Laokoon, Laokoon… yaxud bir romanın «gerçək» yazılma tarixçəsi. Камал Абдулла

Чтение книги онлайн.

Читать онлайн книгу Laokoon, Laokoon… yaxud bir romanın «gerçək» yazılma tarixçəsi - Камал Абдулла страница 2

Жанр:
Серия:
Издательство:
Laokoon, Laokoon… yaxud bir romanın «gerçək» yazılma tarixçəsi - Камал Абдулла

Скачать книгу

“Bermud üçbucağı”nı daha da dərinləşdirmək, əlavələr, şərhlər yazmaq, oxucunu daha da sirlər aləminə çəkmək cəhdi kimi dəyərləndirirəm. “Laokoon…”da özü işarə verir: “bir romanın “gerçək” yazılma tarixçəsi”; və baxıb-görürük ki, söhbət “Yarımçıq əlyazma”nın ərsəyə gəlməsindən gedir. Əlbəttə, düşünmürəm ki, bu roman “Yarımçıq əlyazma”ya aparan yeganə yolu göstərir; olsa-olsa “tarixçə” yazıçının təklif etdiyi versiyadır və bu ətrafda oxucunu “Bermud üçbucağı”nın daha da dərinlərinə çəkmək üsuludur. Prinsipcə, “Laokoon…” müasir sevgi romanı kimi də maraqla qarşılana bilər; Vaqif adlı bir alim-yazıçının Firəngiz adlı bir xanımla psixoloji çalarlarla zəngin münasibətləri üzərində qurulmuş sevgi romanı. Amma yazıçı sadəcə belletristika nümunəsi ilə kifayətlənməyib, oxucunu qəhrəmanı Vaqifin antika ilə çulğalaşmış alim və yazıçı dünyasına şərik etmək niyyəti güdür; çünki özünü də bu sirli-sehrli dünya çox məşğul edir…

      Məncə, Kamal Abdulla Laokoon motivini heç də təsadüfən romana kodlardan biri kimi daxil etməyib. Bu, sadəcə Vaqifin dərk etməyə çalışdığı və Dədə Qorqud dünyasında da paradiqmlərini axtardığı düyün nöqtəsi deyil, həm də Kamal Abdullanın sənət görüşlərini ifadə etməyə çalışdığı düşüncə məqamıdır. Lessinqin məşhur “Laokoon, yaxud təsviri sənətlə poeziyanın sərhədləri” əsərindən də bilirik ki, bu antik mif hər dövrdə sənətin izahı, sənət görüşlərinin ifadəsinə bir vəsilə olubdur.

      Kamal Abdullanın romana daxil etdiyi “tanış və yad sonsuz lüğət” anlayışı və bu ətrafda düşüncələri, mənimcə, dahiyanədir; həm yazıçının öz nəsr texnikasını, ifadə mükəmməlliyini dərk etməyə açar olur, həm də ümumən müasir yazı düşüncəsinin həyat materialını qapsamaqda nə qədər intəhasızlığı qarşısında heyrətləndirə bilir. “Sonsuz lüğət” müasir dünya təfəkkürünə modernist-strukturalistlərin daxil etdiyi Yazı anlayışı kimi, yaxud poststrukturalist-postmodernistlərin gətirdiyi Mətn anlayışı kimi bütöv bir düşüncə platformasına rəvac verir. Amma məsələ belədir ki, Kamal Abdulla, adətən, bu qəbildən olan “paralel dünyalar”, “möhtəşəm ahəng” və burada “sonsuz lüğət” kimi “sirlərin sərgüzəştləri” haqqında birbaşa elmi nəzəriyyələr kimi deyil, yazıçı qələmi vasitəsilə düşündürməyə üstünlük verir. Bu istiqamətdə “Laokoon…” da çox produktivdir; yazıçı-alim Vaqifin düşüncələri oxucunu bir-birini izləyən və tamamlayan çox belə fikir püskürmələrinə şərik edir…

