Bir dəqiqə müdriklik. Энтони де Мелло
Чтение книги онлайн.
Читать онлайн книгу Bir dəqiqə müdriklik - Энтони де Мелло страница 5
HAVA
Şagird hər gün eyni sualı verirdi:
– Mən Allahı necə tapım?
Hər gün də eyni sirli cavabı alırdı:
– Arzu etməklə.
– Axı mən bütün qəlbimlə Allaha qovuşmaq istəyirəm! Bəs niyə indiyəcən Onu tapmamışam?
Bir dəfə Ustad və şagird çayda çimirdilər. Qəflətən Ustad şagirdin başını suya basaraq bir müddət beləcə saxladı. Biçarə var gücü ilə sudan çıxmağa çalışırdı.
Ertəsi gün Ustad şagirdinin suallarını qabaqlayaraq özü birinci soruşdu:
– Mən sənin başını suyun altında saxlayanda nə üçün müqavimət göstərirdin?
– Çünki havam çatmırdı.
– Allah sənə hava kimi lazım olanda onu mütləq tapacaqsan.
ASILILIQ
Bir şagird kitablardakı müdrikliyə çox böyük önəm verirdi. Ustad ona belə bir əhvalat danışır:
– Bir adam əlində siyahı bazara gəlir, amma onu itirir. Sonra siyahını tapır və çox sevinir. Alış-veriş etdiyi zaman tez-tez ona baxır, yoxlayır. Sonda isə siyahını lazımsız bir kağız parçası kimi atır.
SIĞINACAQ
Ustad hələ sağ ikən əfsanəyə çevrilmişdi. Deyirlər ki, bir dəfə Allahın özü məsləhət üçün ona müraciət etmişdi:
– Mən insanlarla gizlənqaç oynamaq istəyirəm. Öz mələklərimdən soruşdum ki, gizlənmək üçün ən yaxşı yer haradır? Mənə müxtəlif yerlər təklif etdilər: okeanın dibində, ən hündür dağın başında, ayın görünməyən tərəfində və uzaq bir ulduzda. Bəs sən nə təklif edərdin?
– İnsanın ürəyində gizlən. Ora baxmaq onun heç vaxt ağlına gəlməz.
SÜLHSEVƏRLİK
Bir kənddə ilan sancmasından o qədər adam zərər çəkdi ki, artıq heç kim çölə çıxmağa cürət etmədi. Deyilənə görə, bir Ustad ilanı ram etdi və onu sülhsevər olmağa razı sala bildi.
Tezliklə kənd sakinləri gördülər ki, ilan zərərsiz olmuşdur. Onlar ilanı daşa tutmağa və quyruğundan dartmağa başladılar.
Bir dəfə gecə vaxtı döyülüb-əzilmiş, yarımcan vəziyyətdə olan ilan birtəhər Ustadın evinə sürünüb çatdı. Ustad onun gileyinə qulaq asıb dedi:
– Dostum, adamlar səndən daha qorxmurlar və bu da pisdir!
– Amma axı sən özün mənə zorakılıq etməməyi öyrətdin!
– Mən istəyirdim ki, sən dişləməyi atasan, daha fışıldamağı yox!
MÜBAHİSƏ
Bir dəfə şagirdlər arasında mübahisə qızışdı. Onlar nəyin ən çətin iş olduğu barəsində heç cür razılığa gələ bilmirdilər: İlahi vəhyi yazıya almaq, onu anlamaq, yoxsa anlayandan sonra digərlərinə də başa salmaq.
Ustaddan soruşdular. O cavab verdi:
– Mənim sizin o üç işinizdən daha çətin bir vəzifəm var.
– Hansı?
– Siz səfehlərə reallığı olduğu kimi görməyi öyrətmək.
EVƏ DÖNÜŞ
– İnkişafın üç mərhələsi var, – Ustad dedi, – fiziki, ruhi və ilahi.
– Fiziki mərhələ nədir? – şagirdlər səbirsizliklə soruşdular.
– Bu mərhələdə ağaclara baxanda yalnız onları görürsən, dağa baxanda dağı görürsən.
– Bəs ruhi?
– İkinci mərhələdə cisimlərin mahiyyətini görürsən – ağaclar daha ağac kimi görünmür, dağlar da dağ kimi.
– Bəs ilahi?
– Bax elə bu, aydınlanmadır, – Ustad dedi. – Ağaclar yenidən ağaca çevrilir, dağ da yenə dağ olur.
FAYDASIZLIQ
Ustadın elmi söhbətlərdən zəhləsi gedirdi. O bu cür söhbətləri “müdriklik inciləri” adlandırırdı.
– Əgər onlar incidirsə, onda sən nəyə görə onlardan imtina edirsən? – şagirdlər soruşdular.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.