Dünya tarixinin Turan Dövrü. Ələsgər Siyablı
Чтение книги онлайн.
Читать онлайн книгу Dünya tarixinin Turan Dövrü - Ələsgər Siyablı страница 23
Elçibəy Azərbaycanı bu üç mərhələli qədim mədəniyyətlərdən birincisi olan Turan (Ceyhun-Seyhun) mədəniyyətinin davamı, üçüncüsü olan Sumer-Kəngər mədəniyyətinin özülü hesab edir.
Yuxarıda deyilənlərdən aydın olduğu kimi Elçibəy Amudərya və Sırdərya vadilərini əhatə edən Orta Asiyanı və ya Turanı bəşər mədəniyyətinin beşiyi kimi qəbul etməklə yanaşı bu ərazini türklərin ilkin vətəni olduğu fikrini müdafiə edir.
Türklərin ilkin vətəni haqqında Volqa-Ural nəzəriyyəsini irəli sürən İsmail Miziyev də Altay nəzəriyyəsinin əleyhdarlarındandır. O Altay nəzəriyyəsinə qarşı çıxaraq yazır: “Türklərin ilk vətəni indiyədək Altay bölgəsi sayılmaqdadır. Lakin arxeoloji və etnoqrafik araşdırmalar burda Öntürklərin, onların dil və mədəniyyətlərinin izlərini ortaya çıxarmamışdır. Öntürklər sanki burda birdən-birə görünmüşlər. Kurqan mədəniyyətinin yaranmış olduğu Volqa-Ural (İtil-Yayik) çayları arası Türk xalqlarının aparıcı və başlıca mədəniyyət ənənələri üçün ilk vətən olmuşdur”. (İsmail Mizi-Ulu. 1993, C. VIII)
Macar alimi Y.Nemeth də türklərin ilk vətənləri haqqında Altay və Mərkəzi Asiya nəzəriyyəsini təkzib edən fikirlər irəli sürərək yazırdı: “Türklərin ilk vətənlərinin Orta və ya Doğu Asiyada olması barədə köhnəlmiş nəzəriyyələr kifayət qədər əsaslandırılmamış, ya da köhnəlmişdir”. (Вопросы истории, № 6, 1963)
Türk tarixçisi Osman Karatay türklərin ana vətəni haqqındakı Altay nəzəriyyəsinin əleyhdarı olaraq bu haqdakı görüşünü belə əsaslandırır ki, Altaylar ancaq türklərin bir etnik bazası ola bilər. “Altay dünyasını Türk ana yurdu yapmaq ən başda bəşəri coğrafiyanın kurallarına uymur. Türk ana yurdu türklərin dünyanın dörd bir tərəfinə Türk ixracı üçün uyğun və verimli bir yer olmalıdır. Osman Karatay türklərin törəyiş yerlərinin Ön Asiyada olduğu fikrini müdafiə edərək burdakı ön türk insanlarının müxtəlif səbəblər üzündən köçə məruz qalaraq getdikləri Orta Asiyada bir türk ana yurdunun təşəkkül tapmasına səbəb olduqlarını yazır. Daha doğrusu onun fikrincə Orta Asiya türklər üçün bir törəyiş yeri deyil, bir Ana yurddur”. (Osman Karatay. İst. 2003. Səh. 105)
Türklərin ilk təşəkkül tapdıqları ana yurdun Altaylar və bütövlükdə Mərkəzi və ya Orta Asiya olduğu haqqındakı tezislərin tənqidçiləri Turan çökəkliyi və Amudərya və Sırdərya vadilərində aşkara çıxarılan və e.q. X–VIII minilliklərə aid ilk şəhər mədəniyyəti və buğdanın aşkar edildiyi ilk əkinçilik mədəniyyəti olan Anau, e.q. VI minilliyə aid Kəltəminar və e.q. IV minilliyə aid Namazqa-Tepe, Qazaxıstanda e.q. 3500-cü minilliyə aid atın ilk əhliləşdrildiyi Botay kimi qədim arxeoloji mədəniyyətlərin mövcudluğunu nəzərə almırlar. Bu mədəniyyətlərin araşdırma sonucları həmin dövrlərdə hind-avropa arilərinin həmin bölgədə mövcudluqlarını tamamilə istisna edir. Ona görə də hind-avropa aryanizm tərəfdarı bilim adamları öz araşdırmalarında Turanlı Ön Türklərə məxsus olduğu heç bir şübhəyə yer qoymayan bu arxeoloji mədəniyyətlər haqqında söz açmağa həvəs göstərmirlər.
Türklərin törəyiş yeri və ya ilkin vətəni haqqında elmdə ən çox rəğbət görən və ən çox tərəfdara malik nəzəriyyə ayrıca götürülmüş Altay nəzəriyyəsi deyil, Ural-Altay nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə Ön türklərin və bütövlükdə turanlı xalqlarının ilkin vətəni Güney Sibirin Ural və Altay dağları arasındakı ərazidir.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.