Fokus. Elmar İbrahimov
Чтение книги онлайн.
Читать онлайн книгу Fokus - Elmar İbrahimov страница 2
Bu fokusun sirri çox sadədir. Siz əvvəlcədən bir kibrit çöpünü qutunun eni boyda qıraraq gizlədirsiniz. Kibrit çöplərini qutuya yığdıqdan sonra həmin çöpü hiss olunmadan köndələn formada qutudakı çöplərin üzərinə yerləşdirirsiniz. Bu kibrit çöpü digər çöpləri yerə düşməyə qoymayacaq. Onun yarıya qədər açılmış qutuda görünməməsi üçün isə onu bir az içəri tərəfdən qoymalısınız.
Ehtiyatlı olun! Köndələn çöpün uzunluğu qutunun enindən azacıq uzun olmalıdır ki, o, qutuda kip otursun.
RƏQƏMLƏRİN RƏQSİ
Fokusçu hər hansı bir vərəqə 9 xanalı cədvəl çəkir. Sonra tamaşaçıdan xahiş edir ki, 1 ilə 100 ədədləri arasında istənilən bir ədəd desin. Tamaşaçı ədədi deyən kimi (məsələn, 14) fokusçu həmin ədədi cədvəlin yuxarı sırasındakı orta xanada yazır. Sonra tamaşaçıdan soruşur: “Bundan sonra hansı ədəd gəlir?” O, bu sualı səkkiz dəfə təkrar edir və deyilən ədədləri cədvəlin müxtəlif xanalarında yazır. Sonda məlum olur ki, cədvəldəki ədədləri şaquli, üfüqi və diaqonal üzrə topladıqda eyni ədəd alınır.
Bu riyazi fokusun sirri ardıcıl ədədlərin müvafiq xanalarda yerləşdirilməsindədir. Ona görə də fokusçu bu xanaların ardıcıllığını unutmamalıdır. Aşağıdakı cədvəldə rəqəmlərin yazılış qaydası göstərilmişdir. İstənilən doqquz ardıcıl ədədi bu şəkildə düzsəniz, şaquli, üfüqi və diaqonal üzrə ədədlərin cəmi eyni olacaqdır.
STULUN “YƏHƏRLƏNMƏSİ”
Fokusçu səhnəyə əlində uzun bir iplə gəlir. Tamaşaçılardan birinə stul gətirməsini xahiş edir. İpi 2 yerə qatlayır və uclarını tamaşaçılara verir ki, bərk tutsunlar. Tamaşaçılar ipin hər iki ucunu tutduqları halda fokusçu stulun söykənəcəyinə ipdən düyün salır.
Əgər şəkildə gördüyünüz kimi hərəkət etsəniz, bu fokusu asanlıqla icra edə bilərsiniz. İlk öncə ucları tamaşaçıda olan ipin ortasından tutun. İpi söykənəcəkdən keçirdikdən sonra onu əvvəlcə stulun sol ayaqlarını, daha sonra sağ ayaqlarnı qaldırıb altından keçirirsiz. Nəhayət, stulu möhkəm dartaraq düyünü möhkəmlədirsiniz.
TUZLAR
Fokusçu bir dəst kartı tamaşaçılara göstərib qarışdırır və stolun üstünə qoyur. Tamaşaçılardan birini çağırıb deyir: “Bu kart dəstini 4 yerə böl”. Tamaşaçı kart dəstini 4 yerə bölür. Fokusçu kart dəstlərini nömrələyir və yenə də tamaşaçıya müraciət edir (müxtəlif variantlar da ola bilər):
“Üçüncü dəstdən iki kart götür və birinci dəstin üstünə qoy”.
“İkinci dəstdən iki kart götür və dördüncü dəstin üstünə qoy”.
“Birinci dəstdən bir kart götür və dördüncü dəstin üstünə qoy”.
“Üçüncü dəstdən bir kart götür və ikinci dəstin üstünə qoy”.
Tamaşaçı bütün deyilən əməliyyatları yerinə yetirdikdən sonra fokusçu onu hər bir dəstin üstündəki birinci kartı açmağa dəvət edir. Bu zaman məlum olur ki, bütün dəstlərdə üstdən birinci kart tuzdur.
Fokusçu əvvəlcədən 4 tuzu kart dəstinin üstünə qoyur. O, kartları elə qarışdırır ki, üstdəki dörd kart həmişə öz yerində qalır. Tamaşaçı dəsti 4 bərabər hissəyə bölən zaman fokusçu üstündə 4 tuz olan dəsti nəzarətdə saxlayır. Təsvir olunan fokusda bu, üçüncü dəstdir. Fokusçu tamaşaçıya müxtəlif göstərişlər verməklə elə edir ki, hər dəstin üstünə bir tuz düşsün.
QEYRİ-ADİ ZƏRF
Fokusçu əlindəki zərfi açıb oradan bir şəkil çıxarır. Sonra zərfin içərisinin boş olduğunu tamaşaçılara göstərir. Hamı əmin olur ki, zərfdə həmin şəkildən başqa heç nə olmayıb. Şəkili yenidən zərfin içinə qoyur və üstünü yaylıqla örtür. Bir neçə sehrli hərəkətlər edib yaylığı götürür və zərfi yenidən açır. Tamaşaçılar görür ki, orada əvvəlki şəkil əvəzinə başqa bir şəkil peyda olub.
Əslində bu fokusda bir deyil, iki zərfdən istifadə olunur. Zərflər şəkildəki kimi arxa-arxaya yapışdırılır. Nəticədə onlar bir zərf kimi görünür. Hər zərfin içərisinə isə ayrı-ayrı şəkillər qoyulur. Yaylıqla zərfin üzərini örtdükdə, zərfi bir dəfə çevirib açırıq.
RƏNGLİ YAYLIQLAR
Fokusçu düzbucaqlı formasında bir qutunu tamaşaçılara nümayiş etdirir. Qutunun əvvəlcə üst qapağını, sonra arxa qapağını və nəhayət, tamaşaçılar tərəfə olan ön qapağını açır. Tamaşaçılar əmin olur ki, qutunun içində heç nə yoxdur. Sonra fokusçu əvvəlcə ön qapağı, sonra isə arxa və üst qapağı bağlayır. O, sehrli çubuğunu qutuya toxundurduqdan sonra qutunun üst qapağını açır və qutudan çoxlu rəngli yaylıqlar çıxarır.
Şəkildən göründüyü kimi qutunun arxa, ön və üst qapaqları açılıb bağlanılır. Arxa qapaqda «gizli cib» var. Biz qutunu sinəmizin önündə tutduğumuz üçün arxa qapağı açanda cib üzü çölə tərəf arxaya düşür və tamaşaçı bu cibi görmür. Qapaqlar bağlananda «gizli cib» içəri hissəyə düşür. Fokusçu da üst qapağı açaraq yaylıqları cibdən çıxarır. «Gizli cib»i yaylığın özündən də düzəltmək mümkündür. Belə olduqda sonuncu olaraq cibi yaylıq kimi də çıxarmaq olar. Diqqətli olun: qutunu açanda əvvəl arxa, üst, sonra ön qapağı açın. Bağlayanda isə əvvəl ön, sonra arxa və üst qapağı bağlayın.
QIRMIZI VƏ AĞ MUNCUQLAR
Fokusçunun əlində 2 ədəd stəkan var. Stəkanın birində yarıdan bir qədər az qırmızı, digərində bir o qədər ağ muncuqlar görünür. Fokusçu qırmızı muncuqları ağ muncuqlar olan stəkana tökür və onu