20000 lyö su altı ilə. Жюль Верн

Чтение книги онлайн.

Читать онлайн книгу 20000 lyö su altı ilə - Жюль Верн страница 5

20000 lyö su altı ilə - Жюль Верн Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

olmalıdır. Deməli, içərisində onu idarə edən adamlar da var.

      – Əlbəttə, – deyə çəngəlçi cavab verdi. – Lakin bu üç saat ərzində mən bu üzən adada heç bir həyat əlaməti görməmişəm.

      Elə bu an gəmidə bir qaynama qurultusu eşidildi və gəmi hərəkət etməyə başladı. Xoşbəxtlikdən sualtı gəmi yavaş sürətlə gedirdi. Biz cəld tərpənib onun burun tərəfində olan səksən santimetrlik dikdirdən tutan kimi Ned dedi:

      – Onun dənizin üstü ilə üzməsinə etirazım yoxdur. Lakin bu cənab suya cummaq fikrinə düşsə, o zaman başımıza nə gələcəyini təsəvvür etmək çətin deyil.

      Mən sualtı gəminin üstündə bir qapı, ya dəlik tapmaq ümidi ilə onun üzərini axtarmağa başladım, lakin heç nə tapa bilmədim. Səhərin açılmasını gözləmək lazım idi.

      Hava, nəhayət, işıqlaşanda mən gəminin üzərini yenidən nəzərdən keçirmək istəyirdim ki, birdən o, sürətini artıraraq suya cummağa başladı.

      – Sizi lənətə gələsiniz, şeytanlar!.. – deyə Ned gövdəni var gücü ilə təpikləməyə başladı. – Bizi içəri buraxın!..

      Lakin onun səsi qulaqbatırıcı gurultuda itirdi. Bəxtimizdən gəmi qəflətən dayandı.

      Gəminin içərisindən bir qapaq cırıltısı eşidildi və oradan bir adam baxaraq nə isə qışqırdı və yox oldu. İçəridən səkkiz nəfər çıxaraq heç bir söz demədən bizi gəminin içərisinə apardı.

      “Hərəkətdə olan mühit daxilində hərəkət”

      Hər şey elə sürətlə baş verdi ki, bir-birimizə bir kəlmə deməyə belə fürsət tapa bilmədik.

      Ensiz qapaq örtüləndə qatı qaranlıqda qaldıq. Bizi bir otağa salıb qapını arxamızca cingilti ilə örtdülər.

      Ned bu kobud rəftardan qəzəblənmişdi:

      – Lənətə gəlmişlər! Bunların rəftarına bir baxın! Bəlkə də, adamyeyəndirlər. İndidən deyirəm ki, məni yemələrinə imkan vermərəm.

      – Sakit olun, Ned, – Konsel sakitcə dedi. – Biz hələ tavada deyilik.

      – Düz deyirsən, tavada deyilik, lakin sobadayıq. Yaxşı ki, bıçağım üstümdədir. Biri mənə toxunmaq istəsə…

      Mən qaranlıqda ehtiyatla bir neçə addım atdım. Nə bir qapı, nə bir pəncərə tapdım.

      Yarım saat keçdi. Lakin vəziyyət dəyişmədi. Birdən parlaq bir işıq yandı. Bu, elektrik işığı idi.

      Ned bıçağı əlində sıxaraq müdafiə vəziyyəti aldı.

      Bu sirli gəmidə işığın yanmasının səbəbi aydın idi. Qapı açıldı. Kayuta iki adam girdi. Hər ikisinin başında susamuru[10] xəzindən papaq, ayaqlarında suiti dərisindən uzunboğaz dəniz çəkmələri, əyinlərində mənə bəlli olmayan parça növündən rahat geyimləri vardı. Onlardan biri gödəkboylu, əzələli, iribaşlı, uzunbığlı və iti baxışları olan bir adam idi. İkincisi ucaboy idi. Başını vüqarla dik tutması özünə inamlı olduğunu göstərirdi. Qara gözləri soyuq bir qətiyyətlə parlayırdı. Sakit və kəskin baxışlarından nəciblik sezilirdi. İri alnı, düz burnu vardı. Ona otuz beş-əlli arası yaş vermək olardı.