      Azər Turan (Ədəbiyyatşünas, tənqidçi): Məncə, yunan mifolojisi ilə türk mifolojisinin bir mətndə tətbiqi bizim ədəbiyyatımızda ilk dəfə baş verir. Və Kamal Abdulla hazır mifoloji mətni “Laokoon, Laokoon…”nun hansısa hissəsinə passaj şəklində daxil etmir. Mif günlük həyatımızı, romandakı personajların düşüncə dünyasını, həyata baxışını, yaşam tərzini Laokoonu saran ilanlar kimi sarır. Laokoon mifi də, Troya atı da, sevgi də Dədə Qorqud motivləri ilə eyni zamanın məhvərinə gətirilib. Vaqif də, Firəngiz də bu motivlərin bir hissəsini təşkil edir və ikisi də həmin məhvərdədirlər. Bu romanla Kamal Abdulla, məncə, öz yaradıcılıq kredosunu da ifadə etməkdədir. Yalnız tanış sonsuz lüğətdə (bəlkə də, yaddaşın alt qatında) var olan sevimli qəhrəmanları pyedestaldan aşağı, hamının yanına düşürmək Kamal Abdullanın kredosu olub. Özü demişkən, bu, çox təhlükəli idi. Amma Kamal Abdulla bunu öz elmi və bədii yaradıcılığı ilə paralel şəkildə gerçəkləşdirdi. Nəyi və necə? Modern sənət tariximizdə rəssam Mircavadla başlanmış “İlkin qata eniş” motivinin işlənməsi ədəbiyyatımızda bu romanın adı ilə assosiasiya edəcək. Kamal Abdullanın ilkin qata eniş cəhdi bu səbəbdən də mənə Mircavadı xatırlatdı. Dediyim kimi, rəssamlıqda bunu ilk dəfə hətta düşüncələrini paralel dünyalara pərvazlandıran, hətta Antik Yunan sənəti, renessans, hətta Tailand və Birma bütləri, Tuva balballarının fani əzəməti, Acanta və Tibet kahinlərinin yaratdığı ikonalardan, hətta eskimos sənətinin ruhlar aləmi ilə irtibatından, hətta şamanizmdən və nəhayət, yaşadığı zamandan sərf-nəzər edib fikrən tarixin və kosmosun ötəsinə – ilkinliyə sıçrayan Mircavad etmişdi, ədəbiyatımızda isə bu missiyanı Kamal Abdulla yerinə yetirir. Mircavadı anlamamışdılar. O isə tanış və yad sonsuz lüğətin bütün sözlərini əzbər bilirdi, bu lüğətin sözləri ilə sadə həqiqətləri kətana köçürmək istəyirdi: “Qədim əcdadlarmız bizə iki, bəzən yeddi, doqquzdan da çox dünyadan xəbər verib gediblər – fiziki və metafizik dünya. Ancaq mənim rəsmlərimi başa düşmək istəmirlər. Ən dəhşətlisi də budur ki, istəmirlər! İnsanlar xəstədir, onlara pəhriz yeməyi, incəsənət horrası lazımdır ki, boğazdan rahat keçsin. Onlar özləri özlərini başa düşmürlər, dünyanı necə başa düşsünlər?” Bir halda ki, onların tanış sonsuz lüğətləri yoxdu, doğrudan da, dünyanı necə başa düşsünlər. O zaman Micavadı suçladılar, sonra öydülər, ya da indi də Kamal Abdullanı suçlayırlar, yaxud öyürlər… bunlar “təfərrüat”dır. Əsas olan ilkin qata enişi təmin etməkdir.

      Kamal Abdulla bunun cavabını Dədə Qorqud mətnlərində axtarır. Mənim yadıma İbn Fədlanın “Səyahətnamə”sində qədim türklər barədə verilmiş belə bir informasiya düşür: “Erkəklər və qadınlar bərabər çaya girib çırılçılpaq yuyunarlar, bir-birindən qaçmazlar”. Bu necə ola bilirmiş? Bunun cavabını dolayısı ilə Kramerin “Tarix Şumerdən başlar” kitabında tapa bilərik. “Çox şükür, modern tarixçilər Şumer şairlərini tərbiyəsiz hesab etmirlər”. Çünki ilkin təəssüratlarla yaşayan və sevən, şeyləri ilkin adı və mənası ilə adlandırıb yazan Şumer şairləri ilə bizi üç sivilizasiya ayırır… İlkinlik qatı hələlik üç mərhələsini bildiyimiz sivilizasiyanın dərinliyində, yaxud fövqündədir. Kamal Abdulla isə semantik işarələrə söykənib, belə demək mümkünsə, Dədə Qorqud sivilizasiyasında sevginin və qısqanclığın təzahür şəklini axtarır. Təkcə qısqanclıq deyil. Casus axtarışı da bu qəbildəndir. Kamal Abdulla elmin susduğu yerlərə yazıçı fəhmi ilə baş vurur. Dədə Qorqud dünyasını evbəev gəzir… Casusu dünyaya gətirən ananı axtarır və tapır. Ulissin sorağıyla Beyrəyin qapısını döyür.

      Vaqif Nəsib (Yazıçı, tənqidçi): Romanı (romanabənzər deyil) olduqca bənzərsiz üslubda yazılmış psixoloji əsər hesab edirəm. Uzaq əsrlərin Laokoon xəstəliyinə tutulmuş bu günün bir Troya atlısının Firəngiz adlı bir qıza qarşı etinasızlıq mücadiləsi dünən və bu gün mənzərələriylə röya və çin şəkildə davam edir. Oxucusunu öz maraq məcrasına salıb, mübahisəli Troya atının tərkində bu günlərə kimi gətirib çıxarır. Əsər tarixi və müasir əsərləriylə nəsr meydanımızda at oynatmış bir müəllif qələmindən çıxmış. Ona görə əvvəlindən axırına kimi hər şey yazıçı səviyyəsiylə, yüksək peşəkarlıqla həllini tapmışdır.

      Bu əsərdə maraqlı olan həm də nədir?.. Məsələ bundadır ki, ilk baxışdan qəliz görünən, az qala, oxucunu ürküdə bilən Laokoon adı çox keçmədən öz mənasını aydınlığına çıxarır. Etinasızlıq rəmzi olduğunun hayını-harayını salır. Elə hər şey də buradan başlayır. Əsər məcrasını, yunan, Troya abidələrinin yanından

Скачать книгу