Hekayələr. Редьярд Джозеф Киплинг
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Редьярд Джозеф Киплинг страница 11
Lakin vitse-kralı görmək onunla söhbət etməkdən qat-qat asandır. Təbii ki, əgər siz Mədrəsdən olan başqa bir Mellişe kimi mühüm şəxs deyilsinizsə. Həmin o ikinci Mellişe altı min rupi məvacib alırdı və o dərəcədə əsilzadə adam idi ki, qızlarına heç vaxt ərə getmək nəsib olmurdu – onlar yalnız “izdivaca girirdilər”. Onun özü maaş deyil, yalnız ödəmələr alır, ölkədəki gəzməkləri isə “müşahidə səfərləri” adlanırdı.
Vəzifəsi Mədrəsdəki xalqı barmağının bir işarəsi ilə tərpətmək idi. Özü də xalq ondan işarə alan kimi heyrətə gələrək bu sözləri çığırmalıydi: “Bax buna deyərəm inkişaf, buna deyərəm maarifləndirmə! Baxın, məgər gözəl deyil?!” Bunun dalınca da Mellişeyə heykəllər qoyur, çələnglər təqdim edir və tez bir zamanda canlarının ondan vitse-kralla məsləhətləşmələrdən sonra qurtaracağına böyük ümid bəsləyirdilər.
Mellişe vitse-kralla məsləhətləşmək üçün Simlaya gəldi. Belə məsləhətləşmələr onun üçün dolayı gəlir mənbələrindən biri idi.
Vitse-kral mədrəsli Mellişe barədə o qədər də məlumatlı deyildi. Bildiyi yalnız bu idi ki, Mellişe ortaçaplı dahilərdən biriydi. Onun mövcudluğu, görünür, bu burjuaziya cənnətində ruhi müvazinət üçün zəruri idi deyə Mədrəsdəki bütün ictimai müəssisələr onun əliylə canlanır, onun tərəfindən təmin edilirdi. Bu, isbat edir ki, dumanlı şəkildə olsa da, zati-aliləri altı min rupilik bu insanın əhəmiyyəti haqda az-çox məlumatlı idi.
Benqallı Mellişin tam adı E.Melliş, Mədrəsdəkinin isə Mellişe – E.S.Mellişe idi. Onların hər ikisi eyni hoteldə qalırdı və görünür, Hindistan imperiyasının taleyinə yazılıbmış ki, bu işdə bir dolaşıqlıq yaransın – katib Uonder mədrəslinin adının axırındakı “e” hərfini səhvən buraxır, vitse-kralın kuryeri isə məktubu elə yazıldığı kimi də ünvanına təqdim edir:
“Mikrob qırıcısının ixtiraçısı Mellişə.
Əziz mister Melliş! Sabaha digər dəvətlərinizi təxirə salıb bizimlə səhər yeməyi yeyə bilərsinizmi? Zati-alilərinin sizə bu saatda vaxt ayırmaq imkanı var”.
İxtiraçı heyranlıqdan, qürurdan az qaldı ki, ağlaya və təyin olunmuş saatda cibində həmin tozla dolu böyük bir paket Peterqofa gəldi. Bəxti gətirmişdi və indi bu fürsətdən bəhrələnmək niyyətindəydi.
Mədrəsli Mellişe, adətən, öz görüşlərini elə dəbdəbəli şəraitdə keçirirdi ki, Uonder də onun üçün xudmani bir səhər yeməyi tədarük etmişdi və orada nə zati-alilərinin yavəri olacaqdı, nə də Uonderin özü – heç kəs. Təkcə vitse-kral və qonağı. Hərçənd ki zati-aliləri mədrəsli böyük Mellişe kimi azğın despotlarla təkbətək qalmaqdan qorxaraq həmişə şikayətlənirdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.