Bayatılar. Группа авторов
Чтение книги онлайн.
Читать онлайн книгу Bayatılar - Группа авторов страница 3
Gül suladım əlimnən.
Küsdürdüm, yola saldım
Bu lal olmuş dilimnən.
Əzizim, güldən gözəl,
Oxur bülbüldən gözəl.
Yar mənə bir gül verib,
Özü o güldən gözəl.
Əziziyəm, nə qiyam,
Zülfün eylər nə qiyam.
Sən camaldan nə qıydın,
Mən canımdan nə qıyam?!
Əziziyəm, gündə sən,
Kölgədə mən, gündə sən.
Can çıxar birdəfəlik,
Canım aldın gündə sən.
Əzizim, lalə nədi,
Əldə piyalə nədi.
Səsim eşitsə idin,
Bilərdin nalə nədi.
Əzizim, o da yanar,
Od düşər, oda yanar.
Mənim bu eşq oduma
Gün gələr, o da yanar.
Əzizim, oduna mən,
Yanmışam oduna mən.
Bilsəydim nə dindəsən,
Dönərdim o dinə mən.
Talada quzu gördüm,
Bir maral izi gördüm.
Endim bulaq üstünə,
Sevdiyim qızı gördüm.
Tellərin varaq-varaq,
Hayıfdı, vurma daraq.
Səndən mənə yar olmaz,
Aləmə salma soraq.
Teşt altında dələmə,
Qaşın bənzər qələmə.
Mən səni gizli sevdim,
Niyə dedin aləmə?
Sürüynən keçi gəlir,
Saymışam, üçü gəlir.
Çıxağın tamaşaya,
Yarımın köçü gəlir.
Sular kimi axmaram,
Başa xına yaxmaram.
Üzün görsəm bəsimdi,
Aya, günə baxmaram.
Suya gedən ikidi,
Saçı məxmər təkidi.
Allah, məni su elə,
Su gözəllər yüküdü.
Su gəlir axmağinən,
Daş-qaya yıxmağinən.
Yar-yardan necə doysun
İraqdan baxmağinən.
Əziziyəm, o yaram,
O həmdəməm, o yaram.
Gözüm sənə xor baxsa,
Barmaq salıb oyaram.
Əzizim, üzmə barı,
Qaş-gözün süzmə barı;
Sevməyi bacarmadın,
Dostluğu üzmə barı.
Əzizim, gün aşanda,
Ay doğar gün aşanda.
Günəşə gözəl derlər, -
Sən handa, günəş handa?!
Əziziyəm, düzül qal,
Suya dönüb, süzül qal.
Gedirsən yar yanına,
Çox dayanma, yüz il qal.
Əzizim, məzə sizdə,
Mey sizdə, məzə sizdə.
Mən sənin sərxoşunam
Meysiz də, məzəsiz də.
Əzizim, bica dağlar,
Gündüzü gecə dağlar.
Sevəsən almayasan,
Görəsən necə dağlar?!
Əzizim, barsız adam,
Heyvasız narsız adam.
Qalaysız qaba bənzər
Dünyada yarsız adam.
Gedirəm, yolum budu,
Dərd budu, zülüm budu
Sən sevəsən yad ala,
Əcəlsiz ölüm budu.
Gendə durana qurban,
Boynun burana qurban,
Telləri dən-dən olub,
Onu hörənə qurban.
Gecə uzun, ay batmaz,
Dərdlilər dərddən yatmaz.
Sənin kimi gözəli
Xuda bir də yaratmaz.
Gecəni dan eyləmə,
Zülfünü yan eyləmə.
Bu küsüb-barışmaqla
Qəlbimi qan eyləmə.
Gəzib arxa dolandım,
Saptək arxa dolandım.
Ananın qorxusundan
Qorxa-qorxa dolandım.
Gəl, mənim ağa dostum,
Dolan gəl bağa, dostum.
Gözlərim yaz buludu,
Qorxuram yağa, dostum.
Göydə ulduz olaydım,
Bəxtəvər qız olaydım.
Yar qapını döyəndə
Evdə yalqız olaydım.
Kəşmiri şalın ollam,
Üzündə xalın ollam.
İlqarın doğru çıxsa,
Vəfalı yarın ollam.
Kabab yanar, köz olar,
Nəzər dəyər, köz olar.
Mən sənə gül demərəm,
Gülün ömrü az olar.
Kağızın ağına bax,
Soluna, sağına bax.
Yadına mən düşəndə,
Gəncənin