      Bu ucaboy şəxs dönüb yanındakı adamdan mənim anlaya bilmədiyim dildə nə isə soruşdu. Sonra onun sual ifadə edən baxışları mənə sarı döndü.

      Mən təmiz fransız dilində başımıza gələnləri qısaca nağıl etdim. Görünür, o məni anlamadı. Dalğınlıqla, lakin ehtiramla məni dinlədi.

      İndi ingiliscə danışmaq imkanı qalırdı. Kanadalı ingiliscə çox qızğınlıqla danışırdı. Hansı bəşəri qanunla onu bu qaranlıq zindana atdıqlarını soruşur, azadlığını əlindən alanları məhkəmə ilə hədələyirdi.

      Görünür, onlar bu dili də bilmirdilər. Mən özümü itirmiş halda bildiyim dilləri xatırlayan vaxt Konsel dedi:

      – Bilirsiniz ki, mənim doğma dilim alman dilidir. Ağam izin verərsə, mən onlarla alman dilində danışardım.

      Konsel tam sakit halda bütün başımıza gələnləri almanca təkrar etdi. Lakin bu da nəticəsiz qaldı. Sonra mən latın dilində sözlərin qol-budağını sındıra-sındıra danışmağa başladım. Bunun da faydası olmadı.

      Belə olduqda yad adamlar öz dillərində bir-birinə nə isə dedilər və çıxıb getdilər. Qapı onların arxasınca örtüldü.

      – Bu nədir axı? – Ned hiddətlə dilləndi. – Bu cahillərlə neçə dildə danışdıq, amma bizi anlamadılar.

      – Dostlar, gəlin ruhdan düşməyək, – mən dedim.

      – Bunlar yaramazlardır.

      – Çox yaxşı, bəs görəsən, onlar haralıdır? – Konsel təmkinini pozmadan soruşdu.

      – Yaramazlar ölkəsindən! – Ned səsləndi.

      – Əziz Ned, sənin dediyin ölkə coğrafiya xəritəsində qeyd edilməyib. Bunlar nə ingilis, nə fransız, nə də almandırlar. Onlar zahirən cənub adamlarına bənzəyirlər. Dilləri də mənə heç tanış gəlmir, – mən dedim.

      – Bütün dilləri bilməməyin pis tərəfi bax budur, – Konsel dedi.

      Elə bu an qapı açıldı. İçəri bir nəfər girdi. Bizə qeyri-adi parçadan hazırlanmış gödəkcə və şalvar gətirdi.

      Mən tələsik geyinməyə başladım. Yoldaşlarım da mənə baxaraq geyinməyə başladılar. Biz geyinərkən xidmətçi masanın üstünə üçadamlıq qab-qacaq qoydu.

      – Bax belə! – Konsel səsləndi. – Bu, gözəl başlanğıcdır.

      – Görək, bizə nə yedirəcəklər, – deyə Ned donquldandı.

      – Bunu tezliklə biləcəyik, – deyə Konsel cavab verdi.

      Masanın arxasında oturduq. Şübhəsiz ki, mədəni insanlar arasında idik.

      Masaya qoyulan su təmiz və şəffaf idi. Yeməklər arasında çörək və çaxır yox idi. Balıqdan hazırlanmış bəzi gözəl yeməkləri tanıdım. Qalan xörəklərin nədən hazırlandığını demək çətin idi.

      Nahar dəsti şıq və gözəl idi. Hər çəngəl, qaşıq, nimçə və dəsmalın üzərində belə bir deviz həkk edilmişdi:

      “Mobilis in mobile N”

      Yəni “Hərəkətdə olan mühit daxilində

Скачать книгу


<p>10</p>

Susamuru – tünd-qonur rəngli qiymətli xəzi olan yırtıcı su heyvanı