Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya. Əli Şamil
Чтение книги онлайн.
Читать онлайн книгу Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya - Əli Şamil страница 7
– Bir zaman Azərbaycanda Tabasaranski familyalı adamlar olub, özü də rəhbər vəzifədə işləyiblər. İndi Tabasaranski familyasına heç rast gəlmirəm. Bilmirəm uşaqları köçüb gedib, ya familyalarını dəyişiblər, – deyəndə elə bil Acıbiyin gözləri parladı.
– Dostlarımla ildə bir-iki dəfə Bakıya gedirik. Mən də heç Tabasaranski familyasına rast gəlməmişəm. Bakı gündən günə gözəlləşir. Mahaçqalaya baxan yoxdur. Binalar köhnədi, nə onları təmir eliyən var, nə yollara asfalt döşəyən, nə də yeni parklar salan, – dedi.
Qəlyanaltını etdikdən sonra yol çantalarımızı gətirib taksiyə əyləşdik.
Acıbiy Türkiyə və Azərbaycanda yaşamağı çox arzuladığını dedi. Mən Azərbaycanda və Türkiyədə dağıstanlıların sayının az olmadığını deyəndə Acıbiy “Türkiyədə ləzgilərin toplu yaşadığı yerdə yaşamaq istəmərəm”, – cavabını verməsi məni çox heyrətləndirdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.