Hekayələr. Оскар Уайльд
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Оскар Уайльд страница 11
Sarayın darvazaları ağzında qızı şahzadə oğlan gözləyirdi. Onun xumar baxışlı bənövşəyi gözləri və qızılı rəngdə qəşəng saçları vardı. Nişanlısını görən şahzadə oğlan dizinin birini yerə qoyub onun əlindən öpdü. Balaca şahzadə qız nişanlısının:
– Sənin şəklin gözəldi, amma özün şəkildəkindən daha gözəlsən, – sözlərini eşitcək utandığından qıpqırmızı oldu.
Zadəgan nəslindən olub sarayda qulluq edən bir oğlan uşağı – balaca paj bunu görüb yanında dayanan saray əyanına dedi:
– Ağ qızılgül dönüb qırmızı oldu!
Bu hadisəyə bütün saray adamları heyran qalmışdı.
Sonrakı üç gün ərzində bütün saray əyanlarının ağzından “ağ qızılgül, qırmızı qızılgül, qırmızı qızılgül, ağ qızılgül” sözləri yerə düşmədi. Padşah bundan xoşlanıb gənc saray qulluqçusunun maaşının ikiqat artırılmasını əmr etdi. Ömründə maaş almağın nə demək olduğunu bilməyən padşah üçün belə bir əmr vermək adi şeydi. Lakin hamı onun hərəkətini alicənablığına daha bir sübut kimi yozdu. Elə həmin gün saray qəzeti öz səhifələrində bu alicənab hərəkət barədə lazımi şəkildə məlumat verdi.
Üç gündən sonra toy məclisi başlandı. Hər şey olduqca təmtəraqlı və gözəl idi. Əl-ələ tutan bəylə gəlin xırda mirvarilərlə bəzədilmiş al-qırmızı mahud çətirin altında addımlayırdılar. Bundan sonra düz beş saat davam edən saray ziyafəti başlandı. Şahzadələr ziyafət zamanı böyük saray otağının baş tərəfində oturub xalis büllur qabdan şərab içirdilər. Bu qabdan yalnız əsl sevgililər içə bilərdilər. Qaba xain dodağı toxunsa, o bozarar, şəffaflığını itirər, üstü qara ləkələrlə örtülərdi.
Gənc saray qulluqçusu deməyə bu dəfə də söz tapdı:
– Şahzadələrin bir-birini sevməsi tamamilə aydındır. Onların məhəbbəti büllur kimi safdır.
Padşah onun maaşını yenə də ikiqat artırdı. Bundan sonra bütün saray adamları bir ağızdan:
– Bu, böyük alicənablıqdır! – deyə padşaha tərif yağdırdılar.
Ziyafətdən sonra rəqs gecəsi olmalı idi. Bəylə gəlin birgə “Qızılgül rəqsi” adlanan rəqsi ifa etməli idilər. Padşah da ney çalacağına söz vermişdi. Çox pis çalğıçı olmasına baxmayaraq, padşah olduğu üçün heç kim indiyədək cürət edib həqiqəti ona deməmişdi. Sözün doğrusu, o, vur-tut ikicə hava bilirdi. Özü də heç vaxt iki havadan hansını çaldığını dəqiq bilmirdi. Amma bunun bir o qədər də əhəmiyyəti yoxdu. Çünki o nə edirdisə, hamı bir ağızdan:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.