüyü sərçələri yeyir, – dedim.

      – O sərçələri ovlayır, amma yemir. Sadəcə öz sahəsini qoruyur, – qız aramla dedi, elə bil uşağa başa salırdı. – O, südü çox sevir. Elə deyil, Kafka?

      Kafka razılıq əlaməti olaraq başını onun əlinə sürtdü. Qız mehribanlıqla gülümsəyib pişiyin belini tumarladı. O, əlini uzadanda əzələləri qabardı, başını qaldıranda onun bədəninə necə baxdığımı gördü. Dodaqlarımı yaladım.

      – Səhər yeməyi yemisən? – deyə soruşdu.

      Başımı yellətdim.

      – Deməli, acsan. Gedək, bizdə yeyərsən. Tox olandan sonra saatını nə üçün oğurladığını Germana başa salarsan.

      Mətbəx evin arxa tərəfindəydi. Dəvət olunmadığım səhər yeməyində payıma Plaza-Sarryadakı “Foks” un məmulatları mağazasından alınan bir neçə kruassan düşdü. Qız mənimçün böyük fincana südlü kofe süzüb mənimlə üzbəüz oturdu. O, mərhəmət göstərdiyi səfilə baxırmış kimi iştahla yeməyimə baxırdı. Özü yemirdi.

      – Səni burda görmüşəm, – qız başımın üstündən harasa baxa-baxa dedi. – İnternatdan bir yerdə qaçdığınız balacaboy, qorxaq görünüşlü oğlanla gəzirsən. Hərdən qonşu küçədə də gəzirsiniz. Hərdən isə özün tək gəlirsən, dodaqaltı nəsə mızıldanırsan. Qısası, bu ruhlar kvartalında yaxşı əylənirsiniz…

      Nəsə ağıllı cavab fikirləşmək istəyəndə, stolun üstünə hündür kölgə düşdü, yaxınlaşdıqca böyüdü. Qız gözlərini qaldırıb baxdı, gülümsədi. Ağzım hələ də doluydu, nəbzim tez-tez atmağa başladı, bilmədim nə edim.

      – Qonağımız var, – qız şən halda dedi. – Ata, bu Oskar Draydır, saat oğrusu. Oskar, bu mənim atamdır – German.

      – Mən oğru deyiləm, senyor… – hirslə dedim. – Hər şeyi izah edə bilərəm. Burda heç kimin yaşamadığını fikirləşdiyim üçün evinizə girmişdim. Həyətə girəndə musiqi səsi eşitdim, belə oldu ki, evə girib saatı gördüm. Onu götürmək istəmirdim, and olsun ki, istəmirdim, çox qorxmuşdum, saatı götürdüyümü başa düşəndə isə, çox uzaqda idim. Hər şey belə oldu. Bilmirəm fikrimi çatdıra bildim, ya yox…

      Qız bic-bic gülürdü. German ifadəsiz tünd gözləriylə mənə baxırdı. Cibimi eşələyib saatı çıxartdım, Germana uzatdım. Germanın necə qışqıracağını, məni polislə, azyaşlıların işinə baxan məhkəməylə təhdid edəcəyini təsəvvür edirdim.

      – Sizə inanıram, – German mehribanlıqla dedi, saatı alıb masanın arxasına oturdu.

      Çox sakit danışırdı, səsini güclə eşitmək olurdu. Qızı içində iki dənə kruassan olan nimçəni onun qabağına qoydu, mənə verdiyi fincana oxşayan böyük fincana da südlü kofe süzdü. Kofeni verəndə atasının alnından öpdü, atası da onu qucaqladı. Pəncərədən süzülən gün şüaları onların üstünə düşürdü. İndiyəcən kifir təsəvvür etdiyim Germanın düzgün üz cizgiləri vardı, simasından azca xəstəhallıq yağırdı. O, hündürboy, həddindən çox arıq idi. Mənə baxıb mehribanlıqla gülümsədi, kofedən bir qurtum içdi, bu vaxt hiss elədim ki, atayla qızın arasında sözlərdən və hərəkətlərdən çox ucada dayanan bağlılıq var. Dünyadan təcrid olunmuş, unudulmuş küçənin axırındakı ruhlar imarətində yaşayan atayla qızı bir-birinə baxışlarla sükut telləri bağlayırdı.

      German səhər yeməyini qurtardı, əziyyət çəkib saatı qaytardığım üçün mənə ürəkdən təşəkkür etdi. O, elə mehriban idi ki, vicdanım sızıldadı.

      – Oskar, – German yorğun səslə dedi, – sizinlə tanışlığıma şad oldum. İstədiyiniz vaxt qonağımız ola bilərsiniz, sizi görməyə məmnun olarıq.

      Mənə nə üçün “siz” deyə müraciət etdiyini başa düşmürdüm. Əlimi sıxdı, sağollaşıb evin sonsuz labirintində yoxa çıxdı. Qız kədərli baxışlarla uzaqlaşan atasını seyr etdi.

      – Germanın səhhəti yerində deyil, – qız mızıldandı. – O, tez yorulur.

      Amma bir neçə saniyədən sonra qızın bikefliyindən əsər-əlamət qalmadı.

      – Yenə nəsə yemək istəyirsən?

      – Yox, mən gecikirəm, – onunla qalmaq arzumu dəf etməyə çalışaraq dedim, – getməliyəm.

      O, etiraz etmədi. Bağa çıxdıq. Səhər günəşi dumanı dağıtmışdı.

      Payız ağacları saraltmağa başlamışdı. Kafka özünü günə verirdi.

      Barmaqlıqlara çatanda qız özü içəridə qaldı, məni bayıra ötürdü. Sakitcə bir-birimizə baxdıq. Sonra qız əlini uzatdı, mən də sıxdım. İncə dərisinin altından nəbzinin necə vurduğunu hiss etdim.

      – Hər

Скачать книгу