Başsız atlı. Майн Рид
Чтение книги онлайн.
Читать онлайн книгу Başsız atlı - Майн Рид страница 6
– Mən irlandiyalıyam, – dedi.
Bu sadə cavab, əslində, bir çağırış idi.
Kapitan ona sarı dönüb əllərini oynadaraq həqarətlə dedi:
– Sizmi? – Mustangeri başdan-ayağa süzüb əlavə etdi: – Ola bilməz. Sizin geyiminizə baxıb meksikalı olduğunuzu deyərdim.
– Mister Kolhaun, sizin mənim geyimimlə nə işiniz var? Ancaq köynəyimi viskiyə buladığınız üçün icazə verin mən də sizin köynəyinizin kraxmalını viski ilə yuyum.
Mustanger bunu deyib öz stəkanını götürdü və kapitan çevrilməyə macal tapmamış stəkanın dibindəki viskini onun üzünə atdı.
Səslər tez kəsildi. Gərgin bir an idi. Əhvalat duellə qurtarmalı idi.
Kolhaun tapançasını çıxardı. Mustanger də eynən belə bir tapança çıxarıb atəş açmaq üçün hazır vəziyyət aldı.
Bir neçə adam çaxnaşmaya düşüb qapıya tərəf cumdu. Mayor qılıncını siyirib rəqibləri bir-birindən ayırdı və:
– Dayanın! – deyə əmr etdi.
Kinindən rəngi göyərmiş Kolhaun:
– Niyə? – deyə qışqırdı. – Niyə, mayor Rinqvud? Bu təhqir cavabsız qalmamalıdır, özü də belə bir yaramazın təhqiri.
– Kapitan Kolhaun, əvvəlcə siz başlamısınız.
– Mayor, yoldan çəkilin. Savaşan bizik və bizim işimizə qarışmağa ixtiyarınız yoxdur.
– Beləmi? Ha-ha! Sloumen, Henkok, Krossmen, eşidirsinizmi? Mənim onların işinə qarışmağa haqqım yoxmuş! Kapitan Kassi Kolhaun, harada olduğunuzu yaddan çıxarmayın. Bura hərbi qaladır və bu qala hərbi nizamnaməyə tabedir. Bu qalaya komandanlıq etmək mənə tapşırılmışdır. Ona görə də mən əmr edirəm, tapançanızı yerinə qoyun. Yoxsa sizi adi bir əsgər kimi həbsxanaya göndərərəm.
Rəqiblər, demək olar, eyni zamanda silahlarını yana saldılar, lakin tapançanı əllərində tutmaqda davam edirdilər.
Mayor qışqırdı:
– Bir halda ki atışmaq qərara alınmışdır, qoy onda bu duel qayda-qanunla olsun. Hər şeydən əvvəl eyni silaha malik olmalısınız.
Onları dövrəyə almış izdiham:
– Əlbəttə! Siz haqlısınız! – deyə razılaşdı.
Mayor onların tapançasını gözdən keçirdi. Hər ikisində altıaçılan “Kolt” tapançası idi. Mayor şərt qoydu: "Biz buradan çıxmayınca atəş açmamalısınız. Yalnız siqnal səsindən sonra atəş aça bilərsiniz».
Meyxanada duel
Kapitan Sloumen dedi:
– Mənim bir təklifim var. Meyxananın üz-üzə baxan iki qapısı var. Qoy mister Kolhaun və mister Cerald bizimlə birgə bayıra çıxsınlar. Sonra hərəsi bir qapıdan içəri girib atışmağa başlasınlar. İçəri girməmiş heç biri atəş açmamalıdır.
Bu təklif də qəbul olundu. Lakin bu arada meyxana sahibinin səsi gəldi:
– Onlar mənim meyxanamın içərisində atışsalar, şərab şüşələrimi, güzgüləri, qab-qacağı sındıracaqlar. Mən onlara xeyli xərc çəkmişəm…
– Narahat olmayın, Oberdofer, – deyə mayor onu sakitləşdirdi. – Zərərin ödəniləcəyinə şübhəm yoxdur. İndi isə bir yer tapıb daldalanın.
Zəng səsi duelin başlanması üçün siqnal olmalı idi. Adamlar aralıda dayanıb gözlərini meyxanaya zilləmişdilər. Moris çöldə meyxananın bir başında, Kolhaun o biri başında durmuşdu.
Zəng çalınan kimi rəqiblər meyxana qapılarının arxasında gözdən itdilər. Elə həmin an da açılan güllələrin gurultusu, sınan şüşələrin cingiltisi eşidildi. Hamı nəfəsini çəkib atəş səslərini sayırdı. Bir neçə atəşdən sonra araya sükut çökdü. Onlar bir-birini öldürmüşdülərmi?
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.